Mikroprosessorlu sistemlər baki 2016 Mikroprocessorlar haqqında anlayış. Mikroprosessor (cpu)


Keş yaddaş. Keş-yaddaş reqistrləri



Yüklə 1,87 Mb.
səhifə51/64
tarix01.01.2022
ölçüsü1,87 Mb.
#104142
1   ...   47   48   49   50   51   52   53   54   ...   64
Keş yaddaş. Keş-yaddaş reqistrləri

Keş yaddaş (ingiliscə cache) - prosessorla əsas yaddaş arasında yerləşən kiçik tutuma və yüksək işləmə sürətinə malik yaddaşdır.

Əməli yaddaşa müraciəti sürətləndirmək, kompyuterin məhsuldarlığını artırmaq üçün onlarda xüsusi hazırlanmış yaddaşdan - keş yaddaşdan istifadə edilir. Bütün əsas yaddaşın sürətlə işləyən keş-yaddaş kimi hazırlanması texnoloji cəhətdən çox baha başa gələrdi. Odur ki, iqtisadi cəhətdən kiçik tutuma malik yaddaş sahəsinin sürətinin artırılması əlverişlidir.

kompyuterin yaddaşına müraciət edən zaman verilənlər keş-yaddaşdan axtarılır. Buna əsas səbəb odur ki, keş-yaddaşa verilənləri axtarmaq üçün edilən müraciət vaxtı əməli yaddaşa edilən müraciət vaxtından bir neçə dəfə azdır. Keş-yaddaşın tutumu artdıqca kompyuterin işləmə sürəti də artmış olur.

Keş-yaddaş əmrləri 256 bayt tutuma malikdir. Onların əmrlərlə yüklənməsindən sonra prosessor əmrlərin böyük hissəsini əsas yaddaşa müraciət etmədən ola bilər və bu da əmrlərin seçilməsində şində dövrələrin sayının azalması əsasında çox vaxta qənaət edilir. Nəzərə almaq lazımdır ki, keş-yaddaşda ancaq əmrlər saxlanılır. Keş-yaddaşın iki əsas 32-bitli reqistri vardır. Şəkil 1- də yaddaşda ancaq əmrlər saxlanılır.


Onlar keş-yaddaşın idarəedici reqistri CACR və keş-yaddaşın ünvan reqistri CAAR adlanır. Əməliyyyat sistemi CACR reqistri dörd əməliyyatın yerinə yetirilməsi üçün cəlb edilir. Onlar bütün keş-yaddaşın təmizlənməsi (32 bitinin vahidə qurulması), elementin təmizlənməsi, keş-yaddaşın dondurulması və keş-yaddaşın icazəsi adlanır.

CAAR reqistrinə 32 bitli ünvan yüklənməsi nəticəsində prosedur lokallaşır və keş yaddaşı idarə edir. CAAR reqistrinə yüklənmə CACR reqistrində 3 bitin vahidə qurulması əsasında mümkündür və o keş-yaddaşı təmizləyir.

Keş-yaddaşı kənar CDIS siqnalı ilə qadağan etmək olar. CDIS girişində siqnal keş-yaddaşda bitlərin yaranmasını çevirir və ona qadagan qoyur.




Yüklə 1,87 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   64




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin