Yazı dövrü. Oxu dövrü müddətində prosessor bir və ya iki bayt verilənləri yaddaşa və ya periferiya qurğusuna ötürür. UDS və LDS siqnalları oxu dövründə olduğu kimi interpritasiya edilir. Yazı dövrünün blok sxemi şəkil 2- də göstərilmişdir.
Şəkil 2. Yazı dövrünün blok sxemi
Oxu – modifikasiya - yazı. Bu dövrdə ancaq TASS (Test and Set an Operand) əmrindən istifadə edilir ki, o da prosessorla multipleksor sistemləri arasında siqnalların ötürülməsi təmin edilir. Bu əmr ancaq baytlarla işləyir. Oxu – modifikasiya - yazı dövründə aşağıdakı əməliyyatlar yerinə yetirilir: verilənlərin oxunması, YMQ-da verilənlərin emalı və həmin ünvana yazı və oxu. AS siqnalı həmin dövrdə aktiv qalır. Həmin dövrün blok sxemi şəkil 3- də göstərilmişdir.