Milli aviasiya akademiyasi



Yüklə 13,77 Mb.
səhifə8/248
tarix01.01.2022
ölçüsü13,77 Mb.
#104836
1   ...   4   5   6   7   8   9   10   11   ...   248
Yönəltmə lövhəsi. Bu lövhədə yerləşən ko­man­­­dalarla ekrandakı fiqurları ekranla birlikdə dinami­ki tərpətmək olur. Məsələn, əl işarəsi ilə (Pan-koman­da­sı) real vaxtda ekranı xətti yerini dəyişmək olur. Bu lövhə əsaən siçansız Autocad-a işlədikdə səmərəli olur. Siçanla işlədikdə isə bu komandaları siçanın düymələ­rin­­dən də işə salmaq mümkündür.

Qrafiki zona. Ekranın mərkəzində böyük bir sahəni tutan sahə qrafiki zonadır. Qrafiki zonada cizgi çəkilir. Qrafiki zonada cizgi 1:1 ölçüsündə çəkilir. Qrafiki zonada nöqtənin müstəvidə koordinatını ver­mək üçün, düzbucaqlı dekart (polyar koordinatlarla da ver­mək olar) koordinat sistemindəki ümumi qəbul olunmuş qayda üzrə əvvəlcə X koordinatı, sonra isə vergüllə ayrılmaqla Y koordinatı verilir. Qrafiki zonanın aşağısında MODEL (mo­del sahəsi) və LAYOUT1( vərəq sahəsi 1) təyin edən sətr yerləşir.2D və ya 3D Modelləşdirmə Model sahəsində yerinə yetirilir LAYOUT isə cizgini çapa hazırladıqda istifadə edi­lir.

Q rafiki zonanın sol yuxarı hissə­sində 3 hissədən ibarət elementlər yerləşir. [-] işarəsi altında Görünüş kubunu, Yönəltmə lövhəsini və ekranın hissələrə bölünməsini idarə edən komandalar yerləşir. Məsələn, buradan ekranı dörd yerə bölüb üçündə öndən (Front), üstən (Top), soldan (Left) və birində 3D modeli saxlamaq olur.

[Top]- sahəsində görünüşlər yerləşir. [2D Wireframe] (ikiölçülü qəfəs) - sahəsində isə modelə müxtəlif görünüş (ton) formsı verilir. Məsələn, 2D Wireframe- ikiölçülü cizgilərdə, Conceptual - 3D modelləşdirmədə istifadə edilir.

İ KS. İstifadəçikoordinat sis­­­t­eminin(İKS) pik­­­­­­­­­­­toq­­­­ram­ma­sı, for­matın sol aşağı kün­cündə yer­ləşir (ko­or­di­nat baş­lağı­cı­nın yerini də­yiş­mək də müm­kündür) de­kart koor­dinat sis­teminin və­ziy­yətini gös­tərir. Koor­dinat­lar dekart koordinat sistemindəki ümumi qəbul olunmuş qayda üzrə əvvəlcə X koordinatı, sonra isə vergüllə ayrılmaqla Y koor­di­natı verilir. Şəkildə qrafiki zonada bir neçə nöqtənin koor­di­natları verilib. Əgər qəfəsin addımını vahidə bərabər götürsək, onda koordinatlar şəkildəki kimi görünər.

Vərəqlər. Bu sətirdə Model-adlanan əmirlə model sahəsini aktivləşdirmək olur. Model sahəsində 2D və 3D model­ləşdirmələr yerinə yetirilir. Çertyoju (modeli) çapa hazırladıqda isə Layout sahəsinə keçirilir. Onların sayı çox ola bilər.


Yüklə 13,77 Mb.

Dostları ilə paylaş:
1   ...   4   5   6   7   8   9   10   11   ...   248




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin