Çörəyin xarici görünüşünün təyin edilməsi. Məmulata baxış keçirirlər.
Formanın düzgünlüyünə (hamar, yastı, çökük), səthin vəziyyətinə (hamar, qeyri-
bərabər, şişmiş və çatlı və ya partlamış təpəli) fikir verirlər.
İçin vəziyyətinin təyini. Qabaqcadan çörəyi iti bıçaqla ehtiyatlı bir şəkildə
yuxarıdan aşağı 2 bərabər hissəyə ayırırlar. Bu zaman məsamələrin ölçüsünə
(kiçik, orta, böyük), onların bərabər paylanmasına (bərabər, kifayət qədər bərabər,
kifayət qədər qeyri-bərabər, qeyri-bərabər) və məsamələrin divarının qalınlığına
(nazik divarlı, orta qalınlıqlı, qalın divarlı) xüsusi diqqət yetirilir.
Çörəyin içinin elastikliyinə qiymət verərkən kəsiyin səthini barmaqla yavaşca
sıxır və tez çəkərək, onun əvvəlki formasını bərpa etməsini müşahidə edirlər. Qalıq
deformasiyanın olmaması, çörəyin içinin elastikliyinin yaxşı olduğunu göstərir; az
61
miqdarda qalıq deformasiya olduqda (tam bərpa etdikdə) – orta; çox miqdarda
qalıq deformasiya olduqda isə pis hesab edilir. Çörəyin içinin rənginin bütün səthə
eyni paylanması, kənar qarışıqların izlərinin olub-olmaması qeyd olunur.
Dostları ilə paylaş: |