Mirvariyə çevrilən ürək qanı


Tarixə və ədəbiyyat tarixinə dair yazılmış ərəb ensiklopediyalarını da oxumuş və hər cildin arxasına öz təəssüratlarımı yazmışam. 38



Yüklə 1,52 Mb.
səhifə144/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   ...   140   141   142   143   144   145   146   147   ...   239
Tarixə və ədəbiyyat tarixinə dair yazılmış ərəb ensiklopediyalarını da oxumuş və hər cildin arxasına öz təəssüratlarımı yazmışam. 38

1963-cü ildə Qızıl qala zindanında Xuzistandan olan bəzi ərəb dustaqlarla rastlaşdım. Həbslər haqda söhbət açanda o qardaşlar barədə məlumat verəcəyəm. İndi isə həmin dustaqlarla görüşəndə ərəbcə danışığımı gücləndirməyə həvəsim barədə məlumat vermək istəyirəm. 38

Qızıl qala Qacarlar dövrünün Tehranın şimal-qərbində yerləşən hərbi qarnizonlarından birinin adıdır. Altmışıncı illərdə oranı həbsxanaya çevirdilər, mübarizə dövründə məşhur zindanlardan biri oldu, inqilabdan sonra ilə uçuruldu. 38



Onlar iranlı olduqlarına görə farsca da bilirdilər, ancaq mən onlarla ərəbcə danışırdım. Onların arasında şeir və ədəbiyyat barədə məlumatı olan, çoxlu şeirlər bilən bir kişi vardı. Ondan eşitdiyim çoxlu şeirləri yadımda saxladım. O, əl-Həbubinin şeirlərinə vurğun idi, daim ondan oxuyurdu. O kişinin adı Seyid Baqir Nəzari idi. 38

Ərəb qardaşlar həbsxanada Əbu-zəyyə adlanan yerli şeir formasında da oxuyurdular. Onların arasında Ali-Nasir əl-Kəbi ləqəbli savadlı və aydın bir gənc vardı. Mən onunla ərəbcə çox söhbət etdim, ona bir qədər ərəb qrammatikasını öyrətdim. Ərəb olsa da, qrammatikanı bilmirdi. Həmçinin məndən ona türk dilini öyrətməyimi istəyirdi. Mən də ondan bir qədər ingiliscə öyrəndim. 39

Müasir ərəb ədəbiyyatı ümumi olaraq, diqqətimi cəlb etmir. Onun bəzi hissələrində ərəb zövqünə və ərəb dilinə zidd amillər görürəm. Avropa ədəbiyyatının üslub və məzmunundan təsirlənmiş nümunələri xüsusi qeyd etmək istəyirəm. Onlar nə ərəb ədəbiyyatıdır, nə Avropa ədəbiyyatı. Elə dəyişdirilmiş və təhrif edilmiş bir şeydir ki, heç bir sağlam təb onu xoşlamaz. Buna görə elə ədəbiyyat nümunəsi axtarırdım ki, alışdığım gözəl ərəb dili ilə uyğun, dil və üslub baxımından orijinal olsun. 39

Mən Misir, Şam və İraqın böyük və müasir yazıçı və şairlərini oxumuş və axtardığımı İraq şairi Məhəmməd Mehdi Cəvahirinin şeirlərində tapmışam. Cəvahiri Nəcəfin dini-ədəbi mühitində və məşhur Cəvahiri ailəsində böyüdüyünə görə ərəbcəsi və üslubu orijinaldır. Xalqın əzab və arzularını səsləndirməsi də onun şeirinin dəyərli cəhətlərindəndir. Başqa bir xüsusiyyəti zalım hakimlərə qarşı cəsur mövqeyidir. O, bundan ötrü dəfələrlə həbs olunub. Livandan olan ədəbiyyatçı dostum mərhum Seyid Məhəmmədcavad Fəzlullah mənə Cəvahirinin inqilabi və siyasi düşüncələri haqda danışanda bu şairə hörmətim daha da artdı. O, Cəvahirinin mərhum Məhəmmədhüseyn Kaşifül-ğitanın yanında söylədiyi qəsidəsini də mənə oxudu. Bu qəsidə Kaşifül-ğitaya güclü təsir etmişdi. Ondan o qədər xoşu gəlmişdi ki, ixtiyarsız olaraq, uca səslə demişdi: "Allaha and olsun, sən bu dövrün Mütənəbbisisən!" Cəvahiri də dərhal belə cavab vermişdi: "Şeyx, Mütənəbbi Seyfüddövlənin şairi idi, mən də Seyfülislamın şairiyəm!" Seyfülislam, yəni İslamın xəncəri dedikdə məqsədi Kaşifül-ğitanın özü olmuşdur. 39

Məhəmmədmehdi Cəvahiri İraqın ən böyük klassik şairlərindən idi, əsil-nəsəbi Cəvahir kitabının müəllifi Ayətullah Şeyx Məhəmmədhəsən Nəcəfiyə çatırdı. Cəvahiri ərəb ədəbiyyatında, xüsusən İraq barədə siyasi şeirlərilə məşhurlaşmışdı. O, 1992-ci ildə İrana səfər edib Ayətullah Xamenei ilə görüşdü, 1997-ci ildə Dəməşqdə dünyasını dəyişdi və Zeynəbiyyədə torpağa tapşırıldı. 39



Seyid Məhəmmədcavad Fəzlullah Əllamə Seyid Məhəmmədhüseyn Fəzlullahın qardaşı və Livan ruhanilərindən biri idi. O, Ayətullah Xamenei ilə Nəcəf səfəri zamanı dostlaşmış, 1963-cü ildə İrana səfər edib Məşhəddə onunla görüşmüşdü. Məhəmmədcavad Fəzlullah 38 yaşında ürək tutmasından dünyasını dəyişdi. 40

Sizdən nə gizlədim, mən Cəvahirinin bəzi qəsidələrini oxuyanda ağlamışam. Bu qəsidələrin biri "Acların laylası" adlanır. Lakin elə o qəsidədə şairin dinə və din alimlərinin vəzifələrinə dair yanlış qənaətini görüb heyfsiləndim. Bəzi beytlərdə yazırdı ki, məscid imamının dediyi qəşəng moizələrlə yatın; o sizə dünyanı pis adamlara verib ancaq ibadətlə məşğul olmanızı tövsiyə edir. Mən kitabın haşiyəsinə fikirlərimi yazdım və İslamın inqilabi missiyasının şairin nəzərindən qaçdığına təəccübümü ifadə etdim. Əlbəttə, ola bilər, şairin məqsədi insanları din adı altında yatızdırmağa çalışan saray ruhaniləri olmuşdur. Əgər belədirsə, bunu şeirində bəlli etməsi yaxşı olardı. 40


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   140   141   142   143   144   145   146   147   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin