Мөһсин Гәраәти



Yüklə 8,5 Mb.
səhifə36/97
tarix21.10.2017
ölçüsü8,5 Mb.
#7915
1   ...   32   33   34   35   36   37   38   39   ...   97

Bildirişlər


1. Yersiz sual və istəklərdən çəkinin. Bəzən bu işlər küfr zəminəsi yaradır.

2. Digər din ardıcılları üçün olan təhlükələr müsəlmanlar üçün də mövcuddur.

3. Başqalarının aqibətindən ibrət götürün.
109. ﴿وَدَّ كَثِيرٌ مِّنْ أَهْلِ الْكِتَابِ لَوْ يَرُدُّونَكُم مِّن بَعْدِ إِيمَانِكُمْ كُفَّاراً حَسَدًا مِّنْ عِندِ أَنفُسِهِم مِّن بَعْدِ مَا تَبَيَّنَ لَهُمُ الْحَقُّ فَاعْفُواْ وَاصْفَحُواْ حَتَّى يَأْتِيَ اللّهُ بِأَمْرِهِ إِنَّ اللّهَ عَلَى كُلِّ شَيْءٍ قَدِيرٌ

Kitab əhlindən bir çoxu daxillərində olan həsəd səbəbindən sizi iman gətirdikdən sonra küfrə qaytarmaq istəyirlər. Hansı ki, haqq onlara aydındır. Allah Öz fərmanını göndərənədək siz (həsədlərinə görə) onları bağışlayın. Həqiqətən, Allah hər işə qadirdir.”


Nöqtələr


◘“Əfv” xilaf işin bağışlanmasıdır. “Səfh” nöqsanı görməməzliyə vurmaqdır.

◘Qəlbində sizin kafirliyinizi arzulayan düşmən əməldə heç bir hiylə və qurğudan çəkinməyəcək. Onlar bu istiqamətdə yersiz suallar, vəsvəsələr, şübhələr ortaya qoyacaqlar. Bütün bunlardan xəbərdar olmaq lazımdır.


Bildirişlər


1. Düşmənlərinizin ruhiyyəsinə və proqramlarına diqqətli olun.

2. Düşmənlə də insaflı rəftar etmək lazımdır. (Ayədə buyurulur ki, kitab əhlinin hamısı yox, çoxu belədir.)

3. Həsəd şöləsi o qədər təhlükəlidir ki, elm və agahlıqdan sonra da sönmür.

4. Siz İslama iman gətirməklə elə bir əzəmət və izzət əldə edirsiniz ki, düşmənlər sizə həsəd aparır və sizi cahiliyyət dövrünün şirk və təfriqəsinə qaytarmaq istəyirlər.

5. Müxaliflərlə dərhal sərt rəftara keçmək olmaz. Bəzən onların kin və həsədindən xəbərdar olmağımıza baxmayaraq, müdara ilə keçinməliyik.

6. Əfv fərmanı müvəqqəti şəkildə o vaxtadək davam etməlidir ki, müsəlmanlar həvəsdən düşüb, düşmənlər cəsarətə gəlməsinlər.

7. Bağışlamaq zəiflik əlaməti deyil. Allah bütün işlərə qadirdir və O, bu gün də sizi düşmənə qalib edə bilər.
110. ﴿وَأَقِيمُواْ الصَّلاَةَ وَآتُواْ الزَّكَاةَ وَمَا تُقَدِّمُواْ لأَنفُسِكُم مِّنْ خَيْرٍ تَجِدُوهُ عِندَ اللّهِ إِنَّ اللّهَ بِمَا تَعْمَلُونَ بَصِيرٌ

Namaz qılın, zəkat ödəyin. Özünüz üçün əvvəlcədən göndərdiyiniz hər bir xeyiri Allahın yanında tapacaqsınız. Həqiqətən də, Allah sizin əməllərinizi görəndir.”


Nöqtələr


◘104-cü ayədəki “Ya əyyuhəlləzinə amənu” (“ey iman gətirənlər”) xitabından sonra bu ayə müsəlmanlara üçüncü göstərişi bəyan edən ayədir.

Birinci göstərişdə Allah peyğəmbərlə söhbət ədəbini gözləməyi xatırladır. Bildirilir ki, peyğəmbərlə danışarkən diqqətli olmaq və düşmənlərin, müxaliflərin əlinə məsxərə bəhanəsi verməmək lazımdır.

İkinci göstəriş yeni əmr çıxarılanadək kitab əhlinin kin və həsədinə göz yummaqdır.

Üçüncü göstəriş namaz qılmaq və zəkat ödəməkdir. Müsəlmanlar müxaliflərin kin və həsədinə düçar olduqları və bağışlamaq əmri aldıqları vaxt namaz vasitəsi ilə Allahla rabitələrini, zəkat vasitəsi ilə cəmiyyətdəki məhrumlarla bağlılıqlarını gücləndirməlidirlər.


Bildirişlər


1. Quranda namaz göstərişi, adətən, zəkat göstərişi ilə yanaşı bəyan olunmuşdur. Yəni Allahın zikri xalqa diqqətlə müşayiət olunmalıdır.

2. İnsanın əməlləri qiyamət səhnəsinə onun özündən qabaq daxil olur.

3. Xeyir işin miqdarı, kəmiyyəti əsas deyil. Hər kəs öz gücü həddində xeyir iş görməlidir.

4. Xeyir işlər qiyamət üçün hifz olunar.

5. İlahi hüzura və qiyamətdəki mükafata iman saleh əməlin ən möhkəm amillərindəndir.
111. ﴿وَقَالُواْ لَن يَدْخُلَ الْجَنَّةَ إِلاَّ مَن كَانَ هُوداً أَوْ نَصَارَى تِلْكَ أَمَانِيُّهُمْ قُلْ هَاتُواْ بُرْهَانَكُمْ إِن كُنتُمْ صَادِقِينَ

Dedilər: Yəhudi və məsihi olmayınca heç kim behiştə daxil olmaz. Bu, onların arzusudur. De ki, əgər doğru deyirlərsə, öz dəlillərini gətirsinlər.”


Bildirişlər


1. Dini qürur səbəbindən özlərini üstün irq və behişti özlərinə aid bildilər.

2. İmtiyaz istəyi və özünü üstün bilmək xam və puç arzulardandır.

3. İstənilən bir dəlilsiz iddia qəbuledilməzdir.

4. Hər bir inanc dəlilə əsaslanmalıdır. Quran bütün mövzuları dəlil əsasında bəyan etmişdir. Müxaliflərdən də eyni üsulla hərəkət etmək tələb olunur.


112. ﴿بَلَى مَنْ أَسْلَمَ وَجْهَهُ لِلّهِ وَهُوَ مُحْسِنٌ فَلَهُ أَجْرُهُ عِندَ رَبِّهِ وَلاَ خَوْفٌ عَلَيْهِمْ وَلاَ هُمْ يَحْزَنُونَ

Bəli, Allaha ixlasla üz tutub, yaxşı iş görənin mükafatı Allahın yanındadır. Onun üçün nə qorxu var, nə də qəmgin olacaq.”


Nöqtələr


◘Ayə behiştə daxil olma səbəbi kimi Allaha təslim olmağı və xeyir əməli önə çəkir. Yəni behişt boş vədlərə və şüarlara verilmir. Behiştə daxil olmaq üçün iman və saleh əməl lazımdır.

Bildirişlər


1. Behiştə daxil olmaq üçün boş arzu-xəyallara qapılmaq əvəzinə Allaha təslim olmaq, daxilən iman gətirmək və saleh əməl sahibi olmaq lazımdır.

2. Xeyir əməl insanın səciyyəvi xüsusiyyətinə çevrilməlidir. Mövsümi şəkildə, arabir xeyir işlər görmək kafi deyil.

3. Mükafat vermək rübubiyyət şənindəndir.

4. Hər kəs Allaha xalisliklə üz tutsa, həm kamil bəhrə götürər , həm də qəm-qüssədən uzaq olar.


113. ﴿وَقَالَتِ الْيَهُودُ لَيْسَتِ النَّصَارَى عَلَىَ شَيْءٍ وَقَالَتِ النَّصَارَى لَيْسَتِ الْيَهُودُ عَلَى شَيْءٍ وَهُمْ يَتْلُونَ الْكِتَابَ كَذَلِكَ قَالَ الَّذِينَ لاَ يَعْلَمُونَ مِثْلَ قَوْلِهِمْ فَاللّهُ يَحْكُمُ بَيْنَهُمْ يَوْمَ الْقِيَامَةِ فِيمَا كَانُواْ فِيهِ يَخْتَلِفُونَ

Yəhudilər dedilər: "Məsihilər haqq deyil." Məsihilər isə belə dedilər: "Yəhudilər haqlı deyil." Hansı ki, onlar səmavi kitab oxuyurlar. Eləcə də digər nadanlar onlar kimi danışdılar. Allah qiyamət günü onların arasında ixtilafda olduqları şey haqqında mühakimə yürüdəcək.”


Nöqtələr


◘Hər bir dəstənin o biri dəstəni inkar etməsi kitab əhlinin təəssübkeşliyi ilə bağlı ayənin açıqladığı başqa bir sifətdir. Yəhudilər məsihiləri, məsihilər isə yəhudiləri Allah hüzurunda dəyərsiz və batil kimi tanıtdırırdı. Bu sayaq rəftarlar onların təəssübkeşlik ruhiyyəsindən qaynaqlanırdı. Əgər onlar öz səmavi kitablarına diqqətli olsaydılar, bu sayaq rəftarlardan əl çəkərdilər. Sonra buyurulur ki, müşriklər və bütpərəstlərin səmavi kitabı olmasa da, onlar da eyni cür rəftar edirlər. Yəni batil əqidə sahibləri bir-birlərini heç vəchlə qəbul etmirlər. Amma bütün bu ixtilaflar qiyamət günü Allahın mühakiməsi ilə sona çatasıdır. Onlar bir gün haqqı müşahidə edərlər.

Yüklə 8,5 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin