Мөһсин Гәраәти



Yüklə 7,05 Mb.
səhifə62/94
tarix24.05.2018
ölçüsü7,05 Mb.
#51312
1   ...   58   59   60   61   62   63   64   65   ...   94

Bildirişlər


1. Hidayət üçün təkcə səmavi kitaba bələdçilik kifayət deyil.

2. Kitab əhli alimlərinin ilahi təlimlərdən xəbərdarlığı nöqsanlıdır. Həmin nöqsan onların azğınlığına səbəb olmuşdur.

3. Azğın alimlər öz elm və məqamlarından sui-istifadə edib başqalarını da azdırmağa çalışırlar.
45. ﴿ وَاللّهُ أَعْلَمُ بِأَعْدَائِكُمْ وَكَفَى بِاللّهِ وَلِيًّا وَكَفَى بِاللّهِ نَصِيرًا

Allah sizin düşmənlərinizi daha yaxşı tanıyır. Allahın sizin haminiz olması yetər. Allahın sizə yardımçı olması kifayətdir.”


Bildirişlər


1. Biz düşməni düzgün tanımaya da bilərik. Amma Allah bizim həqiqi düşmənlərimizi çox yaxşı tanıyır.

2. Vilayət və möminlərə yardım əsasında ilahi vədlər olan yerdə qurğu və düşmənçiliklərdən qorxmaq olmaz.

3. Vilayət və hakimiyyət qüdrət və yardımla müşayiət olunmalıdır.

46. ﴿مِّنَ الَّذِينَ هَادُواْ يُحَرِّفُونَ الْكَلِمَ عَن مَّوَاضِعِهِ وَيَقُولُونَ سَمِعْنَا وَعَصَيْنَا وَاسْمَعْ غَيْرَ مُسْمَعٍ وَرَاعِنَا لَيًّا بِأَلْسِنَتِهِمْ وَطَعْنًا فِي الدِّينِ وَلَوْ أَنَّهُمْ قَالُواْ سَمِعْنَا وَأَطَعْنَا وَاسْمَعْ وَانظُرْنَا لَكَانَ خَيْرًا لَّهُمْ وَأَقْوَمَ وَلَكِن لَّعَنَهُمُ اللّهُ بِكُفْرِهِمْ فَلاَ يُؤْمِنُونَ إِلاَّ قَلِيلاً

Yəhudilərdən bəziləri sözlərin yerini təhrif edirlər (“eşitdik və itaət etdik” demək əvəzinə), deyirlər: “Eşitdik və itaətsizlik etdik.” (Və ədəbsizcəsinə İslam peyğəmbərinə deyirlər:) «Eşit, heç vaxt eşitməyəsən və bizi axmaq say.» (“Raina”) (Bu sayaq deyirdilər) ki, öz dilləri ilə həqiqətləri çevirsinlər və dininizə tənə etsinlər. Əgər desəydilər ki, (Allahın kəlamını) eşitdik, itaət etdik və (sözümüzü) eşit, halımıza nəzər sal (həqiqətləri daha yaxşı dərk edək deyə), onlar üçün yaxşı olardı və məntiqə uyğun gələrdi. Amma Allah onlara küfrləri və inadkarlıqları səbəbindən lənət etdi. Az bir hissəsindən savay iman tövfiqi tapmadılar.”


Nöqtələr


◘“Səmina və əsəyna” təbiri “sən de, biz qulaqardına vuraq” mənası verən bir məsxərədir.

◘Müsəlmanlar həzrət Peyğəmbərə (s) “raina” deyərdilər və məqsədləri bu idi ki, Peyğəmbər (s) onlara diqqət yetirsin. Yəhudilər isə bu sözü təhrif etməklə ona çirkin bir məna verərdilər. Bu söz “rəyy” kökündən alındıqda “nəzər salmaq”, “rəunət” kökündən alındıqda və təşdidli nunla oxunduqda “bizi axmaq say” mənasını verir. Yəhudilər dillərini dolaşdırıb sözləri və hərfləri dəyişməklə müsəlmanları təhqir edir və Peyğəmbəri (s) məsxərəyə qoyurdular.


Bildirişlər


1. Dəstənin bir hissəsinin günahını bütün dəstənin ayağına yazmaq olmaz.

2. Sözlərin mənalarını təhrif etmək günahların açarı və digər günahların ortaya çıxması zəminəsi, eləcə də, məktəbin zəifləməsi amilidir.

3. Müqəddəsliklərin təhqiri və toxunulmazlıqların aradan götürülməsi kafirlərin daimi üsullarından olmuşdur.

4. Peyğəmbərlərin dəvətini dinləmək yaxşılıq və möhkəmlik səbəbidir.

5. İnsanın taleyi onun seçiminin və əməllərinin nəticəsidir.
47. ﴿يَا أَيُّهَا الَّذِينَ أُوتُواْ الْكِتَابَ آمِنُواْ بِمَا نَزَّلْنَا مُصَدِّقًا لِّمَا مَعَكُم مِّن قَبْلِ أَن نَّطْمِسَ وُجُوهًا فَنَرُدَّهَا عَلَى أَدْبَارِهَا أَوْ نَلْعَنَهُمْ كَمَا لَعَنَّا أَصْحَابَ السَّبْتِ وَكَانَ أَمْرُ اللّهِ مَفْعُولاً

Ey kitab verilmiş kəslər! Sizdə olanı təsdiqləyici olaraq nazil etdiyimizə (Tövrat və İncilə) iman gətirin, nə qədər ki, çöhrələri məhv və kor edib arxalarına çevirməmişik, ya lənətimizə düçar etməmişik, necə ki, şənbə günü səhabələrini lənətə düçar etdik. Allahın əmri olasıdır.”


Nöqtələr


◘Çöhrələrin məhvi və çevrilməsi dedikdə, qəlblərin, sağlam fitrətlərin, əql və düşüncələrin səadət yolundan çıxarılması nəzərdə tutula bilər. Onlar ilahi ayələr qarşısında inadkarlıq göstərməklə, bir addım irəli getmək əvəzinə bir addım geri çəkilirlər. Beləcə, onların insani çöhrələri məsx və məhv olur. Çöhrələrin çevrilməsi onların məsx olmasına işarə ola bilər. Qiyamətdə surətlərin dəyişməsi də ehtimal olunan mənalardandır.

◘“Səbt əshabı” (“şənbə günü əshabı”) Allahın şənbə günləri balıq ovunu qadağan edən əmrinə qarşı çıxmış yəhudilərdir. Onlar hiylə işlədərək balıqları şənbə günü bağlı bir yerə salır və növbəti gün ovlayırdılar. Onlar Allahın qəzəbinə düçar oldular və çöhrələri meymun çöhrəsinə məsx oldu.1


Bildirişlər


1. İslam digər din ardıcıllarını ilahi dinə dəvət edir.

2. Allah daha çox cəmiyyətin alim və agah çöhrələrinə xitab edir.

3. Dəvət və təbliğ zamanı başqalarının etiqadlarına və müştərək xüsusiyyətlərinə hörmət qoyulmalıdır.

4. Bütün peyğəmbərlərin proqramlarının əsası bir-biri ilə həmahəngdir.

5. İnadkar insanlara qarşı hədələmə üsulundan istifadə olunmalıdır.

6. Hədələrin təsir etməsi üçün gerçək və əməli nümunələr xatırladılmalıdır.

7. İnadkarlara münasibətdə Allahın qəzəbi bir sünnədir.

8. Allahın hökmü dəyişməzdir.


48. ﴿ إِنَّ اللّهَ لاَ يَغْفِرُ أَن يُشْرَكَ بِهِ وَيَغْفِرُ مَا دُونَ ذَلِكَ لِمَن يَشَاء وَمَن يُشْرِكْ بِاللّهِ فَقَدِ افْتَرَى إِثْمًا عَظِيمًا

Həqiqətən, Allah Ona şərik qoşulmasını bağışlamır. Amma bundan aşağı nə olsa, istədiyinə bağışlayır. Hər kəs Allaha şərik qoşsa, şübhəsiz, böyük günah etmişdir.”


Nöqtələr


◘Şirk mövzusu Quranda iki yüz dəfədən çox bəyan olunmuşdur. İstənilən bir şəkildə Allahdan qeyrisinə diqqət (bütpərəstlik, riyakarlıq, qeyri-ilahi meyllər, materialistlik)məzəmmət olunmuşdur. Bu ayənin məzmunu uyğun surənin 116-cı ayəsində eynən təkrarlanmışdır. Təkrar hidayət amilidir.

◘Şirk haqq dairəsindən xaric olma, Allahdan üz döndərmə, Allahdan qeyrilərinə müraciət olduğundan tövbəsiz bağışlanmır. Müşrik öz şirkindən əl çəkib həqiqi tövbə etsə, Allah onu bağışlayar. “Zumər” surəsinin 54-cü ayəsində buyurulur: “Allah bütün günahları bağışlayır. Onun rəhmətindən məyus olmayın və dərgahına tövbə qılın.”

◘Allahın rəhmət nəzərinin kimə yönələcəyini kimsə bilmədiyindən qürur və günaha cürət üçün yer qalmır.

◘Bir neçə şey bağışlama amillərindəndir: tövbə, yaxşı işlər görmək, kəbirə günahlardan uzaqlıq, şəfaət, ilahi əfv (bu ayədə uyğun amillərin hər birinə işarə olunmuşdur).

◘İmam Sadiq (ə) ayə haqqında buyurmuşdur: “Məqsəd kəbirə günahlar və digər günahlardır. (Allah istəsə, tövbəsiz də bağışlayar).1


Yüklə 7,05 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   94




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin