Мөһсин Гәраәти



Yüklə 8,5 Mb.
səhifə15/97
tarix21.10.2017
ölçüsü8,5 Mb.
#7915
1   ...   11   12   13   14   15   16   17   18   ...   97

Nöqtələr


◘“Səma” sözü ərəb dilində yüksəkliyi bildirir. Bəzən, yerdən bir neçə metr hündürdə olan ağac budaqları haqqında da “səmaya ucalmış” ifadəsini işlədirlər.1 Bəzən yağış yağdıran buludların da yüksəkliyi haqqında səma kəlməsi işlədilir.2 “Ənbiya” surəsinin 32-ci ayəsində isə belə buyurulur: “Səmanı hifz edilən tavan qərar verdik”.)

Bildirişlər


1. Qadir, bağışlayan, ehtiyacları aradan qaldıran Allaha qarşı küfr təəccüb doğurur. (“Kəyfə təkfurunə”)

2. Varlıq aləmi insan üçün xəlq olunmuşdur. (“Xələqə ləkum”)

3. Varlıq nizamında bir məqsəd vardır. Dünyanın yaranışı tədbir və hikmətli plan əsasında baş tutmuşdur. (“Xələqə ləkum”)

4. Təbiətdə heç bir varlıq əbəs yaradılmamışdır. Sadəcə biz onlardan istifadə yolunu bilmirik. (“Xələqə ləkum”)

5. Əsas odur ki, xüsusi bir dəlillə qadağan olunmayan hər bir şey insan üçün mübahdır. (“Xələqə ləkum ma fil-ərzi cəmia”)

6. Dünya insan üçündür, insan dünya üçün yox! (“Xələqə ləkum”)

7. İnsan elmi baxımdan elə bir məqama çata bilər ki, bütün təbiətin ətalarından istifadə edər, varlıq aləminin sirlərini açıb, onu özünə ram edər. (“Ləkum”)

8. Yerin ətaları hamının istifadəsi üçündür. (“Xələqə ləkum ma fil-ərzi”)

9. Dünyanın yeddi qat səmasında tarazlıq var və heç bir uyğunsuzluğa təsadüf olunmur. (“Fəsəvvahunnə səbə səmavat”)

10. Səmanın və yerin yaradılışı bütünlüklə ilahi elmə əsaslanır. (“Xələqə ləkum... əlim”)

11. Yerin və yeddi qat göyün yaranışı Allahın ölüləri diriltməyə qadir olmasının dəlilidir. Əvvəlki ayədə buyurmuşdur: “Summə yuhyikum... huvəlləzi” .
30. ﴿وَإِذْ قَالَ رَبُّكَ لِلْمَلاَئِكَةِ إِنِّي جَاعِلٌ فِي الأَرْضِ خَلِيفَةً قَالُواْ أَتَجْعَلُ فِيهَا مَن يُفْسِدُ فِيهَا وَيَسْفِكُ الدِّمَاء وَنَحْنُ نُسَبِّحُ بِحَمْدِكَ وَنُقَدِّسُ لَكَ قَالَ إِنِّي أَعْلَمُ مَا لاَ تَعْلَمُونَ

Rəbbin mələklərə deyəndə ki, Mən yer üzündə bir xəlifə yaradacağam, mələklər dedilər: “Yoxsa yer üzündə fəsad törədib qan tökəcək bir kəsmi yaratmaq istəyirsən? Halbuki biz Sənə həmd və sitayişlə tərif deyir, Səni müqəddəs tuturuq.” Allah buyurdu ki, həqiqətən, Mən sizin bilmədiyinizi bilirəm.”


Nöqtələr


◘Əvvəlki ayədə oxuduq ki, Allah yer üzünün bütün nemətlərini insan üçün yaratmışdır. Bu və sonrakı ayələrdə insanın yer üzündəki xəlifəliyindən danışılır və bəşəriyyətin fəsadı ilə bağlı mələklərin nigarançılığı bildirilir. Sonra Allahın izahatı və mələklərin ilk insan qarşısındakı səcdəsindən danışılır.

◘Mələklər ya ilahi xəbərlər vasitəsi ilə, ya Adəmdən əvvəlki insanları gördüklərindən, ya maddi insanın təbii zəhmətlərini öncədən bildiklərindən, onun qan töküb, fəsad törədəcəyindən danışırdılar.

◘Bütün insanlarda xəlifə olmaq istedadı olsa da, hamı xəlifə ola bilmir. Çünki onlardan bəziləri öz rəftarı ilə heyvandan da alçaq bir məqama süqut edir. Necə ki, Quranda buyurulur: “Onlar heyvan kimidirlər, bəlkə daha çox zəlalətdədirlər.”1

◘Bu xəlifənin qərargahı yer üzüdür. Onun ləyaqəti isə çox-çox yüksəyə çatır.2

◘Başqalarına sual vermək icazəsi verin. Allah Öz mələklərinə belə bir izn verdi. Mələklər Onun icazəsi olmadan danışmırlar. Mələklər bilirdilər ki, hər bir yaranışda ali bir hədəf var.

Sual: Nə üçün Allah insanın yaranışında məsələni mələklərə açıqladı?

Cavab: İnsan maddi quruluşu çox möhkəm yaradılmış xüsusi bir məxluqdur.3 Ona ilahi ruh üfürülmüşdür. Allah onu yaratdıqdan sonra Özünə təbrik demişdir.4

Sual: Daim hazır, görən və qəyyum Allahın canişin və xəlifəyə nə ehtiyacı vardı?

Cavab: Əvvəla, insanın canişinliyi kiminsə ehtiyacını ödəmək üçün deyil. İnsanın canişinlik məqamı onun kəramət və fəzilət rütbəsidir. İkincisi, yaranış nizamı vasitələrə, səbəblərə əsaslanır. Allah bütün işləri müstəqil şəkildə yerinə yetirməyə qadir olsa da, işlərin icrası üçün vasitələr qərar vermişdir. Bu vasitələrdən bəzilərini qeyd edək:

–Əsl idarə edən Allah Özü olsa da, varlıq aləminə mələkləri idarə edən qərar vermişdir.5

–Şəfa Allahın əlində olsa da, Allah məsələn, balda şəfa qərar vermişdir.1

–Qeyb elmi Allaha məxsus olsa da, Allah bu elmdən bir hissəsini saleh bəndələri üçün açıqlamışdır.2

Demək, insan Allahın canişini ola bilər və bu canişinə itaət Allaha itaət sayılar.3 Bu canişinə beyət Allaha beyət kimi sayılar.4 Eləcə də, Allahın canişininə məhəbbət Allaha məhəbbət kimi qəbul edilər.5

◘Mövcudlar haqqında mühakimə üçün bütün xeyirli və zərərli mövcudları yanaşı qoymaq lazımdır. Bu mühakimədə tələsmək olmaz. Mələklərə elə gəlirdi ki, onların Allaha həmd-sənası insanın həmd-sənasından çoxdur. İblis də özü haqqında belə düşünür və deyirdi: “Mən oddanam, Adəm isə torpaqdan.” Bu iddia ilə insana səcdə etmək istəmirdi. Allah isə hər şeyi bildiyindən insanın daha üstün olduğunu buyururdu: (“İnni ələmu mala tələmun”)


Bildirişlər


1. Allah ən öncə yaşayış vasitələrini hazırlayıb, sonra insanı xəlq etdi (“Nəhcül-bəlağənin 91-ci xütbəsində həzrət Əli (ə) də bu məsələyə toxunmuşdur.”)

2. Mələklər insandan əvvəl xəlq olunmuşlar. Ona görə də Allah insanın yaradılışını onlara xəbər verir.

3. İlahi xəlifənin, canişinin və hakimin seçimi Allahın əlindədir (“İnni cailun fil-ərzi xəlifətən”)

4. İnsan Allahın yer üzündə daimi canişinidir. (“Cailun”) (İsme-fail olan “Cail” sözü davam rəmzidir.)

5. İnsan məxluqların əşrəfidir və Allah xəlifəliyi məqamına layiq ola bilər. (Əlbəttə ki, zalımlar bu məqamdan məhrumdurlar.6

6. Mələklər elə bilirdilər ki, insan daim fəsad törədib qan tökəcək. (“Yufsidu... və yəsfiku”)

7. İlahi xəlifə və hakim ədalətli olmalıdır. Allah canişini günahkar ola bilməz. Xəlifə “yer üzündə fəsad törədən” olmamalıdır.

8. İnsanın öz ləyaqətini qorumasının səbəbi həsəd deyilsə, belə qorunmanın eybi yoxdur. (“Və nəhnu nusəbbihu bihəmdikə və nuqəddisu ləkə”)

9. Aram bir fəzada ibadət və təsbih ləyaqət üçün lazım olan yeganə meyar deyil.(“Nəhnu nusəbbihu”)

10. Bir qrup adamın çaşqınlığı və fəsadına görə başqalarının təkamülünün qarşısını almaq olmaz. Allah bilirdi ki, insanlardan bir qrupu fəsad törədəcək. Amma O, yaranma nemətindən başqalarını məhrum etmədi.

11. Şübhəni aradan qaldırmaq üçün sual vermək itaətsizlik deyil. (“Ətəcəlu fiha”)

12. Allah insanın fəsad törədib qan tökəcəyini rədd etmədi. Amma mühüm bir məsləhət və insanın ləyaqətini bəyan etdi. (“İnni ələmu ma la tələmun”)

13. Sözlərinizin hamı tərəfindən qeyd-şərtsiz qəbul olunacağını gözləməyin. Çünki mələklər də Allahdan sual etdilər. (“Qalu ətəcəlu fiha”)

14. Mələklərin elm və məlumatı məhduddur. (“Ma la tələmun”)


31. ﴿وَعَلَّمَ آدَمَ الأَسْمَاء كُلَّهَا ثُمَّ عَرَضَهُمْ عَلَى الْمَلاَئِكَةِ فَقَالَ أَنبِئُونِي بِأَسْمَاء هَـؤُلاء إِن كُنتُمْ صَادِقِينَ

Allah bütün adları Adəmə öyrətdi. Sonra onları mələklərə təqdim edərək buyurdu: “Əgər doğru deyirsinizsə onların adlarını Mənə xəbər verin.”



Yüklə 8,5 Mb.

Dostları ilə paylaş:
1   ...   11   12   13   14   15   16   17   18   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin