16- Təhsildə yeni üsublardan istifadə etmək
Hövzənin elm mərkəzi olmasına dair başqa bir məsələ budur ki, hövzənin kimliyi elmi kimlikdir. Buna görə də, təhsildə, təlimdə, elmin inkişaf və istehsalında yeni üsullardan qorxmaq lazım deyil, vahiməyə düşmək lazım deyil. Məqsəd elmdirsə, həqiqətən elm istəyiriksə və işin idarəsi alim insanların əlindədirsə, dini üsullar necə olsa, məqbuldur.
Mən bunu deyim; bu Qum hövzəsində proqramlı işlərin təşəbbüsçüsü yalnız fəqahət elmi ilə məşhur olan fəqihlərdən biri - yəni mərhum Ayətullah Gülpayiqani idi. Qum hövzəsində proqramlı mədrəsəni cənab Gülpayiqani təsis etdi; Həqqani mədrəsəsindən öncə. Mərhum cənab Behişti və digərləri Həqqani mədrəsəsini cənab Gülpayiqaninin mədrəsəsi əsasında yaratdılar. Mərhum cənab Behişti və digərləri oranın müəllimləri idilər. Sonra oradan çıxıb özləri Həqqani mədrəsəsinin əsasını qoydular. Cənab Gülpayiqaninin mədrəsəsi – deyəsən bu mədrəsə hələ də həmin adla fəaliyyət göstərir – hövzədə ən qədim proqramlı mədrəsədir. Cənab Gülpayiqani fəqahət işində alim, mütəxəssis və fəqahət məsələlərinə sadiq bir fəqih idi, amma təhsildə yeni proqram icra etməkdən qorxmadı. Əlbəttə, onun digər yenilikləri də vardı. Hövzədə kompüter proqramlarını başladan ilk yer də cənab Gülpayiqaninin təşkilatıdır. Sonra təbii ki, daha geniş yayıldı.
Dostları ilə paylaş: |