Мөһсин Гәраәти



Yüklə 7,05 Mb.
səhifə51/94
tarix24.05.2018
ölçüsü7,05 Mb.
#51312
1   ...   47   48   49   50   51   52   53   54   ...   94

Bildirişlər


1. Qadınların da kişilər kimi irs hüququ var. Din onların hüquqlarını qoruyur.

2. İrs mülkiyyət səbəblərindəndir.

3. Daha yaxın qohum irs payında da daha öndədir.

4. Mirasın qədəri yox, ədalətli bölgüsü mühümdür.

5. İrs payı dəyişməzdir.
8. ﴿ وَإِذَا حَضَرَ الْقِسْمَةَ أُوْلُواْ الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِينُ فَارْزُقُوهُم مِّنْهُ وَقُولُواْ لَهُمْ قَوْلاً مَّعْرُوفًا

Əgər bölgü zamanı (irsdən pay düşməyən) qohumlar, yetimlər və ehtiyaclılar orada olsalar, həmin maldan onlara bir şey ruzi verin və onlarla xoş danışın.”


Nöqtələr


◘Ayədə qohumların yetimlərlə və miskinlərlə yanaşı yad edilməsindən aydın olur ki, burada fəqir və irsdə payı olmayan qohumlar nəzərdə tutulur. Ayənin sonundakı mehribanlıq tapşırığı da həmin bu mənanı təsdiqləyir.

Bildirişlər


1. Məhrumların baxışlarına, iştirakına və təbii istəklərinə diqqət yetirin.

2. İrs qalmış malı məxfi şəkildə bölməyin. Qoy bu bölgünü başqaları da görə bilsin.

3. İrs bölgüsündə bu irsdə qanuni payı olanlardan əlavə, məhrumlar və yetimlər haqqında da düşünün.

4. Hədiyyələr və şirin dillə kin və həsədi aradan qaldırın və ailə bağlılıqlarını möhkəmləndirin.

5. Maddi hədiyyələri məhəbbət və mehribanlıqla çatdırın.
9. ﴿ وَلْيَخْشَ الَّذِينَ لَوْ تَرَكُواْ مِنْ خَلْفِهِمْ ذُرِّيَّةً ضِعَافًا خَافُواْ عَلَيْهِمْ فَلْيَتَّقُوا اللّهَ وَلْيَقُولُواْ قَوْلاً سَدِيدًا

Özündən sonra zəif övladlar qoyan və onlar üçün qorxan kəslər (xalqın yetimlərinə qarşı zülmdən də) qorxmalıdırlar. Allahdan çəkinsinlər və möhkəm söz danışsınlar.”


Nöqtələr


◘Rəvayətlərə əsasən, yetimin malını yeməyin həm dünya, həm də axirət təsirləri var. Ayədə bəyan olunduğu kimi, bu günahın zərəri dünyada övlada toxunur. Növbəti ayədə isə uyğun günah müqabilində cəhənnəm əzabı vəd olunur.1

◘Ayədə məqsəd infaq və vəsiyyətdə həddi aşmanın qadağası ola bilər. Yəni ayə belə bir məna daşıya bilər ki, əgər himayənizdə körpə yaşlı uşaqlarınız olduğu halda bütün var-dövlətinizi infaq etsəniz, ölümünüzdən sonra övladlarınızı fəqirlik və bədbəxtliyə düçar etmiş olarsınız.2 Bu müraciət inkişafdan geri qalmış övladları olan valideynlərə də ünvanlana bilər. Ayə belə valideynlərə xəbərdarlıq edir ki, xüsusi proqramlarla öz övladlarının gələcəyini təmin etsinlər.3

◘Xeyir və şərə çatmaqda nəsillər arasında əlaqə var. Çünki əməllərin təsiri bir ömürə sığışmır. Atanın həm şər, həm də xeyir əməllərinin nəticələrindən övlada da pay düşür. Musa, Xızır və bir yetimin xəzinəsi gizlədilmiş divarın əhvalatı Quranda öz əksini tapmış nümunələrdəndir.4

Bildirişlər


1. İnsan dərdləri dərk etmək üçün özünü başqalarının yerinə qoymalıdır. Sizdən sonra övladlarınızla yaxşı rəftar edilməsini istəyirsinizsə, başqalarının yetimləri ilə də o sayaq rəftar edin.

2. Ocağın tüstüsü onu qalayanın gözünə dolur. Xalqın yetim övladlarına zülm cəmiyyətdə qanun şəklini alarsa, sabah bizim də yetimlərimizə tuşlanasıdır.

3. Təbliğdə insani və fitri meyllərdən istifadə edilməlidir.

4. Həm yetimlərin malına xəyanət etməmək, həm də onlarla xoş danışmaq lazımdır.

5. Yetimlər libas və xörəklə yanaşı məhəbbət, mehribanlıq və tərbiyəyə də ehtiyaclıdırlar.
10. ﴿ إِنَّ الَّذِينَ يَأْكُلُونَ أَمْوَالَ الْيَتَامَى ظُلْمًا إِنَّمَا يَأْكُلُونَ فِي بُطُونِهِمْ نَارًا وَسَيَصْلَوْنَ سَعِيرًا

Həqiqətən, yetimlərin malını sitəmlə yeyənlər qarınlarına atəş tökürlər. Onlar tezliklə şölələnmiş alova daxil olacaqlar.”


Nöqtələr


◘Əllamə Təbatəbai bu ayəni əməllərin qiyamətdə təcəssüm dəlili saymışdır. Çünki Quranda buyurulur: «Yetimin malı atəş şəklinə düşüb onu yeyəni yandırar.»

Bildirişlər


1. Dünyada yetimin malını yeməyin əsil çöhrəsi qiyamətdə od yemək şəklində aşkar olacaq.

2. Yetimlərə zərər olmazsa, onların evində olub süfrələrində yeməyin eybi yoxdur.


11. ﴿يُوصِيكُمُ اللّهُ فِي أَوْلاَدِكُمْ لِلذَّكَرِ مِثْلُ حَظِّ الأُنثَيَيْنِ فَإِن كُنَّ نِسَاء فَوْقَ اثْنَتَيْنِ فَلَهُنَّ ثُلُثَا مَا تَرَكَ وَإِن كَانَتْ وَاحِدَةً فَلَهَا النِّصْفُ وَلأَبَوَيْهِ لِكُلِّ وَاحِدٍ مِّنْهُمَا السُّدُسُ مِمَّا تَرَكَ إِن كَانَ لَهُ وَلَدٌ فَإِن لَّمْ يَكُن لَّهُ وَلَدٌ وَوَرِثَهُ أَبَوَاهُ فَلأُمِّهِ الثُّلُثُ فَإِن كَانَ لَهُ إِخْوَةٌ فَلأُمِّهِ السُّدُسُ مِن بَعْدِ وَصِيَّةٍ يُوصِي بِهَا أَوْ دَيْنٍ آبَآؤُكُمْ وَأَبناؤُكُمْ لاَ تَدْرُونَ أَيُّهُمْ أَقْرَبُ لَكُمْ نَفْعاً فَرِيضَةً مِّنَ اللّهِ إِنَّ اللّهَ كَانَ عَلِيما حَكِيمًا

Allah (irs məsələsində) övladlarınız haqqında sizə sifariş edir. Oğul üçün iki qızın payı var. Əgər varislər qadın cinsindən və iki nəfərdən artıq olsalar, mirasın üçdə biri onların payıdır. Əgər bir nəfər olsa, mirasın yarısı onundur. Əgər ölənin övladı olmuş olsa, ata-ananın hər biri üçün altıda bir irs var. Amma övladı olmasa və varisi yalnız ata-ana olsa, ana üçün üçdə biridir (və ata qalanını götürür). Əgər ölənin qardaşları olmuş olsa, anası altıda bir pay alır. (Əlbəttə, irsin bölünməsi) vəsiyyət edildikdən və onun borcları ödəndikdən sonra olur. Siz bilmirsiniz ki, atalarınız və oğlanlarınızın hansı sizin üçün daha faydalıdır. Bu hökm Allah tərəfindən vacib olmuşdur. Həqiqətən, Allah bilən və hikmət sahibidir.”


Nöqtələr


◘Qadın irsdən kişiyə nisbətən yarı pay alsa da, əslində kişidən iki qat artıq bəhrələnir. Fərz edin ki, otuz hissədən ibarət olan irsdən on hissəsi qadına, iyirmi hissəsi isə kişiyə düşmüşdür. Amma qadın hansısa öhdəlik götürmədiyindən öz payını toxunulmamış vəziyyətdə saxlayır və öz həyat ehtiyacını kişinin payından təmin edir. Deməli, irs bölgüsündə kişidən az pay götürən qadın öz payını ehtiyata saxlayıb, kişinin payından istifadə edir.

◘İmam Cavaddan (ə) nəql olunmuş bir hədisdə deyilir: Qadının öhdəsində heç bir fərdi və ictimai maddi öhdəçilik yoxdur. İzdivac zamanı qadın mehriyyə aldığı, kişi mehriyyə ödədiyi halda, qadının izdivacdan sonrakı xərclərini də kişi ödəməlidir. Qadın heç bir maddi məsuliyyət daşımadan irs alır və aldığını ehtiyata saxlayır. Onun ehtiyacları isə kişiyə düşmüş paydan ödənir.1

◘Tövratda da irs hökmləri bəyan olunmuşdur.1 İncildə isə həzrət İsanın belə dediyi bəyan olunur: “Mən Tövratın hökmlərini dəyişməyə gəlməmişəm.”

◘Cahil ərəblər qadınları və uşaqları irsdən məhrum edirdilər. İslam isə övlad və qadına onların ehtiyacı qədərində irs payı ayırır.

◘Övlada irs çatması bir çox fəaliyyətlərə səbəb olur. Var-dövlətinin övladına çatmayacağını bilən insan bir o qədər də çalışmaz. Fransada varislik qanunu ləğv olunduqdan sonra bir çox iqtisadi fəaliyyət sahələrində tənəzzül müşahidə olundu.

◘Dünyasını dəyişmiş şəxsin var-dövlətindən onun övladlarına ata-anasından çox pay düşməsinin səbəbi bu ola bilər ki, insanın qoca yaşlarında ehtiyacı az olur. Əgər ölənin qardaşı yoxdursa, ananın payı üçdə bir, əgər qardaşı varsa, ananın payı altıda bir olur. Qalan hissə isə ata üçündür. Atanın daha çox irs payı almasının səbəbi bu ola bilər ki, ölənin qardaşlarının xərci də, adətən, atanın öhdəsinə düşür.

◘İmam Sadiq (ə) buyurmuşdur: “Ölənin borclarını ödəmək onun vəsiyyətini yerinə yetirməkdən öndə gəlir.2 Şəriətə zidd vəsiyyətə əməl edilməməlidir.3

◘Bir şəxs qızı olduğu üçün narahatlıq keçirirdi. İmam Sadiq (ə) həmin şəxs üçün ayənin bir hissəsini oxudu: «Siz ata və oğullarınızdan hansının daha xeyirli olduğunu bilmirsiniz.»4



Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin