Lakin həmin gənc bildirdi ki, polis rəisi ilə görüşməkdən başqa yolum yoxdur. 82
Bayıra çıxanda polis və hərbçilərin məscidi mühasirəyə aldıqlarını görüb rejimin fikrinin ciddi olduğunu bildim. Çarəsiz qalıb həmin gənclə birgə polis rəisinin yanına getdim. Polkovnik rütbəli və iri cüssəli bir adam idi. Bircənddə gördüyümə bənzəməyən böyük və təmtəraqlı bir zalın sonunda böyük bir stolun arxasında oturmuşdu. 83
Mən içəri girəndə nə isə yazırdı. Bu, süni bir jestdir, məqsəd içəri girənə əhəmiyyətsiz yanaşıldığını çatdırmaq və onda qorxu hissi yaratmaqdır. Ona salam verdim. Nə cavab verdi, nə də başını qaldırdı. Mən də eyni şəkildə rəftar etməyə məcbur qaldım. Ondan icazə almadan otaqdakı ən rahat kresloda oturdum və ona diqqətsizliyimi aydın göstərən bir işlə məşğul olmağa başladım. Məni psixoloji baxımdan sarsıda bilmədiyini görən zabit başını qaldırıb dedi: "Sən Xameneisən?" 83