Мөһсин Гәраәти



Yüklə 7,05 Mb.
səhifə46/94
tarix24.05.2018
ölçüsü7,05 Mb.
#51312
1   ...   42   43   44   45   46   47   48   49   ...   94

Bildirişlər


1. Quranda nə vaxt ilahi hakimiyyətdən danışılırsa, səmalar yerdən əvvəl zikr olunur. Bu, səmaların genişlik və əzəmətini göstərir.

2. Bir çoxlarının əlində hakimiyyət olduğu halda, hətta öz istəklərini də gerçəkləşdirə bilmirlər. Allah isə həm hökumət sahibidir, həm də hər bir işi görməyə qadirdir.


190. ﴿ إِنَّ فِي خَلْقِ السَّمَاوَاتِ وَالأَرْضِ وَاخْتِلاَفِ اللَّيْلِ وَالنَّهَارِ لآيَاتٍ لِّأُوْلِي الألْبَابِ

Həqiqətən, göylərin və yerin yaranışında, gecə və gündüzün bir-birinin ardınca gəlməsində düşüncə sahibləri üçün (Allahın elm, rəhmət, qüdrət, malikiyyət, hakimiyyət və tədbirinə) nişanələr var.”


Nöqtələr


◘Fəxr Razi, Qurtubi və Mərağinin təfsirlərində deyilir: Ayişədən həzrət Peyğəmbər (s) haqqındakı ən yaxşı xatirəsini soruşdular. Ayişə dedi: “Peyğəmbərin bütün işləri heyranedici idi. Amma mənim üçün bu hadisə daha mühüm görünürdü. Bir gün peyğəmbər mənim mənzilimdə istirahət edirdi. Yenicə uzanmışdı ki, yerindən qalxdı, dəstəmaz aldı və namaza durdu. O qədər ağladı ki, yaxası islandı. Sonra səcdəyə getdi və səcdə halında o qədər ağladı ki, yer islandı. Sübh Bilal gəlib bu göz yaşlarının səbəbini soruşdu. Həzrət buyurdu: “Dünən Qurandan bir ayə nazil oldu.” Sonra həzrət “Ali-İmran” surəsinin 190-dan 194-dək ayələrini qiraət etdi və buyurdu: “Bu ayələri oxuyub düşünməyənin vay halına!”

◘“Təfsire-Kəbire-Fəxr Razi”, “Təfsire-Məcməül-bəyan”da Həzrət Əlinin (ə) belə buyurduğu nəql olunur: “Həzrət Peyğəmbər (s) daim gecə namazından qabaq bu ayələri oxuyardı.” Hədislərdə sifariş olunmuşdur ki, biz də bu ayələri oxuyaq.

◘“Təfsire-nümunə”də Həzrət Əlinin (ə) xas səhabəsi olan Nouf Bəkkali belə nəql edir: Bir gecə Həzrət Əlinin (ə) xidmətində idim. İmam yataqdan qalxdı və bu ayələri oxudu. Sonra məndən soruşdu: “Yatmısan, yoxsa oyaqsan?” Ərz etdim ki, oyağam. Buyurdu: “Xoş o kəslərin halına ki, yerin çirkinliklərini qəbul etməyib, səmalarda seyr edərlər.”

◘Ayədəki “Əl-bab” sözü “lubb” sözünün cəm forması olub, hər cür boş xəyaldan uzaq, xalis ağıl mənasını bildirir.


Bildirişlər


1. Dünyanın yaranışı məqsədlidir.

2. Varlığı tanımaq Allahı tanımağın müqəddiməsidir.

3. İl boyu gecə və gündüz saatları arasındakı fərq düşüncə sahiblərinin nəzərində təsadüfi deyil.

4. Quran insanları yaranış haqqında düşünməyə rəğbətləndirir.

5. Daha düşüncəli olan insan daha çox nişanəni dərk etməlidir.

6. Yaranış aləmi sirlərlə doludur. Yalnız düşüncə sahibləri bu sirləri dərk edə bilərlər.


191. ﴿الَّذِينَ يَذْكُرُونَ اللّهَ قِيَامًا وَقُعُودًا وَعَلَىَ جُنُوبِهِمْ وَيَتَفَكَّرُونَ فِي خَلْقِ السَّمَاوَاتِ وَالأَرْضِ رَبَّنَا مَا خَلَقْتَ هَذا بَاطِلاً سُبْحَانَكَ فَقِنَا عَذَابَ النَّارِ

(Düşüncə sahibləri) o kəslərdir ki, ayaq üstə, oturaq və uzanmış halda Allahı yad edər, göylərin və yerin yaranışı haqqında düşünərlər. (Can-dildən deyərlər:) «Pərvərdigara! Bu varlıq aləmini boş yerə yaratmamısan, Sən pak-pakizəsən. Bizi atəş əzabından qoru.»”


Nöqtələr


◘İmam Baqirin (ə) buyruğuna əsasən, sağlam adamlar ayaq üstə, xəstələr oturaq, acizlər isə uzanmış vəziyyətdə namaz qılmalıdırlar.1

Bildirişlər


1. Bütün hallarda Allahı yada salmaq düşüncə nişanəsidir.

2. Düşüncə əhli həm də zikr əhli olmalıdır.

3. İman düşüncə əsasında dəyərli olur.

4. İman və bütün vücudla etiraf dəyərlidir. Dil etirafı ilə kifayətlənmək olmaz.

5. Zikr və düşüncə yanaşı olduqda dəyərli olur. Təəssüf ki, bəziləri zikr edirsə də düşünmür, digərləri düşünürsə də zikr etmir.

6. İnsanı Allaha yaxınlaşdıran müvəqqəti yox, daimi düşüncə və zikrdir.

7. Təbiəti hiss üzvləri ilə tanımaq kifayət deyil. Bu barədə düşünmək də lazımdır.

8. Göylərin və yerin yaranışı haqqında düşünən kəs anlayar ki, varlıq aləminin Rəbbi həm də bizim Rəbbimizdir.

9. Yaranışın bütün sirlərini dərk etməsək də, o, boş yerə deyildir.

10. Əvvəlcə düşüncə, sonra isə iman və irfan. Daha sonra dua və münacat.

11. Əgər varlıq aləmi boş yerə deyilsə, biz də boş yerə yaşamamalıyıq.

12. Varlıq aləmi məqsədlidir. İlahi məqsəddən nə qədər uzaq olsaq, cəhənnəmə bir o qədər yaxınlaşmış oluruq.

13. Duadan qabaq Allaha sitayiş edək, Onun pak-pakizə olduğunu dilə gətirək.

14. Əql və düşüncənin bəhrəsi qiyamətdən qorxudur.


192. ﴿ رَبَّنَا إِنَّكَ مَن تُدْخِلِ النَّارَ فَقَدْ أَخْزَيْتَهُ وَمَا لِلظَّالِمِينَ مِنْ أَنصَارٍ

Pərvərdigara! (Pis əməllərinə görə) hər kəsi cəhənnəmə atsan, şəksiz ki, onu zəlil və rüsvay etmisən. Sitəmkarlar üçün heç bir yardımçı yoxdur.”


Nöqtələr


◘İmam Baqirdən (ə) “sitəmkarlar üçün heç bir yardımçı yoxdur” cümləsi haqqında soruşulduqda həzrət buyurdu: “Yəni onların adla çağırılası imamları yoxdur.”(Şəfaət istəmək üçün)1

Bildirişlər


1. Qiyamət atəşi çətindir. Amma insanlıq kəraməti arzusunda olan düşüncə sahibləri üçün qiyamət rüsvayçılığı daha dərdlidir.

2. Sitəmkarlar başqalarının şəfaətindən məhrumdurlar.


193. ﴿رَّبَّنَا إِنَّنَا سَمِعْنَا مُنَادِيًا يُنَادِي لِلإِيمَانِ أَنْ آمِنُواْ بِرَبِّكُمْ فَآمَنَّا رَبَّنَا فَاغْفِرْ لَنَا ذُنُوبَنَا وَكَفِّرْ عَنَّا سَيِّئَاتِنَا وَتَوَفَّنَا مَعَ الأبْرَارِ

Pərvərdigara! Həqiqətən, biz “rəbbinizə iman gətirin” - iman nidasını eşitdik və iman gətirdik, Pərvərdigara! Günahlarımızı bağışla, çirkli işlərimizi pərdələ və bizi yaxşılarla (birgə) öldür.”


Nöqtələr


◘Ayədəki “zünub” sözü kəbirə günahlara işarə ola bilər. Mümkündür ki, “səyyiat” sözü səğirə (kiçik) günahlara işarə olsun. Çünki “Nisa” surəsinin 31-ci ayəsində “kəbirə” sözünün qarşısında “səyyiat” sözü işlədilmişdir. “Səyyiat” günah əsərləri də ola bilər.

◘İman dəvətini qəbul edib “eşitdik” deyən düşüncə sahibləri ilə yanaşı bu dəvətə etinasızlıq göstərib qiyamətdə həsrət çəkənlər də var.2



Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin