Mirvariyə çevrilən ürək qanı


Təkadamlıq kameraların qapıları qıfıllanmırdı, istəyəndə Qasimi ilə görüşə bilirdik. Hərçənd, bəzən nəzarətçilər mane olur, bundan ötrü bizi danlayırdılar. 113



Yüklə 1,52 Mb.
səhifə184/239
tarix10.01.2022
ölçüsü1,52 Mb.
#109471
1   ...   180   181   182   183   184   185   186   187   ...   239
Təkadamlıq kameraların qapıları qıfıllanmırdı, istəyəndə Qasimi ilə görüşə bilirdik. Hərçənd, bəzən nəzarətçilər mane olur, bundan ötrü bizi danlayırdılar. 113

Qeyd etməliyəm ki, siyasi məhbuslar üçün yetmişinci illərin zindanları öncəkilərdən çox fərqli idi. Əvvəllər dustaqlar bir-birini görür, mütaliə edir, yazır, kitab və radio gətirə bilirdilər. Bəzi həbsxana rəislərinin tələbkarlığına görə hərdən çətinlik də yaranırdı. Lakin yetmişinci illərdə bu işlər təxminən qeyri-mümkün idi. 113

Mən həbs olunandan bir neçə gün sonra məhərrəm ayı girdi. Qasimi zindanda dini ayinlərin icrasına kömək edir, dustaqları camaat namazına həvəsləndirirdi. Mən dustaq hərbçilərin pişnamazı idim, namazdan sonra moizə edirdim. Qasimi də məndən sonra rövzə oxuyurdu. 113

Bir neçə gün bu minvalla keçdi. Bir axşam növbətçi zabit içəri girib dustaq hərbçilərin siyasi bir məhbusun arxasında namaz qıldıqlarını gördü. O, zindana girəndə əsgərlərin farağat vəziyyətində dayanıb ona hərbi salam vermələrini gözləyirdi, amma hamının üzü qibləyə idi və heç kim ona məhəl qoymadı. Bu səhnə ona ağır gəldi, hirslə zindandan çıxdı. 113

Namaz qurtarandan sonra zindanın məsul işçilərindən biri mənə yaxınlaşıb dedi ki, burada camaat namazı qıla və hərbçilərə xütbə söyləyə bilməzsiniz. Bu qadağa mənim xeyrimə oldu, ondan sonra hərbçilərin mənimlə əlaqələri artdı. Onlara dedim ki, məclislərinizi davam etdirin və hər axşam oradakı “Haqq qalibdir” kitabından bir qədər oxuyun. Bu kitab İmam Hüseynin (ə) inqilabına dair təhlillərdən və Kərbəla şəhidlərinin həyatından ibarət idi. 113

Pərviz Xorsəndin yazdığı bu kitab İmam Hüseyn (ə) hərəkatını və Aşura hadisəsini hekayə şəklində təsvir edir. 114



Bir gün mənimlə görüş üçün ikiyaşlı oğlum Mustafanı da zindana gətirdilər. Əsgərlərin biri qaça-qaça gəlib dedi ki, oğlunuzu gətiriblər. Qapıya baxdım; zabitlərin biri Mustafanı qucağında mənə sarı gətirirdi. Mustafanı alıb öpdüm. Uşaq uzun müddət idi görmədiyinə görə məni tanımadı, təəccüblə və qaşqabaqla baxdı, sonra isə ağlamağa başladı. Bərkdən ağlayırdı. Onu sakitləşdirə bilməyib zabitə verdim ki, anasıgilə qaytarsın. Onlara mənimlə görüşməyə icazə verilmirdi. Uşağın tanımaması mənə çox təsir etdi və bir neçə gün dilxor oldum. 114

Mən bu zindanda gündəlik qeydlər yazmağa başladım, amma sona çatdıra bilmədim, ruhən yorulduğuma görə yazmağı buraxdım. Orada yazdığım son cümlə bu idi: “Burada yazmağı dayandırıram. Axı nə faydası ola bilər ki?!” 114


Yüklə 1,52 Mb.

Dostları ilə paylaş:
1   ...   180   181   182   183   184   185   186   187   ...   239




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin