◘“Maidə” surəsinin 21-ci ayəsində buyurulduğu kimi, bu ayədəki kənd sözü Beytül-Müqəddəsə işarədir. Tih biyabanında qırx il qaldıqdan sonra bəni-İsraillə Beytül-Müqəddəsə daxil olmaq əmri verildi. Onlar məscidə daxil olduqları vaxt mübarək “Hittə” sözünü deməli idilər. “Hittə” günahların yuyulması, bağışlanma istəyi və tövbənin bəyanıdır. “Ətyəbul-bəyan” təfsirində bildirilir ki, ayədəki qapı sözü şəhər darvazasına yox, hazırda da, “babul-Hittə” adlanan məscid qapısına aiddir. Ayədəki səcdə sözü məscidə daxil olduqdan sonra yerinə yetiriləsi şükür səcdəsini bildirir.
Bildirişlər
1. Xalqın ehtiyacının təmini onlara ibadət əmrindən öndə gəlir.
2. Müqəddəs məkanlara daxil olmaq üçün xüsusi ehtiram lazımdır.
3. Bağışlamaq Allahdandır, tövbə və bağışlanma istəyi isə bizdən.
4. Dua və tövbə qaydasını Allahdan öyrənməliyik.
5. Allahın göstərişlərinə əməl etmək bağışlanmağımızın zəminəsidir.
6. İstiğfar günahkarlar üçün bağışlanma, salehlər üçün yüksəliş əsasıdır.
59. ﴿فَبَدَّلَ الَّذِينَ ظَلَمُواْ قَوْلاً غَيْرَ الَّذِي قِيلَ لَهُمْ فَأَنزَلْنَا عَلَى الَّذِينَ ظَلَمُواْ رِجْزاً مِّنَ السَّمَاء بِمَا كَانُواْ يَفْسُقُونَ﴾
“Amma zalımlar (həmin sözü) onlara deyiləndən başqa bir sözə döndərdilər (onlar hittə əvəzinə məsxərə ilə “hintə”, yəni “buğda” deyirdilər) Biz də o zalımlara batdıqları günahın cəzası olaraq səmadan əzab endirdik.”
Nöqtələr
◘“Əraf” surəsinin 161-162-ci ayələrində bu və bundan əvvəlki ayənin oxşarı təkrarlanmışdır. Bu ayələrdə “ricz” sözü əza, taun xəstəliyi, iztirab halı mənalarını bildirir.
◘Allahın qaydası mərhəmət nazil etməkdir. Ona görə də Bəni-İsrail üçün ən üstün qəza olan “mənn” və “səlva” nazil oldu. Amma onlar inadkarlıq göstərdiklərindən səmadan əzab nazil edildi.
Bildirişlər
1. Zülm və günah qanunun əvəz olması və təhrifinə zəmin yaradır.
2. Bir işin yolu və üsulu bəyan olunanadək insan öz bildiyinə əməl etməkdə azaddır. Amma yol bəyan olunduqdan sonra onu dəyişənlər üçün üzr yeri qalmır.
3. İlahi qanunları dəyişməyin cəzası qəhr və əzabdır.
4. Bütün cəzalar axirətə aid deyil. Bəzi cəzalar elə bu dünyada gerçəkləşir.
5. Əyri yol insan üçün adətə çevrildikdə Allahın əzabı nazil olur.
60. ﴿وَإِذِ اسْتَسْقَى مُوسَى لِقَوْمِهِ فَقُلْنَا اضْرِب بِّعَصَاكَ الْحَجَرَ فَانفَجَرَتْ مِنْهُ اثْنَتَا عَشْرَةَ عَيْناً قَدْ عَلِمَ كُلُّ أُنَاسٍ مَّشْرَبَهُمْ كُلُواْ وَاشْرَبُواْ مِن رِّزْقِ اللَّهِ وَلاَ تَعْثَوْاْ فِي الأَرْضِ مُفْسِدِينَ﴾
“(Yadınıza salın) o zaman ki, Musa öz qövmü üçün su istədi, ona dedik: “Öz əsanı daşa vur.” Qəfildən ondan on iki çeşmə yarıldı və qaynadı. Fərdlərdən hər biri su içəcəyi yeri tanıdı. (Dedik) İlahi ruzidən yeyin-için və yer üzündə təkəbbürlə fəsad göstərməyin.”
Nöqtələr
◘On iki rəqəmində bir rəmz vardır. Ayların, Bəni-İsrail başçılarının, həzrət İsanın həvarilərinin və məsum imamların sayı on ikidir.
◘Ayədə “mufsidin” sözü ilə yanaşı “la təsəv” kəlməsi də işlənmişdir. İkinci söz qatı fəsadı bildirir. Bu sözlərin yanaşı işlənməsində məqsəd fəsad ruhiyyəsinin qadağan edilməsi ola bilər. Çünki bilməyərəkdən baş vermiş büdrəmə bağışlana bilər.
Bildirişlər
1. Peyğəmbərlər həm də maddi ehtiyaclarını təmin etmək fikrində olmuşlar.
2. Hər şeyi, hətta içməli suyu da Allahdan istəyin.
3. Təbiət qanunları Allahın iradəsinə tabedir.
Allah həm səbəb sala bilir, həm də səbəbi aradan götürə bilir. Bir əsa və bir insan əli ilə bir dəfəyə su çıxarır və onu axıdır.
4. Peyğəmbərlərin duası qəbul olur.
5. Əsanın daşa vurulması ilə su çıxması bir möcüzədir. On iki qəbilə üçün on iki bulağın çıxması başqa bir möcüzədir.
6. Nizamlı və ədalətli bölgü əmniyyət və səfa əsasıdır. Belə bir bölgü ixtilafların qarşısını alır.
7. İlahi nemətlərdən bəhrələnmə fəsad zəminəsi yaratmamalıdır.
8. Fəsadın qarşısını almaq üçün Allahın insana məhəbbət və lütfündən danışın.
61. ﴿وَإِذْ قُلْتُمْ يَا مُوسَى لَن نَّصْبِرَ عَلَىَ طَعَامٍ وَاحِدٍ فَادْعُ لَنَا رَبَّكَ يُخْرِجْ لَنَا مِمَّا تُنبِتُ الأَرْضُ مِن بَقْلِهَا وَقِثَّآئِهَا وَفُومِهَا وَعَدَسِهَا وَبَصَلِهَا قَالَ أَتَسْتَبْدِلُونَ الَّذِي هُوَ أَدْنَى بِالَّذِي هُوَ خَيْرٌ اهْبِطُواْ مِصْراً فَإِنَّ لَكُم مَّا سَأَلْتُمْ وَضُرِبَتْ عَلَيْهِمُ الذِّلَّةُ وَالْمَسْكَنَةُ وَبَآؤُوْاْ بِغَضَبٍ مِّنَ اللَّهِ ذَلِكَ بِأَنَّهُمْ كَانُواْ يَكْفُرُونَ بِآيَاتِ اللَّهِ وَيَقْتُلُونَ النَّبِيِّينَ بِغَيْرِ الْحَقِّ ذَلِكَ بِمَا عَصَواْ وَّكَانُواْ يَعْتَدُونَ﴾
“(Xatırlayın) O zaman ki, dediniz: “Ya Musa, biz hər gün eyni təam yeməyə dözməyəcəyik. Rəbbindən istə ki, bizim üçün torpağın bitirdiyi şeylərdən - tərəvəzdən, xiyardan, sarımsaqdan, mərcidən və soğandan yetirsin.” Musa dedi: “ Siz yaxşı nemətin əvəzində bu cür alçaq şeylərmi istəyirsiniz? Belədirsə, şəhərə daxil olun, istədiyinizi orada taparsınız. "Onlara zəlalət və möhtaclıq damğası vuruldu. Allahın qəzəbinə düçar oldular. Bunun səbəbi onların Allah ayələrini inkar etmələri, peyğəmbərləri haqsız yerə öldürmələri idi. Bunun səbəbi onların günahkarlığı, asiliyi və həddi aşmaları idi."
Nöqtələr
◘Bəni-İsrail mənn və səlva nemətlərinə şükür etmək əvəzinə ifrata varıb çeşidlilik arzusuna düşdü və yerin bitirdiklərindən istədilər. Ayədə nümunə olaraq göyərtinin, xiyarın, soğanın, sarımsağın adı çəkilir. Həzrət Musa onların üstün nemətlər əvəzində sadə şeylər istəməsindən təəssüf duyaraq onlara dedi: "Əgər dediyiniz şeylərdən dadmaq istəyirsinizsə, şəhərə gedib düşmənlərinizlə döyüşməlisiniz." Sizdə bir tərəfdən cihad halı yoxdur, digər tərəfdən şəhər həyatının üstünlükləri arzusundasınız. Allah xəbər verir ki, bu qövm malik olduğu xüsusiyyətlərlə zillətə düşüb, ilahi qəhr və qəzəbə düçar olasıdır.
Çeşidlilik tələbi, daha çox əldə etmək arzusu insanın əsir olması üçün bir tələdir. Xalqın bu xüsusiyyətindən istifadə edən istismarçılar çeşidli libaslar, tikililər, miniklər və bər-bəzək əşyaları ilə onları əsarət altına alırlar.
Dostları ilə paylaş: |