Мөһсин Гәраәти


“NİSA” SURƏSİ (4-cü surə, 176 ayə)



Yüklə 7,05 Mb.
səhifə49/94
tarix24.05.2018
ölçüsü7,05 Mb.
#51312
1   ...   45   46   47   48   49   50   51   52   ...   94

“NİSA” SURƏSİ

(4-cü surə, 176 ayə)

Dörd, beş və altıncı cüzlər

Nisa surəsinin siması


176 ayədən ibarət olan bu surə Mədinədə nazil olmuşdur. Surədə iman və ədalətə dəvətdən, keçmiş ümmətlərdən ibrət götürülməsindən, Allah düşmənləri ilə dostluq rabitələrinin qırılmasından, yetimlərin himayəsindən, izdivac və irs hökmlərindən, ilahi rəhbərə itaətin zəruriliyindən, Allah yolunda hicrət və cihaddan danışılır. Surənin ilk 35 ayəsində ailə məsələləri bəyan olunduğundan surə “Nisa”, yəni “qadınlar” adlandırılmışdır.
﴿بِسْمِ اللهِ الرَّحْـمنِ الرَّحـيمِ

1. ﴿يَا أَيُّهَا النَّاسُ اتَّقُواْ رَبَّكُمُ الَّذِي خَلَقَكُم مِّن نَّفْسٍ وَاحِدَةٍ وَخَلَقَ مِنْهَا زَوْجَهَا وَبَثَّ مِنْهُمَا رِجَالاً كَثِيرًا وَنِسَاء وَاتَّقُواْ اللّهَ الَّذِي تَسَاءلُونَ بِهِ وَالأَرْحَامَ إِنَّ اللّهَ كَانَ عَلَيْكُمْ رَقِيبًا

Ey xalq! Rəbbinizdən qorxun ki, sizi bir təndən yaratdı, zövcəsini də ondan xəlq etdi və onların ikisindən çoxlu kişilər və qadınlar törətdi. (Ona and içməklə) bir-birinizdən istədiyiniz Allahdan çəkinin və qohumlarınıza münasibətdə təqvalı olun. Allah sizdən daim muğayatdır.”


Nöqtələr


◘Əmirəl-möminin Əli (ə) buyurmuşdur: “Təkcə salam verməklə olsa da sileye-rəhim edin (qohumları yoxlayın)” sonra həzrət həmin bu ayəni tilavət etmişdir.1

Bildirişlər


1. Ailə ilə bağlı bu surə təqva tövsiyəsi ilə başlayır. Yəni ailə bünövrəsi təqvadan ibarətdir və onu gözləmək lazımdır.

2. İnsanın həm yaranışı, həm də tərbiyəsi Allahın əlindədir. Demək, elə Ona da itaət edib Ondan çəkinmək lazımdır.

3. Bütün insanlar bir kökdəndir. Ona görə də bəşəriyyəti irqlərə, millətlərə, dillərə və sair əlamətlərinə görə üstün saymaq qadağandır.

4. Qadın və kişi yaranışda birdir. Cinsiyyət baxımından kişi və qadın arasında üstünlük yoxdur.

5. Bütün bəşəriyyət bir atadan və bir anadan törənmişdir.

Adəm övladlarının izdivacı haqqında iki növ rəvayət var. Bir qrup rəvayətdə Adəm övladlarının bir-birləri ilə ailə qurduğu bildirilir. Digər rəvayətlərdə isə Adəm övladlarının Adəmdən əvvəlki insan nəsli ilə izdivac etdiyi bəyan olunur.

6. Tərbiyəvi məsələlərdə təkrarın öz yeri var.

7. Ailə və qohumların hüquqlarına riayət təqva şərtidir. İmam Baqir (ə) buyurmuşdur: “Peyğəmbər aşiqlərinin yaxınlığı dostluqla təmin olunur.”2


2. ﴿ وَآتُواْ الْيَتَامَى أَمْوَالَهُمْ وَلاَ تَتَبَدَّلُواْ الْخَبِيثَ بِالطَّيِّبِ وَلاَ تَأْكُلُواْ أَمْوَالَهُمْ إِلَى أَمْوَالِكُمْ إِنَّهُ كَانَ حُوبًا كَبِيرًا

Yetimlərin mallarını onlara verin. Pis malları yaxşı mallarla dəyişməyin. Onların mallarını öz mallarınızla yeməyin. Həqiqətən, bu (zalımcasına sərf,) böyük günahdır.”


Bildirişlər


1. Yetimlərin mallarını - özləri bilməsələr və ya yaddan çıxarsalar da - onlara qaytarın.

2. İslam məhrum və zəif təbəqənin himayəçisidir.

3. Yetim uşaqların mülkiyyət hüququ var.

4. Haqqın qarşısını almaq, yetimin malını dəyişmək və ya əskiltmək böyük günahdır.

5. Günahlar kəbirə və səğirə (böyük və kiçik) olur.
3. ﴿وَإِنْ خِفْتُمْ أَلاَّ تُقْسِطُواْ فِي الْيَتَامَى فَانكِحُواْ مَا طَابَ لَكُم مِّنَ النِّسَاء مَثْنَى وَثُلاَثَ وَرُبَاعَ فَإِنْ خِفْتُمْ أَلاَّ تَعْدِلُواْ فَوَاحِدَةً أَوْ مَا مَلَكَتْ أَيْمَانُكُمْ ذَلِكَ أَدْنَى أَلاَّ تَعُولُواْ

Əgər yetim qızlara münasibətdə ədalətə riayət edə bilməyəcəyinizdən qorxursunuzsa, (onlarla izdivacdan daşının,) ürəyiniz istəyən qadınlarla evlənin. Ya iki, ya üç, ya da dörd. Əgər qorxsanız ki, (zövcələrin arasında) ədalətli rəftar edə bilməyəcəksiniz, onda bir zövcə, ya da malınız olan bir kəniz kifayətdir. (Əlbəttə ki, kənizin də hüquqları yerinə yetirilməlidir) Bu, zülm etməməyiniz üçün daha münasibdir.”


Nöqtələr


◘Bəzi kişilər yetim qızları himayələrinə götürür, sonra isə cüzi bir mehriyyə ilə onlarla evlənirdilər. Onları boşamaq da asan olurdu. Ayə nazil oldu ki, əgər ədalətsizlik qorxusu varsa, digər qadınlarla evlənsinlər. Əvvəlki ayədə yetimlərin malına münasibətdə ədaləti gözləmək tapşırılırdı. Bu ayədə isə yetim qızlarla izdivacda ədalətli olmaq tapşırılır.

◘Bir neçə qadınla evlənmənin hikməti müxtəlif şəkillərdə izah oluna bilər:

a) Döyüşlərdə və müxtəlif hadisələrdə kişilərin tələfatı çox olduğundan qadınlar dul qalır.

b) Gənclər dul qadınla evlənmək istəmir.

v) Bəzi dul qadınlar ərsiz vəziyyətdə özünə nəzarət edə bilmir.

q) Qadınlar hər ay müəyyən müddət ərzində üzürlü olaraq yaxınlıq edə bilmirlər.

Beləcə, dul qadınların haqlarının hifzi üçün müəyyən şərtlər daxilində kişi ikinci qadınla evlənə bilər.

Sual: Bu ayədə ədalətsizlik məsələsi bir qədər qaranlıq qalır. Bu ayədə “ədalətsizlikdən qorxursunuzsa” deyilirsə, 129-cu ayədə “sizdə o güc yoxdur” buyurulur. Bu ayələr bir-birinə zidd deyilmi?



Cavab: Libas, məskən, qida və yaxınlıq kimi maddi məsələlərdə ədalətli olmaq lazımdır. Ədalətin pozulmasından qorxursunuzsa, özünüz üçün başqa bir proqram tənzimləyin. 129-cu ayədə isə ədalət qəlblə bağlı məsələlərə şamildir. Məlum məsələdir ki, insan öz sevgisini bərabər bölməkdə acizdir. Bu cavab İmam Sadiqdən (ə) nəql olunmuş bir hədisə əsaslanır.1

Bildirişlər


1. İslam məhrumların, xüsusi ilə də yetimlərin, ən öndə isə yetim qızların hamisidir. Bu himayə xüsusi ilə iffət, yaxınlıq və onlardan sui-istifadə edilməsi məsələləri ilə bağlıdır.

2. Yetimlərlə izdivacdan daşınmaq üçün ədalətsizliyə əmin olmaq zəruri deyil. Ədalətsizlik ehtimalı və qorxusu kifayətdir.

3. Ədalətsizlik qorxusu olmadıqda yetim qızlarla evlənmək olar.

4. Həyat yoldaşı seçimində qəlb istəyi əsasdır.

5. İslam müəyyən şərtlər daxilində kişinin bir neçə arvad almasına icazə verir.

6. Zövcələrin sayı həm dörddən artıq olmamalı, həm də bu işdə müəyyən şərtlərə əməl edilməlidir. 2


4. ﴿ وَآتُواْ النَّسَاء صَدُقَاتِهِنَّ نِحْلَةً فَإِن طِبْنَ لَكُمْ عَن شَيْءٍ مِّنْهُ نَفْسًا فَكُلُوهُ هَنِيئًا مَّرِيئًا

Qadınların mehriyyə və kəbin haqqını hədiyyə şəklində, rəğbətlə verin. Əgər öz istəkləri ilə bundan sizə bir şey bağışlasalar, onu halallıq və ləzzətlə sərf edin.”



Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin