Yadımdadır, bir gün qarnım sancır, tez-tez ayaqyoluna gedirdim. Oradan isə gündə yalnız üç dəfə istifadə etmək olardı. Bəzən ayaqyolu növbəsini də müsadirə edirdilər. 183
Qarnım sancan gün xoşbəxtlikdən, nəzarətçi nisbətən yaxşı adam idi, kameranın qapısını bir neçə dəfə açdı. O, tualetə qədər getmir, kameranın önündə gözləyirdi. Bir dəfə oradan qayıdanda üçüncü kamera yoldaşımın həmin kommunisti döymək istədiyini gördüm. Məlum oldu ki, nəzarətçinin yanında məni ələ salırmış. Dustaq qanunlarına görə, bir dustağın nəzarətçi yanında başqa bir dustağı təhqir etməsi bağışlanmaz səhv idi. 183