Mirvariyə çevrilən ürək qanı



Yüklə 1,52 Mb.
səhifə169/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   ...   165   166   167   168   169   170   171   172   ...   239
Bir qədər sonra məni bir maşına mindirib şəhərdən bayıra apardılar. Hava qaranlıq və çox soyuq idi. Həmin ilin qışı sərt keçirdi, adətən, qar görməyən Zahidana qar yağmışdı. 85

Məni bir hərbi hissəyə aparıb növbətçi otağına saldılar. Mənim kimi yeni bir qonaq oradakı əsgərlərə gözlənilməz oldu. Başında əmmamə, gözlərində eynək, əynində ruhani geyimi olan arıq bir gənc onlara qəribə gəlirdi. Bu xüsusiyyətlər adətən, insanların diqqətini cəlb edir. Əsgərlər ayağa qalxıb məni dövrəyə aldılar, hörmətlə salam verdilər. Komandirləri onların rəftarını görüb özünü itirdi və məni tez başqa bir boş otağa göndərdi. Mənimlə mehriban rəftarından onun da təsirləndiyini bildim. 85

O, məni içində sönmüş bir soba olan kiçik otağa saldı. Bir qədər sonra gəlib sobanı yandırdı, mehriban tərzdə kim olduğumu soruşdu, mənimlə danışmağa başladı, sonra yemək gətirdi və özü bayıra çıxdı. Bir qədər sonra yenə gəlib otaqda oturdu. Sonra başqa bir adam da gəldi və birlikdə maraqlı söhbətlər etdik. Mənə dedi ki, sizin buraya gətirilmənizin səbəbkarı özünüzdən olan birisidir. Onun nə demək istədiyini başa düşdüm. Səhər açılan kimi mənimlə sağollaşıb getdi. 85

Mən hər dəfə həbs olunanda zahiri görkəmim diqqət çəkirdi. Yadımdadır, ilk həbsimdə lazımi idari işlərdən ötrü təcridxananın nəzarət qapısının önündə dayanmışdım. Bu zaman məşhur hərbçilərdən olan General Minbaşian qarşıdakı pilləkəndən enirdi. Uzaqdan görən kimi mənə yaxınlaşdı, kim olduğumu və nə üçün oraya gətirildiyimi soruşdu. Ona dedim: "Mənə deyirlər ki, dövlət əleyhinə danışmısan". Şəxsi işimi istədi, onu vərəqləyə-vərəqləyə bəzən təəssüf, bəzən də təəccüblə başını yelləyir və tez-tez deyirdi: "Qəribədir! Nə üçün belə etmisən? Nə üçün bunu demisən?" Sonra getdi. 86

Fətulla Minbaşian (1916-2007) 1948-ci ildə ABŞ-da ali hərbi təhsilini bitirmiş, Pəhləvi hakimiyyətində Müdafiə Nazirliyinin Quru Qoşunlarının komandanı təyin olunmuşdu. O, 1971-ci ildə şahın qəzəbinə gəldi, ordudan tərxis edildikdən sonra İranı tərk etdi. 86



Məni səhər tezdən SAVAK-ın binasına apardılar. Axşamüstünə qədər orada qaldım. Bu müddətdə mənimlə sorğu-sual etdilər. Müstəntiqin mənim uşaqlıq dostlarımdan olduğunu görüb təəccübləndim. Biz uşaq vaxtı onunla və qardaşı ilə bir yerdə oynayırdıq, atası və bəzi qardaşları seyid alimlərdən idilər. 86

Axşamüstü məni hava limanına aparıb iki SAVAK əməkdaşı ilə birgə təyyarəyə mindirdilər. Təyyarə mənə bəlli olmayan bir istiqamətə uçmağa başladı. Sonra bildim ki, Tehrana gedirik. 86

Bu, mənim ilk təyyarə yolçuluğum idi, o vaxta qədər təyyarəyə minməmişdim. Təsadüfən, İslam inqilabından sonra ilk hava yolçuluğum da Zahidana oldu. İmam Xomeyni məni bir sərəncamla Bəlucistana göndərmişdi. 1978-ci ildə Bəlucistanın İranşəhr şəhərində mənimlə birgə sürgündə olmuş Raşid Yəzdi də mənimlə idi. Təyyarə ilə Tehrandan Kirmana, İslam respublikası quruluşuna dair referendum günü də oradan Zahidana uçduq. Bölgənin bir çox şeyxləri hava limanına bizi qarşılamağa gəlmişdilər. Orada onlara dedim: "Mən həyatımın ilk təyyarə səfərində bu hava limanını tərk etmişdim. İnqilabdan sonra ilk səfərimdə də bu hava limanına qədəm qoyuram". 87

İslam İnqilabından sonra İmam Xomeyninin Ayətullah Xameneini Zahidana göndərdiyi sərəncamın mətni: 87




Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   165   166   167   168   169   170   171   172   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin