Мөһсин Гәраәти



Yüklə 8,5 Mb.
səhifə39/97
tarix21.10.2017
ölçüsü8,5 Mb.
#7915
1   ...   35   36   37   38   39   40   41   42   ...   97

Bildirişlər


1. Düşmən aza qane deyil. Onu yalnız sizin tam süqutunuz, məktəbinizin məhvi, məqsədlərinizin puça çıxması razı sala bilər.

2. Əgər müsəlmanlar görsələr ki, kafirlər onların dinindən razıdır, öz dindarlıqlarına şübhə etməlidirlər. Kafirin bəyəndiyi dindarlıq özü küfrdür.

3. İlahi vəhy və hidayətdən savay bütün yollar yanlışdır.

4. Alimin məsuliyyəti cahilin məsuliyyətindən daha çoxdur.

5. Kitab əhli ilə rabitələr dindən əl çəkmək bahasına başa gəlməməlidir. Başqalarını cəzb etmək yaxşıdır, üsuldan geri çəkilmək isə heç vaxt!

6. Xalqın nəfs istəklərinə təbeçilik insanı ilahi lütfdən məhrum edir. Ya Allahın lütfünü seçməliyik, ya da xalqın nəfs istəklərini.


121. ﴿الَّذِينَ آتَيْنَاهُمُ الْكِتَابَ يَتْلُونَهُ حَقَّ تِلاَوَتِهِ أُوْلَـئِكَ يُؤْمِنُونَ بِهِ وَمن يَكْفُرْ بِهِ فَأُوْلَـئِكَ هُمُ الْخَاسِرُونَ

Səmavi kitab verdiyimiz və bu kitabı layiq olduğu şəkildə tilavət edənlər ona iman gətirirlər. Onu inkar edənlər isə həmin ziyankarlardır.”


Nöqtələr


◘Öz inadkarlığı və azğınlığına görə məzəmmət olunan yəhudi və məsihilərin müqabilində, digər bir dəstə Allah tərəfindən təriflənir. Onlar səmavi kitaba müraciət edib, İslam peyğəmbərinin (s) zühur və besət əlamətlərini görən və ona iman gətirənlərdir.

◘“Ətyəbul-bəyan” təfsirində bildirilir: Bu ayədə “kitab” dedikdə Quran nəzərdə tutulur. Müraciət olunan tərəf isə Quranı bəyənilmiş şəkildə oxuyub, Peyğəmbərə (s) iman gətirənlərdir. “Əl-mizan” təfsirində də bu məna ehtimal olunmuşdur.

◘“Əl-mizan” təfsirində Quran tilavətinin qaydaları haqqında rəvayət nəql olunmuşdur. Bu rəvayətdə səkkiz nöqtə diqqəti cəlb edir: ayələrin tərtili (oxunuşu); ayələr haqqında düşünmək; ayələrə əməl etmək; ayələrin vədlərinə ümid etmək; pis vədlərdən qorxu; əhvalatlardan ibrət götürülməsi; ilahi əmrlərin icrası; günahların tərki. Rəvayətin sonunda İmam Sadiq (ə) buyurmuşdur: “Tilavət haqqı dedikdə təkcə ayələrin əzbərlənməsi, hərflərin təlimi, qiraət və təcvid nəzərdə tutulmur.” Rəvayətlərə əsasən, Quran tilavətinin haqqını yalnız məsum imamlar əda etmişlər.1

Bildirişlər


1. Hətta müxaliflərlə insaflı rəftar etmək lazımdır.

2. Tilavət haqqı təkcə gözəl səslə oxumaq, təcvid qaydalarına əməl etmək deyil. İman və əməl də bu haqlardandır.

3. Əqidə məktəbi seçimində yanlışlığa düçar olan kəs əsil ziyankardır.
122. ﴿يَا بَنِي إِسْرَائِيلَ اذْكُرُواْ نِعْمَتِيَ الَّتِي أَنْعَمْتُ عَلَيْكُمْ وَأَنِّي فَضَّلْتُكُمْ عَلَى الْعَالَمِينَ

Ey Bəni-İsrail, sizə ruzi etdiyim neməti və sizi başqalarından üstün etdiyimi yada salın.”


123. ﴿وَاتَّقُواْ يَوْماً لاَّ تَجْزِي نَفْسٌ عَن نَّفْسٍ شَيْئاً وَلاَ يُقْبَلُ مِنْهَا عَدْلٌ وَلاَ تَنفَعُهَا شَفَاعَةٌ وَلاَ هُمْ يُنصَرُونَ

Qorxun o gündən ki, kimsə kimsədən bir şeyi dəf edə bilməz və ondan heç bir əvəz qəbul olunmaz. Heç bir şəfaət ona fayda verməz və (kimsə tərəfindən) kömək almaz.”


Nöqtələr


Bu iki ayə əvvəlcə haqqında danışdığımız 47 və 48-ci ayələrə oxşardır.
124. ﴿وَإِذِ ابْتَلَى إِبْرَاهِيمَ رَبُّهُ بِكَلِمَاتٍ فَأَتَمَّهُنَّ قَالَ إِنِّي جَاعِلُكَ لِلنَّاسِ إِمَامًا قَالَ وَمِن ذُرِّيَّتِي قَالَ لاَ يَنَالُ عَهْدِي الظَّالِمِينَ

(Yadına sal) o zaman ki, İbrahimin Rəbbi onu müxtəlif hadisələrlə imtahana çəkdi və o, sınaqların öhdəsindən yaxşı gəldi.” Allah ona buyurdu: “Mən səni xalqa imam və rəhbər qərar verdim.” İbrahim dedi: “Mənim övladlarımdan da (imamlar qərar ver).” Allah buyurdu: “Mənim əhdim zalımlara çatmaz (sənin yalnız pak və məsum övladların bu məqama layiqdir).”


Nöqtələr


◘Peyğəmbərlər arasında həzrət İbrahimin xüsusi yeri və məqamı vardır. Bu böyük şəxsin adı Quranın iyirmi beş surəsində 69 dəfə çəkilmişdir. O da İslam peyğəmbəri kimi bəşəriyyət üçün nümunə kimi xatırlanmışdır. Bəzi ayələrdə onun adı seçilmişlər, salehlər, siddiqlər, səbirlilər, vəfalılarla bir cərgədə çəkilir. Allah bu böyük peyğəmbəri yüksək qiymətləndirərək onun haqqında xüsusi təbirlər işlətmişdir. Hətta həccin sirlərindən biri kimi həzrət İbrahimin xatirəsinin yad edilməsi bəyan olunur. Bu ilahi insan müxtəlif məqamlarda azğınlıq, şirklə mübarizə apardı. Ulduzpərəstlər və aypərəstlər qarşısında gətirdiyi dəlillər, bütpərəstliklə apardığı mübarizə, öz məntiqi ilə Nəmrudu susdurması, bir çox sınaqlardan alnıaçıq çıxması bu şəxsi ideala çevirmiş, Allah onu imamət məqamına təyin etmişdir.

◘Quranda 20 dəfəyə yaxın sınaq və imtahan məsələləri bəyan olunmuşdur və bu, ilahi sünnələrdəndir. İlahi sınağın məqsədi nədir? İmtahan Allahın agah olması üçün deyil. Çünki O əvvəlcədən hər şeyi bilir. Uyğun sınaqlarda məqsəd insanın gizli istedadlarının zühuru, onun təlaş və əməlidir. Bir iş görməyən insan dəyərləndirilə də bilməz.



Bəs sınaq vasitələri nədir? Dünyanın acılıqları və şirinlikləri imtahan vasitəsidir. İnsanlar bəzən çətinliklərlə, bəzən isə rifahla sınağa çəkilir. Bütün insanların, hətta peyğəmbərlərin imtahana çəkilməsi qətidir. Bu sınaq və imtahanlar bəşəriyyətin inkişafı və tərbiyəsi üçündür.

◘İbrahim hər bir çətinlikdən çıxmaqla yeni bir məqama çatırdı. O ilk mərhələdə “Əbdullah”, yəni Allah bəndəsi oldu. Sonra o “Nəbiyyullah”, Allahın nəbisi məqamına ucaldı. Daha sonra “Rəsulullah” və “Xəlilullah” adları, nəhayətdə isə imamət və rəhbərlik məqamı ona nəsib oldu.1

◘Ayədəki “Kəlimat” sözü ağır imtahana işarədir. Həzrət İbrahim bütün bu imtahanlardan qalib çıxdı. Vəzifəsinin icrasında ona nə əmisi, nə həyat yoldaşı, nə də övladları mane ola bildilər. İbrahim əmisi Azərin himayəsində olsa da, onun və cəmiyyətin bütpərəstliyinə qarşı mübarizəyə qalxdı. O böyük fədakarlıqlar göstərərək “tarixin misilsiz bütsındıranı” məqamına ucaldı. Allahından öz zövcəsini və övladını Məkkə səhrasında tənha qoymaq əmri aldıqda, böyük eşqlə bu işi yerinə yetirib, ailəsini Allaha tapşırdı. Övladı İsmaili zibh etmək əmri gəldikdə, Allahın razılığını öz könül istəklərindən yuxarı tutdu və bıçağı doğma övladının boğazına qoydu. Amma həmin vaxt nida gəldi ki, məqsəd İsmailin öldürülməsi yox, İbrahimin imtahana çəkilməsidir.

◘Həzrət İbrahim imamət məqamını öz nəsli üçün də istədi. Cavab gəldi: Bu məqam elə bir əhddir ki, Allah, hər kəsi layiq bilib ona əta etmir. İbrahimə bildirildi ki, onun nəslindən yalnız ləyaqətli olanlar bu məqama çatacaq. İslam peyğəmbəri də İbrahimin nəslindən idi və həmin məqama çatdı. Amma ən kiçik günaha yol verənlər belə bir məqama layiq görülmədilər.

◘İbrahim yeganə peyğəmbərdir ki, həm yəhudilər, həm məsihilər özlərini onun ardıcılı sayırlar. Bu ayədə İbrahimin yüksək məqamı qeyd olunmaqla, bilavasitə hamıya anladılır ki, İbrahimi həqiqətən qəbul edənlər şirkdən əl çəkib ilahi əmrlərə təslim olmalıdırlar.

◘Bu ayə şiə etiqadının istinad etdiyi ayələrdəndir. İmam məsum olmalıdır və zülmə yol verən şəxs bu məqama çatmayacaq.

◘Bu ayədə imamət məqamı əhd adlandırılmışdır. “Bəqərə” surəsinin qırxıncı ayəsində bildirilirdi ki, Allah təyin etdiyi imama itaət edənlərə əvvəlcədən vəd etdiyi yardımı çatdıracaq.


Yüklə 8,5 Mb.

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin