Мөһсин Гәраәти



Yüklə 7,05 Mb.
səhifə59/94
tarix24.05.2018
ölçüsü7,05 Mb.
#51312
1   ...   55   56   57   58   59   60   61   62   ...   94

Nöqtələr


◘Öhdəsində bir başqasının islahı vəzifəsi olan kəsə “qəvvam” deyirlər.

◘“Nüşuz” uca yerə deyilir. Həddi aşmaq, yuxarıdan getmək də nüşuz adlandırılır.

Həyatın təmini və idarə edilməsi ləyaqəti himayə və müdiriyyət şərtidir. Bu baxımdan kişilər nəinki ailə həyatında, hətta ictimai işlərdə, mühakimədə və döyüşdə də qadından irəlidirlər. Cütlük məsələsi ailə həyatına aiddir. Allah uyğun üstünlüyü evə məxsus etməmişdir.

◘Bəzi qadınlar fiziki güc və qazanc baxımından kişidən üstün olsalar da, qanun və proqramda nadir hallar yox, əksər ümumi hallar nəzərdə tutulmalıdır.

◘“Hafizatun lilğəybi bima həfizəllah” cümləsi müxtəlif şəkillərdə mənalandırılmışdır:

a) Qadınlar. hifzini Allah istəyən şeyləri hifz edirlər.

b) Qadınlar ərlərinin hüquqlarını hifz edirlər. Necə ki, Allah kişilərə müəyyən vəzifələr təyin etməklə qadınların haqqını hifz etmişdir.

v) Qadınlar hifz edəndirlər, amma bu tövfiq onlara ilahi hifzdəndir.

◘Mülayim tədbirlər nəticə vermədikdə, ya vəzifədən əl çəkmək, ya da nəsihət təsir etmədikdə sərtlik göstərmək lazım gəlir. Psixoloqların fikrincə, bəzi insanlarda “mazoxizm” (əziyyət istəyi) səciyyəsi var. Cüzi fiziki tənbeh sanki onlar üçün məlhəmdir. İslam fiziki cəza verilməsini tövsiyə edərkən bildirir ki, tənbeh zamanı bədən göyərməməli, yaralanmamalıdır. Bundan əlavə, qadın ər tərəfindən tənbeh olunursa, kişilər nəzərdə tutulmuş hallarda qazi tərəfindən tənbeh olunur.

◘Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Sizin kötəyinizin qadın cismində əsəri qalmamalıdır... 1

◘İmam Sadiq (ə) buyurmuşdur: “Ərlə yaxınlıqdan imtina qadın üçün itaətsizlik sayılır. «Vurmaq» dedikdə diş fırçası və ona oxşar şeylərlə vurmaq nəzərdə tutulur.”2

Bildirişlər


1. İki nəfərlik bir cəmiyyətdə də biri məsul, rəhbər olmalıdır. Ailənin müdiri kişidir.

2. Ailə işlərinin idarəsində ağıl və tədbir hiss və məhəbbətə hakim olmalıdır.

3. İslam dininin hüquq nizamı yaranış nizamı ilə həmahəngdir. Kişinin müdriyyət haqqı onun fiziki və ruhi möhkəmliyinə əsaslanır.

4. Təbii üstünlüklər ilahi fəzldir.

5. Ailənin xərcləri kişinin öhdəsinədir.

6. Qanun hazırlayan kəs qadın və kişi arasındakı təbii fərqləri nəzərə almalıdır.

7. Ərə itaət və təvazö qadının ləyaqət nişanəsidir.

8. Layiqli zövcənin əlaməti onun özünü əri olmayan yerdə hifz etməsidir.

9. Qadının ərə itaəti və ərin haqqını hifz etməsi onun ailə ehtiyaclarının kişi tərəfindən təmin olunmasından asılıdır.

10. Hadisə baş verməmiş çarə tapılmalıdır. Qadın itaətdən çıxmamış tədbir görün.

11. İtaətçil zövcəyə əziyyət vermək olmaz.

12. Qadına nəsihət, onun yatağının tərk olunması və tənbehi qadını itaətə gətirmək üçün müəyyən olunmuş yollardır. Qadın digər bir yolla itaət edirsə, kişinin ona qarşı çıxmaq haqqı yoxdur. Ayədən aşkar görünür ki, başqa bir yolla olmuş olsa, əsas məsələ itaətdir.

13. Qadının təvazökarlığı onun zəifliyi yox, dəyərli olma əlamətidir.

14. Sirr saxlamaq, mal, abır və namusun hifzi layiqli zövcənin nişanələrindəndir. Layiqli qadın ər olmayan yerdə də özünü qoruyur.

15. Pis işlə addım-addım, mərhələ-mərhələ mübarizə aparılmalıdır, əvvəlcə moizə, sonra arxa çevirmə, daha sonra isə tənbeh.

16. Moizə təsir edən yerdə sərtlik qadağandır. Əgər ər öz arvadından kənarlaşmaqla onu itaətə gətirə bilirsə, tənbeh qadağan olur.

17. Sərt rəftar və tənbeh intiqam almaq üçün yox, vəzifəni yerinə yetirmək üçündür.

18. Kişinin qadından üstünlüyü onu qürrələndirməməlidir. Çünki Allah ən üstün varlıqdır.

19. Allahın üstünlüyünə diqqət təqva və zövcəyə qarşı zülmdən çəkinmək səbəbidir.
35. ﴿ وَإِنْ خِفْتُمْ شِقَاقَ بَيْنِهِمَا فَابْعَثُواْ حَكَمًا مِّنْ أَهْلِهِ وَحَكَمًا مِّنْ أَهْلِهَا إِن يُرِيدَا إِصْلاَحًا يُوَفِّقِ اللّهُ بَيْنَهُمَا إِنَّ اللّهَ كَانَ عَلِيمًا خَبِيرًا

Əgər onların (ərlə arvadın) ikisi arasında ayrılıqdan qorxsanız, ər ailəsindən bir, arvad ailəsindən bir hakim seçin (bu yolla ixtilaf öz həllini tapsın). Həmin iki nəfər islah fikrində olsalar, Allah o iki nəfər arasında razılıq yaradar. Çünki Allah (hamının niyyətindən) xəbərdar və agahdır.”


Nöqtələr


◘Bu ayə ərlə arvad arasındakı ixtilafı aradan qaldırmaq, boşanmanın qarşısını almaq üçün aşağıdakı imtiyazlara malik olan ailə məhkəməsi təyin edir:

1. Hakimlər hər iki ailədən olmalıdır ki, bu işə daha çox can yandırıb, xeyirxahlıq göstərsinlər.

2. Bu məhkəmənin büdcəyə ehtiyacı yoxdur.

3. Bu məhkəmədə ixtilafların həlli sürətlə, heç bir sənəd hazırlanmadan, idarə süründürməçiliyi olmadan həll olunur.

4. Bu məhkəmədəki söhbətlər biganələrə çatmır. Əxlaqi məsələlər tərəflərin öz arasında qalır.

5. Hakimlər qohumlar olduğundan onlara etimad göstərilir.

◘İstənilən bir problemin həlli üçün hakim seçmək olar. İmam Baqir (ə) Həzrət Əlinin (ə) Siffeyndə həkəmiyyəti qəbul etməsinə qarşı çıxanlara bu ayəni tilavət etmişdir.1

◘İmam Sadiqdən (ə) “hakimlər seçin” ifadəsi haqqında soruşulduqda həzrət buyurdu: “Bu hakimlər qarşı tərəflərdən icazə almamış boşanma hökmü verə bilməzlər.”2


Bildirişlər


1. İş baş verməmiş çarə görmək lazımdır. Hakimlər seçiminə başlamaq üçün ayrılıqla bağlı nigaranlıq kifayətdir.

2. Nə qədər ki, ayrılıq qorxusu yoxdur, başqalarının ailə həyatına müdaxilə etməyək.

3. Boşanmaya xatir qorxmağa və nigarançılığa dəyər.

4. Ərlə arvad iki bədəndə bir ruhdur. Ayədəki “şiqaq” sözü bir həqiqət ikiyə parçalandıqda işlədilir.

5. Ərlə arvadın münasibətlərini islah etmək üçün dərhal addım atmaq lazımdır. “Fəbəsu” (“seçin”) sözünün əvvəlindəki “fa” hərfi sürət əlamətidir.

6. Cəmiyyət ailə ixtilaflarına görə məsuliyyət daşıyır.

7. Ailə ixtilaflarının həllində yaxınların daha çox məsuliyyəti var.

8. Hakim seçimində qadın və kişi eyni haqqa malikdir.

9. Cəmiyyətdə kiməsə etimad göstərib onların hakimliyini qəbul etməliyik.

10. Xalqın problemlərini xalqın köməyi ilə həll edək.

11. Küsənləri barışdırmaqda ümidsiz və biganə olmayaq.

12. Nə qədər ki, nigaranlıq yoxdur, hay-küy qaldırmayaq. Hərə üçün bir hakim kifayətdir.

13. İslam şura və ağsaqqallıq kimi məsələlərə diqqətlidir.

14. Hər məsələdən ötrü qaziyə müraciət etməyin, özünüz öz aranızda həll yolu tapmağa çalışın.

15. Harada haqq və hüquqdan söhbət gedirsə, qarşı tərəflər orada olmalıdırlar.

16. Ərlə arvad seçilmiş adamların hakimliyini qəbul etməlidir. Hakimə itaət onun seçim şərtidir.

17. Hakim seçərkən onların agahlığına, sirr saxlamasına, islahçıllığına diqqət yetirmək lazımdır.

18. Xoş niyyət və islah arzusu olan yerdə ilahi tövfiq köməyə gəlir.

19. Qəlblər Allahın əlindədir.

20. Öz ağıl və tədbirinizlə qürrələnməyin. Allahdan tövfiq istəyin.

21. Ailə islahında Quranın göstərişləri ilahi elm və hikmətə əsaslanır.

22. Xoş niyyətdə olmaq lazımdır. Çünki Allah bütün niyyətlərdən xəbərdardır.


36. ﴿وَاعْبُدُواْ اللّهَ وَلاَ تُشْرِكُواْ بِهِ شَيْئًا وَبِالْوَالِدَيْنِ إِحْسَانًا وَبِذِي الْقُرْبَى وَالْيَتَامَى وَالْمَسَاكِينِ وَالْجَارِ ذِي الْقُرْبَى وَالْجَارِ الْجُنُبِ وَالصَّاحِبِ بِالجَنبِ وَابْنِ السَّبِيلِ وَمَا مَلَكَتْ أَيْمَانُكُمْ إِنَّ اللّهَ لاَ يُحِبُّ مَن كَانَ مُخْتَالاً فَخُورًا

Allaha pərəstiş edin və heç nəyi Ona şərik qoşmayın. Ata-anaya yaxşılıq edin. Yaxınlara, yetimlərə, çarəsizlərə, yaxın qonşulara, uzaq qonşulara, dost-yoldaşa, yolda qalanlara, əli aşağı olanlara, qullarınıza da (yaxşılıq edin.) Həqiqətən, Allah təkəbbürlü və lovğa olanı sevmir.”



Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin