Həmin zindandan xuzistanlı qardaşlarla çoxlu xatirələrim var. Onların bəzisini söyləyəcəyəm: 95
Ali-Nasir Kəbi ilə xüsusi söhbətlərim olurdu. O kişi digərlərindən fərqli idi, hamı ona hörmət edirdi. Təşkilat üzvlərinin yanından keçəndə ayağa qalxırdılar. O, dostcasına zarafat və əyləncələrə qatılmırdı, təkəbbürdən uzaq idi, amma həmişə vüqar və mətanətlə onlardan uzaq gəzirdi. Mənim onunla ərəb, ingilis və türk dili dərslərim olurdu. Ərəb qrammatikası sahəsində də işləyirdik. Sonra isə müasir dövrdə İslamın problemləri və zalım rejimlərin istismarı haqda danışmağa başladıq. Daha sonra mövzu genişləndi və təşkilati əlaqələr barədə söhbət açdım. O bunu yaxşı qarşıladı. Əlbəttə, bizim əlaqəmiz bu həddə inkişaf etməmişdi və bu məsələyə giriş hər ikimiz üçün ehtiyatsızlıq sayılırdı. 95