Мөһсин Гәраәти



Yüklə 8,7 Mb.
səhifə17/98
tarix22.10.2017
ölçüsü8,7 Mb.
#11409
1   ...   13   14   15   16   17   18   19   20   ...   98

Nöqtələr


◘Allah-təala varlıq aləminin sirlərini, övliyalardan tutmuş cansız cisimlərədək hər şeyin adını Adəmə öyrətdi. “Məcməül-bəyan” təfsirində nəql olunmuş rəvayətdə İmam Sadiqin (ə) tə’birincə, bütün torpaqlar, dağlar, dərələr, çay yataqları, hətta ayağımızın altındakı döşənəcək də Adəmə tanıtdırıldı.

Bildirişlər


1. Həqiqi müəllim Allahdır. Qələm, bəyan, müəllim və kitab tə’lim vasitələridir. (“Əlləmə”)

2. İnsan öz elmi ilə mələklərdən üstündür. (“Və əlləmə Adəmə...”)

3. İnsan bütün elmləri əxz etmək üçün iste’dad və ləyaqətə malikdir. (“Kulləha”)

4. Mələklərin ibadəti, Adəmin isə elmi daha çox idi. Xilafət məqamı ibadətdən çox elmlə bağlıdır. (“Əlləmə Adəməl əsma”)

5. Başqalarını mə’lumatlandırmaq üçün ən yaxşı yol imtahan keçirilməsi və fərdlərin ləyaqətlərinin nümayişə qoyulmasıdır. (“Əlləmə... summə ərəzəhum... fəqalə ənbiuni”)

6. Mələklər Allahın xəlifəliyi məqamına özlərini daha layiq sayırdılar. (“İn kuntum sadiqin”)


32. ﴿قَالُواْ سُبْحَانَكَ لاَ عِلْمَ لَنَا إِلاَّ مَا عَلَّمْتَنَا إِنَّكَ أَنتَ الْعَلِيمُ الْحَكِيمُ

Mələklər dedilər: “Pərvərdigara! Sən pak və münəzzəhsən. Biz Sənin bizə öyrətdiklərindən başqa bir şey bilmirik. Həqiqətən, Sən həkim (hikmət sahibi) və bilənsən.”


Nöqtələr


◘İblis və mələklər hər biri bir cəhətdən özünü Adəmdən üstün bilirdilər. İblis xilqət baxımından, mələklər isə ibadət baxımından özlərini Adəmdən üstün sayırdılar. Amma İblis Allahın insana səcdə əmri qarşısında itaətsizlik göstərdi. Mələklər isə həqiqəti bildiklərindən üzr istəyib, cəhalətlərini e’tiraf etdilər. (“Sübhanəkə la ilmə ləna”)

Bildirişlər


1. Elmsiz suala görə üzr istəmək bir dəyərdir. (“Sübhanəkə”)

2. Üstünlük istəyi və özünü böyük bilmək tənzimlənməlidir. (“Nusəbbihu və nuqəddisu”) deyənlər “la ilmə ləna” söylədilər.)

3. Öz cəhalətimizi e’tiraf edək. (“La ilmə məna”) Mələklər ən ali ədəbi nümayişə qoydular. “Sübhanəkə”, “la ilmə ləna”, “əlləmtəna”, “innəkə”, “əntəl-əlimul-həkim” sözləri ədəb nişanəsidir.

4. Mələklərin elmi məhduddur. (“La ilmə ləna”)

5. Allahın elmi zatidir. (Sonradan əldə olunmuş deyil.) (“İnnəkə əntəl-əlim”) Başqalarının elmi isə “iktisabi”, yə’ni qazanılmış elmdir. (“Əlləmtəna”)

6. Aləmdəki işləri təsadüfi bilməyək. (“Əntəl-əlimul-həkim”)


33. ﴿قَالَ يَا آدَمُ أَنبِئْهُم بِأَسْمَآئِهِمْ فَلَمَّا أَنبَأَهُمْ بِأَسْمَآئِهِمْ قَالَ أَلَمْ أَقُل لَّكُمْ إِنِّي أَعْلَمُ غَيْبَ السَّمَاوَاتِ وَالأَرْضِ وَأَعْلَمُ مَا تُبْدُونَ وَمَا كُنتُمْ تَكْتُمُونَ

Allah buyurdu: “Ey Adəm, mələklərə onların adlarını xəbər ver.” Adəm mələklərə onların adlarını bildirdikdə Allah buyurdu: “Sizə göylərin və yerin sirlərini, sizin aşkarda və gizlində etdiklərinizi bildiyimi söyləmədimmi?”


Bildirişlər


1. Layiqli iste’dadlara çiçəklənmə fürsəti verin. (“Ənbi’hum biəsmaihim”)

2. Allahın keçirdiyi elmi sorğuda Adəm mələklərdən üstün oldu. (“Fələmma ənbəəhum biəsmaihim.”)

3. Mələklər bə’zi sözləri desələr də, bə’zi məsələləri gizlədilər. (“Kuntum təktumun”)
34. ﴿وَإِذْ قُلْنَا لِلْمَلاَئِكَةِ اسْجُدُواْ لآدَمَ فَسَجَدُواْ إِلاَّ إِبْلِيسَ أَبَى وَاسْتَكْبَرَ وَكَانَ مِنَ الْكَافِرِينَ

Mələklərə “Adəmə səcdə edin” dediyimiz vaxt İblisdən başqa hamısı səcdə etdi. İblis boyun əyməyib təkəbbürlük göstərdi və kafirlərdən oldu.”


Nöqtələr


◘Qur’anın bildirdiyinə görə İblis mələklərlə bir cərgədə ibadət edən cin idi. (“Kanə minəl-cin”)1

◘Allahın əmri ilə Adəmə səcdə, əslində Allaha bəndəlik idi. (“Uyunul-əxbarir-Riza”) Çünki gerçək ibadət bizim meylimizə əsaslanan yox, Allahın istədiyi əməldir. İblis Allaha əsrlərcə səcdə etməyə hazır idi. Amma Adəmə səcdə etmədi!

◘İblis iki azğınlığa yol verdi:

a) E’tiqadi azğınlıq; "Əba" (boyun əyməmək) onun günahının səbəbi oldu.2

b) Əxlaqi azğınlıq; Təkəbbür İblisin cəhənnəmə getməsinin səbəbi oldu.3

◘Adəmə səcdə şəxsən ona yox, bütün nəslinə və övladına xatir idi. Çünki başqa bir yerdə buyurulur: “Sizi xəlq etdik, sonra sizə surət verdik və mələklərə “Adəmə səcdə edin” dedik. İblisdən başqa hamısı səcdə etdi. O, səcdə edənlərdən olmadı.4 İmam Səccad (ə) buyurmuşdur: “Həzrət Peyğəmbər (s) buyurdu ki, Adəmə səcdə onun züryətinə və nəslinə xatir idi.5

◘Mələklərin səcdəsi müvəqqəti idi. Amma onların mö’minlərə nazil olması və onlar üçün istiğfarları daimidir. “Allah bizim Rəbbimizdir” deyib, bu əqidədə sabit qalanlara mələklər nazil olar”.6

◘Adəmə cisminə görə yox, ilahi ruhuna görə səcdə edilməli idi.7

◘Bütün mələklər insana səcdə etdiyi halda insanın Allaha səcdə etməməsi insafsızlıqdır.

Bildirişlər


1. İnsan kimi mələklərə də xitab edilir, əmr olunur və qadağa qoyulur. (“Uscudu li Adəmə”)

2. Ləyaqət uzaq keçmişə malik olmaqdan mühümdür. Belə ki, qədim mələklər yeni insana səcdə etməli idilər. (“Uscudu li Adəmə”)

3. Əməldə itaətsizlikdən də təhlükəli olan şey Allah əmrinə e’tiqadsızlıqdır. (“Əba vəstəkbər”)

4. İblisin təkəbbürü və cəsarəti onun bədbəxtliyinə səbəb oldu. (“Kanə minəl kafirin “)


35. ﴿وَقُلْنَا يَا آدَمُ اسْكُنْ أَنتَ وَزَوْجُكَ الْجَنَّةَ وَكُلاَ مِنْهَا رَغَداً حَيْثُ شِئْتُمَا وَلاَ تَقْرَبَا هَـذِهِ الشَّجَرَةَ فَتَكُونَا مِنَ الْظَّالِمِينَ

Dedik: Ey Adəm! Sən öz zövcənlə bu bağda sakin ol və hər ikiniz istədiyiniz kimi oradakı meyvələrdən bol-bol yeyin. Yalnız bu ağaca yaxın gəlməyin. Yoxsa özünüzə zülm edənlərdən olacaqsınız.”


Nöqtələr


◘Qur’an dilində “Şəcər” təkcə ağac yox, həm də buta deməkdir. Məsələn, Qur’anda belə bir ayə var: “Üstündə iki yarpaqlı bir buta bitirdik.”1 Əgər rəvayətlərdə və təfsirlərdə bu ayədə “şəcər” sözünün buğdaya işarə olduğunu oxusanız, e’tiraz etməyə yer yoxdur.

◘“Cənnət” dünya bağlarına da deyilir. “Qələm” surəsinin on yeddinci ayəsində oxuyuruq: “Biz cənnət (bağ) sahiblərini imtahana çəkdik. Qur’anın digər ayələrindən və rəvayətlərindən mə’lum olur ki, Adəmin sakin olduğu cənnət və’d olunmuş cənnət olmamışdır. Çünki:

1. Və’d olunmuş cənnət mükafatdır. Adəm bir iş görməmişdi ki, ona mükafat veriləydi.2

2. Behiştə daxil olan kəs bir daha oradan çıxmır.3

3. Həmin behiştdə qadağa, vəzifə yoxdur. Halbuki Adəmə hansısa ağacdan istifadə etmək qadağan edilmişdi. Bundan əlavə, Əhli-Beyt rəvayətlərində də nəql olunur ki, Adəmin olduğu behişt və’d olunmuş behişt olmamışdır.

◘Adəmə edilən qadağa vəzifə qadağası deyildi. Ona görə də bu qadağanın pozulması haram sayılmırdı. Bu qadağada məqsəd tövsiyə və yol göstərilməsi idi.




Yüklə 8,7 Mb.

Dostları ilə paylaş:
1   ...   13   14   15   16   17   18   19   20   ...   98




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin