Moda dəyərinin strukturunun tədqiqi”


Şəkil 1.3. Şahzadə Viktoriya



Yüklə 6,8 Mb.
səhifə10/36
tarix10.01.2022
ölçüsü6,8 Mb.
#107753
1   ...   6   7   8   9   10   11   12   13   ...   36
Şəkil 1.3. Şahzadə Viktoriya
Çünki onlar krinolini çox qabarıq, qəribə hesab edirdilər. Yarana dəb artıq fərqliliyi ilə göz önündə idi. Burada geyimin arxa hissəsində qıvrımlardan hazırlanmış qatlar yerləşdirilirdi. Geyimi dahada gözəl edən isə şlef olurdu. Bəzən sadə meydana gələn geyim getdikcə dahada şişirdilirdi. Məhz bu dəb 1870 – ci ildə öz sadəliyini itirdi. Qollar uzun və dardır bəzək bilək hissədə düymələr krujevalarda olurdu. Bədənin önü düymələrlə və ya atlas iplərlə qapanırdı. Ən əsası isə dəbdəbəli uzun quyruqlu geyimlərin üstündən sadə klassik pencəklər geyinilirdi. İstifadə olunan gödəkçələrin içəriləri artıq astarla örtülürdü.

Əvvəllər moda olan kəmərlər yenidə dəbdəydi. 1893 – cü ildə bədən forması dahada incəlirdi. Qadınlar arasında geniş yayılmış kişi köynəkləri dik və sərt yaxalı idi. Bu dövrdə geyinilən dəniz paltarlarının da özünə məxsus modası var idi. Qapalı yaxa, beli dar ətək və topuğa qədər olan şalvarlar dəb olmuşdur. Krinolini əvəz edən sadə tə qatlı daxili ətəklər meydana gəldi. Pambıqdan hazırlanan korsetləri qadınlar artıq gündəlik istifadə edirdilər. Tikilən qadın donlarının qolları yuxarıdan dar aşağı hissəyə gəldikcə daha da genişlənmiş forma da idi.  Həmin bu dövrlərdə meydana gələn fiqarolar artıq indiki zamanda sıradan çıxmış vəziyyətdədir. Düşünmək bəzən xeyirədir çünki nə vaxtsa heç dəbdə olmayan hündur bel şalvarlar artıq meydana gəlirdi. Hətta zamanın artıq gündəlik rahat geyiminə çevrildi demək olar. Məhz 1820 – ci illərdə geyimlər dəyişilirdi. Korsetlər yenidən dəb oldu və geyimlərin üstdən taxılırdı. Bəzən isə korseti qalın kəmərlər əvəz edirdi. Bu cür geyim qadınları daha incə göstərirdi. Qol formasını qoyunun ayaq nahiyəsinə bənzədən əhali ona 1825 – ci ildə “qoyun budu” adlandırırdılar. Adı çəkilən qolun yuxarıdan biləyə gələn hissə büzməli, bilək hissə isə kip olurdu. XIX əsrdə qol formaları daha enli trapes formalı idi. Şlyapaları dizaynerlər zövqlərə uyğun olaraq bəzəyirdilər. Bəzən üzərilərinə tüklər bəndlənirdi ki buda qeyri – adilik verirdi baş geyiminə. Şlyapalarda olduğu kimi əlcəklərdə artıq aksesuarlarla qeyri adi formaya gətirilirdi. Qadınların saç düzümləri fərqli olduğu qədər həm də aksesuarlar, güllər və mücəvhərlər taxırdılar. Çətirdə geyimi tamamlayan aksesuarlardan biri hesab edilirdi. Chanel modeli xatırladan çantalar velvet və dəri parçalardan tikilirdi. Gümüşü və qızılı zəncirlər isə çantanın asılqanı idi. Qadınlar gecə geyimləri zamanı əsasən uzunqol əlcəklər geyinirdilər. Əlcəklər biləyə qədər olduğu zaman bu artıq demode hesab edilirdi. Napoleonun dövründə daş – qaşlar demək olar həddindən artıq dəb idi onun imperatorluğundan sonra daha da şişirdilmiş oldu. Yunan stili hələdə əhali arasında qalmışdı. Bu stil qolbaqlar, taclar, sırğalar hələdə dəbdə idi. Amerikaya Avropadan keçmiş bər – bəzəkləri qadınlar nəinki gecə mərasimlərə hətta gündəlik həyatlarında da istifadə edirdilər. Nəzərdən keçirtsək görərik ki indi bu stil gündəmdə olduğu qədər geniş istifadə kütləsinədə malikdir. İndiki zamana baxsaq görərik ki cavanlar demək olar ki bu stili dahada fərqli vəzyətə gətirdiklərini düşünürlər lakin tarix artıq bunu göstərirki keçmiş stil geri qayıdır. Qadın papaqları bu dövrdə uşaq papağı formasında olub çənənin alt hissəsindən bağlanırdı. İstifadə edilən daş-qaşlarda da dəyiçikliklər olmuşdur. Qollu geyimlərin bir qismi ləğv olunmuşdu. Bu dövrdə yeni cərəyan artıq özünü biruzə verirdi. Beləliklə, boyun hissədə heç bir aksesuardan istifadə olunmurdu, üzüklər, bilərziklər isə geyimin üzərinə taxılırdı. Şərq qadınlarının baş örtüyü olan türban artıq burada moda olmağa başlayırdı. Materialı velvetdən olub hər cür rəng tonlarında olurdu. Türban - qadınlar üçün baş örtüyüdür. Topuz saç bu dövrdə yaranmış və dəb olmuşdur. Saçlar daha sadə yığılırdı. Bəzən yığılan saçın üzərinə tor keçirilirdi. Buda dövrə görə moda idi qadınlar üçün. Yığılan topuz saçlara öndən üzə tökülən tel daha da fərqli görünüş verirdi. 1820 – ci ildə şalvarlar yerə kimi uzanır sadə qabaqdan düymələnən köynək üzərinə salınırdı. Bu stil sadə və rahat olduğu üçün tez bir zamanda Avropaya yayıldı (1800 – 1815). Geyinilən qış geyimləridə modaya uyğunlaşdırılırdı. Belə ki, paltoların kəsimləri sərt formada idi öndən qısa arxadan isə dizə qədər olan bu modelləri xanımlar sevərək geyinirdilər. Yaxa hissə isə dik vəziyyətdə olub çiyin hissələr daha dolğun olurdu. Bu dövrdə olan kişi geyimlərinində özünə məxsusluğu var idi. Beau Brummel həmin dövrün ən dəbli geyinənlərindən idi (şəkil 1.4.).




Yüklə 6,8 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   36




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin