Burada ruhanilərin mübarizə fəallarına qarşı münasibəti barədə qısa məlumat vermək istəyirəm. 140
İmam Xomeyni müasir tarixin ən böyük inqilabına rəhbərlik edərək sələflərinin mübarizəsini tamamladı, bölgənin, ən böyük supergücə bağlı olan ən zalım rejimini devirib İslam dövləti qurdu. 140
Din alimlərinin belə olması təəccüblü deyil. Çünki onlar peyğəmbərlərin, tarixin islahatçı şəxsiyyətlərinin varisləridir. Lakin İrandakı bütün din alimləri və ruhanilər belə məsuliyyət hissinə malik deyildilər. Bunun səbəbləri isə başqa bir söhbətin mövzusudur. 141
Onların bəziləri mübarizəyə qoşulmur, lakin İslam fəallarını dəstəkləyirdilər. Bəziləri tamamilə bitərəf idilər; İslam hərəkatını nə pisləyir, nə də tərifləyirdilər. Lakin elələri də vardı ki, islamçı fəallara mənfi münasibət bəsləyirdilər. Bu mənfi münasibətin də dərəcələri vardı. Bəziləri yalnız söhbət düşəndə İslam hərəkatını gözdən salırdılar, bəziləri isə yeri gəldi-gəlmədi. 141
Yadımdadır, 1976-cı ildə Quçan şəhərinə böyük sel gəldi. Mən insanlara yardım tədbirlərində iştirak edirdim. Bir hadisə əsnasında Quçan rəsmiləri məndən tez şəhəri tərk etməmi istədilər. Polis zabiti bu qərarı çatdıranda mən şəhərin came məscidinin böyük həyətlərinin birində idim. Oranı seldən zərər çəkənlərə kömək məqsədilə toplanmış əşyaların böyük anbarına çevirmişdik. Əşyalar dəqiq şəkildə, gözəl nizam-intizamla elə düzülmüşdü ki, bizim kimi yardım mütəxəssislərindən başqa az adam onları yerbəyer edə bilərdi. 141
Xəbəri alandan sonra həyətin kənarındakı bir otağa getdim. Şeyx Zəbihullah bəzi dost və yoldaşları ilə birgə orada oturmuşdu. Narazı halda dedim ki, mənə şəhəri tərk etməyi əmr ediblər. Hamısı narahat oldu. Lakin biri oradakıların təəssüfləndiklərini görüb mənə işarə ilə tez dilləndi: "Bunlar insanlara yardıma gəlməyiblər! Bunlar təxribatçıdırlar!" Həmin ruhani həbsdən çıxandan sonra İmam Rzanın (ə) məqbərəsinin həyətində gördüyüm iki nəfərdən biri idi. 141