G İ R İ Ş
Dünya yarandığı gündən indiyə kimi insanların həyatda qalmaq üçün
mübarizə aparması həmişə olmuşdur. Yaşamaq uğrunda mübarizənin əsasını məhz
insanların qidalanması təşkil edir. Bu səbəbdən də insanlar uzun illər müxtəlif
qidalanma vərdişləri öyrənmək və fərqli qidalar üçün çox cəhdlər göstərmişlər.
Müasir dövrün insanın gündəlik qida rejimində buğdadan əldə edilən məmulatlar,
həmçinin çörək əsas yer tutur. Əksər İEÖ-də çörəyin istehlak səviyyəsi olan
qidanın 20-25 %-ni təşkil edir. Buğda və buğdadan əldə edilən məhsullar bütün
dünya insanlarının 90%-indən çoxunun əsas rasionunu əhatə edir.
Buğda dəni hüceyrələrinə, bir sözlə onun yaşam mübarizəsinə təsir göstərən
daxili və xarici faktorların mənimsənilməsinə böyük diqqət edilir. Bu istiqamətdə
buğdanın seleksiyası və başqa bir çox əlamətləri ilə məşğul olan araşdırmaçıların
göstərdiyi çabalar nəticəsində yüksək məhsullu buğda növləri əldə edilsə də, ondan
hasil olunan xammal və o cümlədən çörəkbişirmə sahəsində texnoloji sxemlərin və
texnoloji emal prosesinin gedişatına təsir göstərən amillərin tədqiq edilməsi
məsələlərdən biri olaraq gündəmdə qalmaqdadır.
Hətta müəyyən olunmuşdur ki, buğda dəninin kimyəvi tərkibi onun
çörəkbişirmə sahəsindəki texnoloji üstünlükləri, bioloji qidalılıq dəyəri, buğdanın
növündən, becərilmə formasından, torpaq iqlim sahəsindən və başqa buna oxşar
faktorlardan asılıdır. Bu səbəbdən də kütləvi qida məhsulu hesab edilən çörək və
çörək-bulka məmulatlarının müxtəlif çeşidlərini yaratmaq üçünlə yeni buğda
sortlarının tədqiq edilməsi baxımından introduksiya edilmiş buğdaların
öyrənilməsinə xüsusilə diqqət ayrılması vacib şərt olaraq qəbul edilir.
Bunun üçün əksər alimlərin həyata keçirdiyi işlərin əsas xətti bəzi
introduksiya edilmiş buğda növlərinin texnoloji və biokimyəvi keyfiyyətinin tədqiq
edilməsinə doğru istiqamətlənmişdir.
Bütün istehsalların yekun nəticəsi buraxılan məhsulun keyfiyyətinə əsasən
dəyərləndirilir.
4
Çörək-bulka məmulatlarının təhlükəsizliyini parametrlərinə xüsusi əhəmiyyət
verilir, ona görə ki, ondan insanın sağlamlığı, yəni bütün həyatı asılıdır. Hazırda
istehlakçı üçün "keyfiyyətli məhsul" termini sağlamlaşdıran özəlliklərə və vizual
cazibədarlığa sahib olan təhlükəsiz məhsulu ifadə edir. Qida təhlükəsizliyi xüsusi
mənaya sahibdir və vurğulamaq lazımdır ki, sanitar-gigiyenik nəzarətin xüsusi
obyektidir. Sanitar qaydalar yaşam və qida məhsulunun uyğunluğuyla sanitar-
gigiyenik qaydalar, gigiyenik normativlər tələblərinə təyin olunan indiki və
gələcək nəsil insanlarının sağlamlığı üçün riskin olmaması kimi qida məhsulunun
təhlükəsizliyini səciyyələndirir. Qida məhsullarının təhlükəsizliyini mutagen,
kanserogen zəhərlinin olmaması yaxud insanın bədəninə məhsulların başqa
səmərəsiz təsiri olaraq da açıqlamaq mümkündür.. Təhlükəsiz şərait yaratmağa,
sağlamlıq üçün təhlükəni yaradan çirkləndiricinin və digər maddənin saxlamasınını
nizamlanan səviyyəsinə əməl etməklə zəmanət verilir.
Yeni etapda tərəqqilər Çörək-bulka məmulatlarının növləri davamlı olaraq
artır və istehsala müasir texnoloji proseslər kök salır. Bu proseslərin hamısı və
məhsul təhlükəsizliyin ən aşağı tələblərinə uyğun olmalıdır. Qida məhsulunun
təhlükəsizliyi təhlükəsi müəyyən vaxt ortaya çıxa bilər, istehsal dövrünün hər hansı
mərhələsində, təyin edilmiş tələblərə müvafiq kontrolun prosedurlarının tətbiq
edilməsi mütləqdir.
İstehsal prosesinin təşkil edilməsi özü də xüsusi əhəmiyyətə daşıyır. İstehsalın
təşkili yollarından biri texnoloji prosesin sxeminin müəyyən edilməsidir. Məhsulun
müəyyən bir növünün istehsalına aktual olan texnologiya təlimatları tələblərinə
uyğun texnologiya sxeminin müəyyən edilməsi ayrılıqda hər əməliyyata nəzər
salmağa, vahid texnoloji proses gedişində onların ardıcıllığını yaratmağa və zəruri
olanı təyin etməyə icazə verir.
Çörək-bulka məmulatlarının təhlükəsizliyinin təmin olunması hər zaman
diqqət mərkəzində olmalıdır, ona görə ki, hər zaman qida bazarında istehlakçı üçün
təhlükə riski vardır. Çörək-bulka məmulatlarının istehsal olunmasına və onların
təhlükəsizliyinə nəzarəti təmin etmək üçün məsuliyyəti ancaq istehsalçılar yox,
eyni zamanda dövlət tənzimləməsi orqanları da daşıyır. Bu cür sistemin
5
komponentlərini özünə daxil edən qida məhsulunun təhlükəsizliyinin təmin
edilməsi istehlakçıların müdafiə edilməsinin ən effektiv vasitəsidir. Bu vasitələrə
normativ baza, uyğunluğun dəyərləndirilməsi, kontrol sistemi, metrologiya və
bazar üçün nəzarəti nümunə göstərmək olar.
Təşkil edilən tədbirlər müsbət nəticə versə də, AR-da çörək-bulka
məhsullarının keyfiyyət və kəmiyyət olaraq artması üçün ümumi tədbirlərə ehtiyac
duyulur. Əvvəlcə, dövlət proqramı üzrə buğda əkinləri böyüdülməli və fermerlərə
xüsusi güzəştlər edilməlidir. Regionların texnikası, yem bazası, gübrələr və
vitaminlərlə təminatı sürətləndirilməlidir. Bununla yanaşı əlavə xammal və
məmulatların istifadə edilməsi üçün logistik şəbəkə tərtib edilməli, materialın nəql
edilməsi, saxlanması, əlverişli şəkildə istifadə edilməsi diqqət mərkəzində
olmalıdır.
Dostları ilə paylaş: |