Şəkil 1.5. Milli obrazlı qadın
Artıq insanlar anlayırdılar ki modanın dəyişilməsi ilə nəinki geyim hətta məişət əşyaları da dəyişilirdi. Yenilərə ehtiyac artırdı və insanlar dəblə uyğunlaşmağa can atırdılar. Geyimdə olan dəyişikliklər tarixdə həmin insanların istifadə etdikləri əşyalar sayəsində öyrənilirdi. Azərbaycan da XIX əsrin sonu XX əsrin əvvəllərində nəinki yaşam tərzi hətta hazırlanan geyimlərin növü, materialı və keyfiyyətinə də öz təsirlərini göstərmişdir.
Ülgülər belə XIX əsrdə dəyişilirdi. Nəinki biçim habelə keyfiyyətinə əsaslı təsir göstərmişdir. Dəyişilmələrə baxmayaraq dövrün tələblərinə uyğun olaraq dəyişməyə məruz qalmışdır. Əmək bölgüsü yarandıqdan sonra isə artıq uni formalar yaranmağa başladı. Uniformalar hər peşənin özünə məxsus olan geyim formasıdır. Cəmiyyət arasında peşə geyimləri çox yayıldı hər kəz öz peşəsinə uyğun geyinməyə başladı.
XIX əsrdə gündəlik geyimlərin irəliləməsinə baxmayaraq hərbi geyim və ona aid olan formalar artıq lazımsız hesab edilərək aradan qaldırılırdı. Azərbaycanın parça istehsalı bütün dövrlərdə oldu lakin XIX əsrin ortalarında İran, Rusiya və Avropa gələn parçalara görə ləngimə dövrü keçirdi. Bu proses bəzi yüksək təbəqələ insanları narahat etməyə başladı. Və 1901 – ci ildə Pambıq parça istehsal edən fabrik yaradıldı. Yaradıcısı olan H.Z.Tağıyev bu işin Azərbaycan üçün irəliləyiş olacağını düşündü. Günümüzdə Azərbaycanda parça istehsal edən Tekstil yerləri vardır. Parçalar keçmişdə əl əməyinə əsaslanaraq hazırlanırdı.
Lakin indi inkişaf edən Azərbaycan ən son standartlara cavab verən aparatlardan istifadə edərək idxalı və ixracı ilə məşğuldur. Müasir dövrdə hər sahə kimi parça istehsalında da kompyuterləşmə önəm kəsb edir. Burada ilk öncə parçaya özəl görüntünü verən dizaynerlər məşğul olur. Həmin dizaynerlər parçanı müəyyən edilmiş ölçüdə proqram ilə çəkərək onun hər bir rəngini kanallara ayırır və tiff formatına salır. Bu parça istehsalının ilk addımıdır. Daha sonra bu formatı şablon sahəsinə təqdim edirlər həmin tiff format müəyyən edilən aparata köçürülür və OK düyməsi basilir. Eni zamanda dizaynerlər rəng seçimləri labaratoriyaya təqdim edirlər. Və burada lazım olan rənglər hazırlanıb basqı sahəsinə göndərir. Hər bir rəng ayrı – ayrı şablon üzərinə köçürülür. Bütün şablonlar hazır olduqdan sonra basqı sahəsinə aparılır şablonlar. Burada hər bir şablona uyğun rəng taxılır və aparata yerləşdirilir. Hər bir şablon yerinə oturulduqdan sonra OK düyməsi basılır. Aparata lazım olan parça materialı əvvəldən yerləşdirilmiş olur. Rənglər üst – üstə gələrək dizaynerin verdiyi görüntü ortaya çıxır basılan parçanı həmin anda qurudan istilik aparatıda məhz bu basqı sahəsində aparatın içində yerləşdirilib. Basılan parçalar yumaya aparılır və üstündə olan kimyəvi materiallar təmizlənir yenidən qurudulur. Daha sonra parçalar dairəvi şəkildə yığılıb müəyyən edilən müştəriyə göndərilir.
Qadınlar üçün tikilən köynəklər əlvan rənglərdən olmaqlarına baxmayaraq sadə və mirvari düymələr ilə qapanırdı. Yaşlı qadınlara isə tünd rəngli şifonlardan hazırlanırdı köynəklər. Xanımları geyindikləri ətəklər bu dövrdə tuman adlanırdı. Tuman qat – qat olub: alt tuman, orta tuman və üst tumandan ibarət idi. Qadınların geyindikləri tuman bəzən moda bəzən isə havanın soyuq keçməsi ilə beş hətta səkkiz tumanı üst – üstə geyinirdilər. XIX əsrin II yarısında kapitalizmin sürətli inkişafı Azərbaycan modasında da öz təsirini göstərdi. Avropa modasından gələn “don” qadın geyim növü idi. Don bütöv geyinilirdi yəni ətək ilə koftanın birgə tikilməsi idi. Qadınlar artıq həm uzun həm də qısa geynirdilər.
Bir zamanlar qadınların qısa geyinməkləri qəti qadağan idi. Ətəklərin beli büzməli və gövdəli idi. O zamanlar qadınlar dərzilərə gündəlik geyimi ayrı mərasim geyimi ayri tikdirirdilər. Bu dövrdə xanımların donlarını döşlük yəni önlük tikilirdi. Azərbaycanlı xanımların çox bir hissəsi bu cür geyinirdilər. Önlük sinə hissədən başlayıb dizdən aşağı qədər olurdu. Döşlüyündə növləri var idi. Bayramda tikilən döşlüklər bahalı parçalardan, məxməri və zərli sapdan hazırlanan gipurdan hazırlanırdı. Lakin gündəlik taxılan önlük sadə sıradan parçadan tikilirdi. Donların ətək, qol, sinə hissəsinə rəngli parçalardan köbə tikilirdi. Bu köbələr bəzən qırçınlı bəzən isə sadə olurdu.
XIX əsrin sonları – XX əsrin əvvəllərində yaranan bu geyimlər ümumi vizual cəhətdən XVIII əsrin modası ilə demək olar ki eyni idi. Bu dövr geyimlərində olan xırda dəyişikliklər gözə çarpır və tipoloji cəhətdə öz görünüşü qoruyub saxlayırdı.
Müasir dövrdə geyimlər jurnallarda dərc olunurdu və satışa çıxarılırdı. Azərbaycan Tarix Muzeyindən, İncəsənət Muzeyindən və Respublikanın digər şəhər rayonlarından toplanan məlumatlar sayəsində milli geyim haqqında albom buraxılmışdır. Bu jurnalın adı “Azərbaycan Milli Geyimləri”
Bundan əlavə hətta geyim konstrusiyası haqqında məlumat verən kitablarda dərc olunurdu. Konstruksiya kitablarında geyimlərin biçimi haqqında ətraflı məlumat verilirdi. Hər bir geyim formasının ülgüsü olurdu və bunun sayəsində istənilən geyimlər kəsilib tikilirdi.
Dostları ilə paylaş: |