Мөһсин Гәраәти



Yüklə 3,26 Mb.
səhifə24/76
tarix23.10.2017
ölçüsü3,26 Mb.
#11917
1   ...   20   21   22   23   24   25   26   27   ...   76

Nöqtələr


◘Səmavi kitab - Quran hidayət vasitəsi olsa da, ilahi ayələr oxunduqda bir qrup insanın batini çirkinliyi inadkar ruhiyyə səbəbindən daha çox aşkara çıxır.

◘İmam Baqir (ə) buyurmuşdur: “Bir çox tüğyan və küfrün səbəbi Həzrət Əlinin (ə) vilayətinə etiqadsızlıqdır.”1


Bildirişlər


1. Kitab əhli bütün səmavi kitablara inanmalıdır.

2. “İmanlıyam” demək kifayət deyil. Əməldə hərəkət lazımdır.

3. Səmavi qanunlar əməl üçün mehvər olmalıdır. Bu qanunlar qüdrət kürsüsünə oturmalıdır.

4. Fərdlərin şəxsiyyəti və dəyəri onların dini öhdəçiliklərinə bağlıdır.

5. Təbliğdə ilk öncə başqalarının düzgün etiqadlarına hörmətlə yanaşmaq, sonra nəzərdə tutulan yolu açıqlamaq lazımdır.

6. Tüğyan küfr üçün zəmin və müqəddimədir.

7. Tüğyan və küfr artıb-azala bilər.

8. Kitab əhlinin az bir qismi düzgün yoldadır.

9. İnadkar və kafir fərdlərə görə qüssə çəkmək yersizdir.
69. ﴿إِنَّ الَّذِينَ آمَنُواْ وَالَّذِينَ هَادُواْ وَالصَّابِؤُونَ وَالنَّصَارَى مَنْ آمَنَ بِاللّهِ وَالْيَوْمِ الآخِرِ وعَمِلَ صَالِحًا فَلاَ خَوْفٌ عَلَيْهِمْ وَلاَ هُمْ يَحْزَنُونَ

Həqiqətən iman gətirənlər, möminlər, yəhudilər, sabiilər, məsihilər, qiyamət gününə iman gətirib saleh iş görənlərin heç biri üçün qəm yoxdur.”


Nöqtələr


◘Quranda yəhudilər və məsihilər sözü ilə üç dəfə yanaşı işlənmiş «sabiilər» sözü səmavi dinlərdən birinə itaət edənlərə aiddir. Zaman ötdükcə onlar doğru yoldan azmış, ulduzların təsiri kimi əqidəyə, haqdan uzaqlığa və yanlış adət-ənənələrə uğramışlar.

◘Müxtəlif dinlərin ardıcılları yeni din gəldikdən sonra həmin dinə iman gətirməli idilər. Əgər son peyğəmbərə iman zəruri olmasaydı, onun gəlişi əbəs olardı. Müsəlmanlarla yanaşı İslam peyğəmbərinə iman gətirib saleh əmələ üstünlük verən yəhudilər, məsihilər və sabiilər üçün qorxu olmayacaq.

◘Bütün qədim dinlərdən yəhudi, məsihi və sabii dinlərinin adı çəkilir. Çünki bu dinlər ilahi din olmaqla haqqın dəvətinin qəbuluna başqalarından daha layiqdirlər.

Bildirişlər


1. Allaha və qiyamət gününə iman, peyğəmbərlərin risalətinin qəbulu səmavi dinlərin müştərək əsaslarındandır.

2. Bütün səmavi dinlərdə səadət ölçüsü iddia və ad yox, iman və saleh əməldir.

3. İman əməldən ayrı deyil.

4. Gerçək rahatlıq iman və saleh əməl sayəsində əldə olunur.


70. ﴿لَقَدْ أَخَذْنَا مِيثَاقَ بَنِي إِسْرَائِيلَ وَأَرْسَلْنَا إِلَيْهِمْ رُسُلاً كُلَّمَا جَاءهُمْ رَسُولٌ بِمَا لاَ تَهْوَى أَنْفُسُهُمْ فَرِيقًا كَذَّبُواْ وَفَرِيقًا يَقْتُلُونَ

Həqiqətən, Biz Bəni-İsraildən əhd aldıq və onlara peyğəmbərlər göndərdik. (Amma) hər vaxt bir peyğəmbər onlar üçün könüllərincə olmayan söz və bildiriş gətirdi, bir dəstəni təkzib edib, digər bir dəstəni öldürdülər.”


Nöqtələr


◘Ayədə «Bəni-İsraildən alınmış əhd» dedikdə əvvəlki ayənin mahiyyəti, yəni Allaha, məada iman və saleh əməl nəzərdə tutula bilər. Eləcə də, bu ayənin özündə “rusulən” sözü ilə bəyan olunan peyğəmbərlərə itaət nəzərdə tutula bilər. Başqa bir halda “Bəqərə” surəsinin 93-cü, “Ali-İmran” surəsinin 81-ci ayələrində haqqında danışılan bildirişdən söhbət gedə bilər. Yəni əsas mövzu Allahın nazil etdiyinə əməldir.

◘Əvvəlki ayədə dedik ki, səmavi dinə bağlılıq təklikdə kifayət etmir, iman və saleh əməl də lazımdır. Bu ayə əvvəlki ayəni açıqlayaraq Bəni-İsrailin səmavi dinə bağlı olduğu halda hansı əməllərə uğradığından danışır.

◘Surə “əhdlərə vəfa edin” cümləsi ilə başlandığından, 67-ci ayədə Qədir-Xum əhvalatı bəyan olunduğundan, bu ayədə əhdi pozma, övliyaların qətlə yetirmə və onları təkzib etmə zikr edildiyindən bütün bu ayələr ibrət və xəbərdarlıq ola bilər. Eləcə də, Bəni-İsrailin vəziyyətinin ifşası ilə müşayiət olunan bu xəbərdarlıqlar diqqəti Qədir-Xum bəyanatına yönəldir.

Bildirişlər


1. Bəni-İsrailin həzrət Musadan başqa da peyğəmbərləri vardı.

2. Peyğəmbərlərin yolu nəfsani meyllər yolu deyil.

3. Peyğəmbərlərin inkarı və qətlə yetirilməsinin kökü Bəni-İsrailin nəfs istəkləri idi.

4. Əhdə vəfasızlıq, peyğəmbərlərin qətli, təkzib və inadkarlıq Bəni-İsrailin sifətlərindəndir.

5. Günahkar cəmiyyətdə ilahi insanların ya şəxsiyyətləri, ya da özləri terror olunur.

6. Peyğəmbərlər Allah yolunda canlarından keçmişlər.


71. ﴿وَحَسِبُواْ أَلاَّ تَكُونَ فِتْنَةٌ فَعَمُواْ وَصَمُّواْ ثُمَّ تَابَ اللّهُ عَلَيْهِمْ ثُمَّ عَمُواْ وَصَمُّواْ كَثِيرٌ مِّنْهُمْ وَاللّهُ بَصِيرٌ بِمَا يَعْمَلُونَ

(Yəhudilər özlərini xalqdan və Allahın övliyalarından üstün tutduqları üçün ) cəza və sınağa düçar olmayacaqlarını güman etdilər. (Həqiqətləri gördükdən sonra) kor və kar oldular. Sonra Allah (onlara lütf göstərərək) tövbələrini qəbul etdi. Növbəti dəfə onlardan çoxu (ilahi ayələri görməkdə və ya eşitməkdə) kor və kar oldular. Allah onların etdiklərini görəndir.”



Nöqtələr


◘Ayədəki “fitnə” sözü imtahan və ya əzab mənasını bildirir.

◘Bəni-İsrail elə düşünürdü ki, Allahın sınaqları və ya qəhr-qəzəbi yalnız həzrət Musanın dövrünə aiddir. Ona görə də arxayın şəkildə rifah ardınca qaçır, ilahi ayələrə biganəlik göstərirdilər.

◘İmam Sadiq (ə) bu ayəyə işarə ilə buyurmuşdur: “Məqsəd peyğəmbərin olmadığı bir dövrdür. “Kor və kar oldular” təbiri peyğəmbərin dünyadan getməsi ilə bağlıdır.” Sonra Allah tərəfindən onların tövbəsinin qəbul olması “Əmirəl-mömininin xilafətə çatdığı dövrə təsadüf edir. Sonra növbəti dəfə karlıq və korluq” qiyamətədək davam edəsidir.”1

Bildirişlər


1. İlahi sınaq ümumidir. Heç vaxt fitnələrdən qəflətdə qalmayaq.

2. Əqidələr ehtimal və gümana əsaslanmamalıdır.

3. Bir müddət doğru yolda olmaq mühüm deyil, əsas məsələ xeyir aqibət və müsbət sonluqdur. Ayədəki “sonra yenidən kar və kor oldular” təbiri Bəni-İsrailin Allaha doğru qayıtdıqdan sonra növbəti dəfə azdığını göstərir.

4. Qürur, insanın özünü üstün bilməsi, zənn-gümana qapılma insanı kor və kar edir, onun mərifətini əlindən alır.

5. Kimsə güman etməsin ki, sınağa çəkilmədən bir yerə çatacaq.

6. Allahın lütfü o qədər böyükdür ki, hətta bəzən insanın üzrxahlığı olmadan ona doğru yönəlir.

7. Allah mehriban, insanlar isə inadkardır.

8. Yolçuların çoxluğu yolun haqq olmasını göstərmir.

9. Allah hüzuruna iman insan həyatında mühüm rol oynayır.
72. ﴿لَقَدْ كَفَرَ الَّذِينَ قَالُواْ إِنَّ اللّهَ هُوَ الْمَسِيحُ ابْنُ مَرْيَمَ وَقَالَ الْمَسِيحُ يَا بَنِي إِسْرَائِيلَ اعْبُدُواْ اللّهَ رَبِّي وَرَبَّكُمْ إِنَّهُ مَن يُشْرِكْ بِاللّهِ فَقَدْ حَرَّمَ اللّهُ عَلَيهِ الْجَنَّةَ وَمَأْوَاهُ النَّارُ وَمَا لِلظَّالِمِينَ مِنْ أَنصَارٍ

Həqiqətən, “Allah həmin Məryəm oğlu Məsihdir” deyənlər qəti kafir oldular. (Nə üçün belə deyirlər,) halbuki Məsih özü deyirdi: “Ey Bəni-İsrail, Allaha pərəstiş edin, O mənim və sizin Allahınızdır. Şübhəsiz, Allah Ona şərik qoşan kəsə behişti haram etmişdir və onun yeri cəhənnəmdir. Sitəmkarların heç bir yardımçısı yoxdur.”



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   76




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin