◘Əvvəlki ayədə yəhudilərin xəsisliyinə işarə olundu. Bu ayədə isə onların həsədçilliyindən danışılır. Həsəd xəsislikdən də pisdir. Çünki xəsis adam malını bağışlamır, həsədçil insan isə başqasının verdiyi hədiyyəyə görə də narahat olur.
Yəhudilər başqalarından daha əvvəl ilahi lütf və nemətə çatdıqları halda nə üçün başqalarına nemət və qüdrət verilməsindən narahat olurlar? Nə üçün Ali-İbrahimə verilənlər Ali-Mühəmmədə (s) və Bəni-Haşimə verilməsin? Həzrət Əli (ə) rəvayətlərində buyurmuşdur: “Həsədə tuş gələnlər bizik.”1
◘İmam Sadiqdən (ə) nəql olunmuş hədisdə oxuyuruq: “Kitab” dedikdə nübüvvət, “hikmət” dedikdə düşüncə və mühakimə, “mulkən əzim” dedikdə isə xalqın itaəti başa düşülür.”2 İmam Baqir (ə) “Mulkən əzim” təbiri haqqında buyurmuşdur: “Məqsəd budur ki, Allah onların arasında həqiqi imamlar qərar vermişdir.3 Həzrət Əlidən (ə) nəql olunmuş digər bir hədisdə oxuyuruq: “Ali-İbrahim dedikdə biz peyğəmbər Əhli-beyti nəzərdə tutulmuşdur.”4
Bildirişlər
1. Həsədçil insan Allahın iradəsinə qarşı çıxır.
2. Bütün nemət və bəhrələrin mənşəsi Allahın fəzlidir. Başqalarından nemətin alınmasını istəyincə, Allahdan Onun fəzlini arzulayın.
3. Kitab əhlinin müşriklərə üz tutması, onların müsəlmanların tövhidindən üstün bilməsi onların həsədçilliyindən doğur. Əvvəlki ayədə yəhudilər müşriklərə “daha doğru yoldasınız” deyirdilərsə, bu ayədə onların həsəd etməkləri bəyan olunur.
4. Bütün lütflər Allah tərəfindəndir. (“Atina” sözü üç dəfə təkrarlanmışdır.)
5. İlahi hakimiyyət elə insanların əlində olmalıdır ki, hakimiyyətdə olmadıqları vaxtda mənəvi, elmi məqama və dərin baxışa malik olmuşlar. Ayədə kitab və hikmət səltənətdən qabaq zikr olunmuşdur. (Bəli, mənəvi nemətlər maddi nemətlərdən öndə gəlir.)
55. ﴿ فَمِنْهُم مَّنْ آمَنَ بِهِ وَمِنْهُم مَّن صَدَّ عَنْهُ وَكَفَى بِجَهَنَّمَ سَعِيرًا ﴾
“Yəhudilərdən bəziləri ona (İslam peyğəmbərinə) iman gətirdilər, bəziləri (nəinki iman gətirmədilər, hətta) xalqın iman gətirməsinin qarşısını aldılar. Onlara cəhənnəmin yandırıcı şöləsi cəza olaraq yetər.”
56. ﴿ إِنَّ الَّذِينَ كَفَرُواْ بِآيَاتِنَا سَوْفَ نُصْلِيهِمْ نَارًا كُلَّمَا نَضِجَتْ جُلُودُهُمْ بَدَّلْنَاهُمْ جُلُودًا غَيْرَهَا لِيَذُوقُواْ الْعَذَابَ إِنَّ اللّهَ كَانَ عَزِيزًا حَكِيمًا ﴾
«Həqiqətən, tezliklə Bizim ayələrimizi inkar edənləri atəşə atacağıq. Bədənlərinin dəriləri nə qədər yansa, onun yerində başqa bir dəri qərar verərik ki, əzabı dadsın. Həqiqətən, Allah qüvvə və hikmət sahibidir.»
Nöqtələr
◘Onlar hər an inadkarlıq göstərdiklərindən hər an yeni bir dəri ilə əzabı dadmalıdırlar. Necə ki, “Təfsire-Safi”də deyilir: “İmamların dövründə din müxaliflərindən olan ibn Əbul-Əvca adlı biri İmam Sadiqdən (ə) soruşdu: “Yeni dərinin günahı nədir?” İmam buyurdu: “Yeni dəri əvvəlki dərinin yanıqlarından düzəlir. Necə ki, kərpic ovulduqdan sonra yenidən düzələ bilər.”
Bildirişlər
1. Kafirlərin cəzası daimidir.
2. Yeni dəri şiddətli əzabı dadmaq məqsədi ilə qərar verilir. (Çünki yanma zamanı ən böyük ağrı dəriyə aiddir. Əgər alov sümüyə çatsa ağrı azalar.)
3. Məad, ölümdən sonrakı həyat cismanidir.
4. Əzab davamlı olduğu üçün kafirlərə adiləşməz.
5. Kafirlərin daimi cəzalandırılması hikmətə əsaslanır. Heç bir qüvvə cəhənnəmdə Allahın qəzəbinin qarşısını ala bilməz.
57. ﴿ وَالَّذِينَ آمَنُواْ وَعَمِلُواْ الصَّالِحَاتِ سَنُدْخِلُهُمْ جَنَّاتٍ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ خَالِدِينَ فِيهَا أَبَدًا لَّهُمْ فِيهَا أَزْوَاجٌ مُّطَهَّرَةٌ وَنُدْخِلُهُمْ ظِـلاًّ ظَلِيلاً ﴾
“İman gətirib yaxşı işlər görənləri tezliklə altından çaylar axan bağlara daxil edərik. Onlar orada əbədi qalarlar. Orada onlar üçün pak zövcələr var. Onları daimi kölgələrə daxil edərik.”
Nöqtələr
◘Tərbiyə prosesində həm ümid verilməli, həm də qorxudulmalıdır. Əvvəlki ayədə qorxutma vardısa, bu ayədə ümid verilir.
◘“Zəlil” dedikdə uzanmış kölgə nəzərdə tutulur.
◘İmam Sadiq (ə) buyurmuşdur: “Pak zövcələr dedikdə heyz və ifrazat çirkinliyindən pak zövcələr nəzərdə tutulur.”1
Bildirişlər
1. İman və saleh əməl behiştə daxil olmaq üçün iki mühüm şərtdir.
2. Allahın lütfü Onun qəhr və qəzəbindən daha tez nazil olur. (Əvvəlki ayədə cəhənnəm əhli haqqında uzaq gələcəyi bildirən “səvfə”, bu ayədə isə yaxın gələcəyi bildirən “siyn” hərfi işlədilmişdir.)
3. Behişt zövcələri həm fiziki, həm də ruhi baxımdan pakdırlar. Həm cisim, həm də ruh baxımından pak olan kəsə “mutəhhərə” deyilir.
58. ﴿إِنَّ اللّهَ يَأْمُرُكُمْ أَن تُؤدُّواْ الأَمَانَاتِ إِلَى أَهْلِهَا وَإِذَا حَكَمْتُم بَيْنَ النَّاسِ أَن تَحْكُمُواْ بِالْعَدْلِ إِنَّ اللّهَ نِعِمَّا يَعِظُكُم بِهِ إِنَّ اللّهَ كَانَ سَمِيعًا بَصِيرًا﴾
“Həqiqətən, Allah sizə əmr edir ki, əmanətləri sahiblərinə qaytarın. Xalq arasında hakimlik edərkən ədalətlə hökm verin. Allahın sizə öyüd verdiyi şey necə də yaxşıdır! Şübhəsiz, Allah eşidən və görəndir.”
Nöqtələr
◘Əmanətə vəfa və ədalətli rəftar imanın mühüm nişanələrindəndir. Necə ki, xəyanət nifaq əlamətidir. Hədisdə nəql olunur ki, insanların uzun rüku və səcdələrinə yox, doğru danışmağına və əmanətə münasibətinə baxın.1
◘Çoxsaylı rəvayətlərdə nəql olunur ki, «əmanət» dedikdə cəmiyyətə əhli-beyt tərəfindən rəhbərlik nəzərdə tutulur. Belə bir əmanətə sədaqət uyğun ayəyə əməl olunmasının bariz nümunələrindəndir.
◘Bəli, cəmiyyətin xoşbəxtliyinin açarı iş başında layiqli və ədalətli şəxsin dayanmasıdır. İctimai çaxnaşmaların mənşəyi isə ləyaqətsizlərin hakimliyi və zalımcasına mühakimələrdir. Həzrət Əli (ə) buyurmuşdur: “ Bir şəxs cəmiyyətdə özündən layiqlisi olduğunu bildiyi halda rəhbərliyi qəbul edərsə, şübhəsiz, Allaha, peyğəmbərə və möminlərə xəyanət etmişdir.”2
◘Elm və həqiqəti gizlətmək, xalqın malına sahib olmaq, qeyri-ilahi rəhbərlərə itaət, övlad üçün ləyaqətsiz zövcə və ya ləyaqətsiz müəllim seçmək və bu kimi başqa işlər əmanətə xəyanət nümunələridir.
◘İmam Baqir (ə) və İmam Sadiq (ə) buyurmuşlar: “Allahın əmr və hədləri ilahi əmənətlərdir.”3
◘İmam Sadiq (ə) bu ayənin təfsirində buyurmuşdur: “Allah əmr etmişdir ki, hər bir imam özündə olanı növbəti imama tapşırsın.”4
◘Əmanət üç növdür:
a) İnsanla Allah arasında (insan üçün təyin olunmuş vəzifələr və vacib işlər);5
b) İnsanla başqaları arasında (insana əmanət tapşırılmış mal və sirr);
v) İnsanla özü arasında (əlimizdə əmanət olan elm, ömür, qüdrət).
Dostları ilə paylaş: |