Мөһсин Гәраәти



Yüklə 7,05 Mb.
səhifə45/94
tarix24.05.2018
ölçüsü7,05 Mb.
#51312
1   ...   41   42   43   44   45   46   47   48   ...   94

Nöqtələr


◘Müsəlmanlar Məkkədən Mədinəyə hicrət etdikləri vaxt müşriklər onların mülkünə təcavüz etdilər. Ələ keçirdikləri müsəlmanlara isə əziyyət verdilər. Digər bir tərəfdən, Mədinədə də yəhudilər müsəlmanları acı sözlərlə hədəfə almışdılar. Hətta bəzi yəhudilər xəcalət çəkmədən müsəlmanların qadın və qızları haqqında həcv yazırdılar. İşə Kəb ibn Əşrəf adlı biri başçılıq edirdi. Həzrət bu şəxsin qətlə yetirilməsinə göstəriş vermişdi. Bu ayə müsəlmanlara təsəlli verərək onları düşmənlərin əzab-əziyyətləri qarşısında səbir və təqvaya çağırır. Bildirilir ki, onların imanda möhkəmliyinin səbəbi məhz səbir və təqvadır.

◘İmam Riza (ə) zəkat ödənişini var-dövlətlə bağlı sınaqlardan biri sayır. Ayədə bu məsələyə işarə olunmuşdur.1


Bildirişlər


1. Sınaq Allahın ciddi qaydalarındandır. Özümüzü sınaqlara hazırlayaq. (Ayədəki “lətub-ləvunnə” sözünün əvvəlindəki lam» və sonundakı təşdidli nun hərfi məsələnin ciddiliyinə işarədir.)

2. Ölüm və dünyanın ötəriliyini yada salmaq çətinlikləri insanın nəzərində asanlaşdırır.

3. İnsan ən çox mal və canı ilə sınağa çəkilir.

4. Can və malla bağlı təhlükələri qəbul etməkdən əlavə, özümüzü zəhərli sözlər dinləməyə də hazırlamalıyıq.

5. Təhqir və həcv eşitmək, düşməndən əziyyət görmək sınaq vasitələrindən biridir.

6. Müqəddəs məqsədlərə çatmaq üçün bütün növ çətinliklərə dözmək lazımdır. Mala, cana, şəxsiyyətə dəyən zərbələr bu qəbildəndir.

7. Müxaliflərdən acı söz gözləmək müsəlmanların hazırlıq səbəblərindəndir.

8. İslam düşmənləri müsəlmanlara zərbə vurmaqda məqsəd birliyi və bəzən üsul birliyindən faydalanırlar.

9. Düşmən aza qane deyil.

10. Səbir və təqva qoşa halda müvəffəqiyyət rəmzidir. Təqvasız sabitqədəmlik inadkar adamlarda da müşahidə olunur.

11. Səbir və təqva biri o biri üçün şərtdir. Səbir və təqva iki məfhum olsa da, ayənin ərəbi mətnində onlara tək halda (“zalikə”) işarə olunur.
187. ﴿ وَإِذْ أَخَذَ اللّهُ مِيثَاقَ الَّذِينَ أُوتُواْ الْكِتَابَ لَتُبَيِّنُنَّهُ لِلنَّاسِ وَلاَ تَكْتُمُونَهُ فَنَبَذُوهُ وَرَاء ظُهُورِهِمْ وَاشْتَرَوْاْ بِهِ ثَمَناً قَلِيلاً فَبِئْسَ مَا يَشْتَرُونَ

(Xatırla,) o zaman ki, Allah kitab verdiyi kəslərdən onu hökmən xalqa bəyan etmələri və gizlətməmələri barədə əhd aldı. Onlar bu əhdə arxa çevirib, onu ucuz qiymətə dəyişdilər. Necə də pis müamilə etdilər!”


Nöqtələr


◘İmam Baqir (ə) bu ayə haqqında buyurmuşdur: “Allah kitab əhlindən əhd aldı ki, Tövrat və İncildə həzrət Məhəmməd (s) haqqında bildirilənləri xalqa bəyan etsin və gizlətməsin.1

◘Əgər bu gün dünyada milyonlarla məsihi, yəhudi və məcusi varsa, bunun səbəbi onların alimlərinin susması, haqqı gizlətməsidir. “Ətyəbul-bəyan” təfsirində nəql olunduğuna görə, iki əhd kitabında İslam və İslam peyğəmbəri haqqında altmışdan çox müjdə vardır. Amma kitab əhlinin alimləri bütün bunlara arxa çevirmişlər.


Bildirişlər


1. Allah xalqın hidayəti üçün alimlərdən xüsusi əhd almışdır.

2. Həqiqətlər elə bəyan olunmalıdır ki, xalq üçün gizli bir məsələ qalmasın.

3. Alimlərin vəzifəsi səmavi kitabı xalq üçün aydınlaşdırmaqdır.

4. Alimlər var-dövlətə və məqama çatmaq və ya onları qorumaq məqsədi ilə haqqı bəyan etməmişlər.

5. Səadət və qurtuluş üçün təkcə elm kifayət etmir. Var-dövlətə, vəzifəyə etinasızlıq da əsas məsələlərdəndir.

6. İlahi ayələrin gizlədilməsi müqabilində insan hər nə alarsa, uduzar.

7. Din və ilahi əhdlərə əməlin böyük dəyəri var. İstənilən mal və məqam müqabilində haqqı gizlədən şəxs zərərdədir.
188. ﴿ لاَ تَحْسَبَنَّ الَّذِينَ يَفْرَحُونَ بِمَا أَتَواْ وَّيُحِبُّونَ أَن يُحْمَدُواْ بِمَا لَمْ يَفْعَلُواْ فَلاَ تَحْسَبَنَّهُمْ بِمَفَازَةٍ مِّنَ الْعَذَابِ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ

Güman etmə ki, etdikləri işlərdən şad olanlar, etmədiyi işlərə görə təriflənmək istəyənlər ilahi əzabdan qurtulmuşlar. Onlar üçün dərdli əzab var.”


Nöqtələr


◘Xalq üç dəstədir:

1. Bir dəstə insan gördüyü iş müqabilində xalqdan heç bir təşəkkür gözləmir. 2

2. Bir dəstə insan gördüyü işdən xalqın xəbərdar olmasını və tərif edilməsini istəyir.2

3. Bir dəstə insan isə heç bir iş görmədiyi halda xalqdan tərif gözləyir.

◘Səlahiyyəti çatmayan məqam, ixtisas, məsuliyyət iddiasında olan kəsin qeybətini etmək caizdir.

◘Görülməyən işə görə tərif umacağını aradan qaldırmaq üçün İslam istənilən növ yağlı dil tökülməsini qadağan edir.


Bildirişlər


1. Xudbinlik, qürur, xalqdan tərif umacağı kimi əxlaqi çirkinliklər insanı məhvə aparır.

2. Quran istənilən bir kəsə qarşı istənilən bir halda yersiz təhlil və təfsiri məhkum edir.

3. Allah insanın təkcə əməllərini yox, həm də xeyir və şər istəklərini hesaba alır.3

4. Həmddə bir növ sitayişlə pərəstiş çaları olduğundan şükür və mədh istəyi yox, həmd istəyi çox təhlükəlidir.

5. Günahkar şəxs peşman olub tövbə də edə bilər. Lovğa insanlar isə hətta tövbə etmək fikrinə də düşmürlər. Ona görə də belələrinin qurtuluşuna ümid yoxdur.

6. Dünyada xudbinlik, mənəm-mənəmlik xəstəliyinə tutulanlar qiyamətdə ilahi əzaba düçar olarlar.


189. ﴿ وَلِلّهِ مُلْكُ السَّمَاوَاتِ وَالأَرْضِ وَاللّهُ عَلَىَ كُلِّ شَيْءٍ قَدِيرٌ

Göylərin və yerin hakimiyyəti Allah üçündür. Allah hər işə qadirdir.”


Nöqtələr


◘Allahın dünyaya hakimiyyəti etibari (tapşırılmış) yox, həqiqidir. Çünki hər bir şeyin mövcudluğu və həyatı Onun əlindədir. Allah var etmək üçün yalnız “ol” buyurur.4 Bir şeyi məhv etmək üçün də Allahın yalnız iradəsi bəs edir.5

Allahın hökuməti daimi, həmişəlikdir. Allahdan qeyrilərinin hakimiyyəti isə müvəqqətidir.6 Bəli, həqiqi və daimi hökumət yalnız Allaha məxsusdur.



Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   41   42   43   44   45   46   47   48   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin