Qum şəhəri elm, cihad və agahlıq şəhəridir. Otuz ildən artıq sürən bu müddətdə Qum əhalisinin agahlığı həmişə özünü göstərən çox əhəmiyyətli faktorlardan biri olmuşdur.
Qumun formalaşmasında cihad və agahlıq elementlərinin rolu
Maraqlıdır ki, Qum şəhərinin yaranması da agahlıqla yanaşı olan bir cihad hərəkətindən irəli gəlmişdir. Yəni Əşərilər tayfası gəlib bu yerdə sakin olanda əslində buranı Əhli-beyt (ə) təlimlərini yaymaq üçün mərkəzə çevirdilər; burada mədəni bir cihad başlandı. Əşərilər Quma gəlməzdən öncə döyüşmüş, hərbi cihad da etmişdilər. Əşərilərin başçısı cənab Zeyd ibn Əlinin (ə) qiyamında mübarizə aparmışdı. Bu səbəbdən Həccac ibn Yusifin onlara qəzəbi tutdu, onlar məcbur olub buraya gəldilər, öz fəaliyyətləri, agahlıqları və elmləri ilə bu bölgəni elm mərkəzi etdilər. Məhz buna görə həzrət Fatimə Məsumə bu tərəfə gələndə Qumu görmək istədi; Əşəri böyüklərinin burada olduğuna görə. Onlar xanımı qarşılayıb bu şəhərə gətirdilər və bu nurlu məqbərə o zamandan - o həzrətin vəfatından sonra bu şəhərdə işıq saçmağa başladı. Bu əzəmətli mədəni hərəkəti yaradan Qum əhalisi o zamandan bu şəhərdə Əhli-beyt (ə) təlimlərinin mərkəzini yaratdılar, yüzlərlə alimi, hədisşünası, təfsirçini, İslam və Quran hökmlərini bəyan edən alimləri İslam dünyasının şərqinə və qərbinə göndərdilər. Elm Qumdan Xorasanın, İraqın və Şamın ucqar yerlərinə qədər yayıldı. Bu, Qum əhalisinin ozamankı agahlığıdır. Qum cihad və agahlıq əsasında yarandı.