Мөһсин Гәраәти



Yüklə 8,5 Mb.
səhifə38/97
tarix21.10.2017
ölçüsü8,5 Mb.
#7915
1   ...   34   35   36   37   38   39   40   41   ...   97

Bildirişlər


1. Göylərin və yerin ixtiyarı əlində olan Allahın övlad götürməyə nə ehtiyacı var?!

2. Yalnız varlıq aləminin sahibi qarşısında xüşu və təvazö yerlidir. Bir milçək yaratmaqda aciz olan və kiçik zərəri dəf edə bilməyən zalımların və bütlərin qarşısında təvazökarlıq olmaz.


117. ﴿بَدِيعُ السَّمَاوَاتِ وَالأَرْضِ وَإِذَا قَضَى أَمْراً فَإِنَّمَا يَقُولُ لَهُ كُن فَيَكُونُ

Göyləri və yeri var edən Odur. Bir şeyi vücuda gətirmək istədikdə yalnız deyər: “Ol!” O da dərhal vücuda gələr.”


Nöqtələr


◘O bütün mövcudların maliki olmaqdan əlavə, həm də onların xaliqidir. Bu da dərhal və əvvəlcədən plan cızmadan baş verər. Belə bir varlığın övlada nə ehticayı var? Nə vaxt bir şeyi yaratmaq istəsə “ol” deyər, o da dərhal vücuda gələr. Həzrət Rizanın (ə) təbirincə, “Allah öz işində hətta “ol” deməyə də ehtiyaclı deyil. Onun istəməsi ilə yaratması birdir.4

◘Bu bir neçə ayədə ilahi qüdrətlə tanış olduq. “Şərq də, qərb də Onun üçündür.” “Göylər və yer Onun üçündür.” “Hamı onun qarşısında təvazökar və mütidir.” “Göyləri və yeri heçdən yaradan Odur.” “Onun fərmanı ilə hər şey vücuda gəlir.”

◘Allah bir anda yaratdığı kimi, bir anda da hər şeyi aradan götürə bilər. Necə ki, “İbrahim” surəsinin 19-cu ayəsində buyurulur: “Allah istəsə, sizi aradan götürüb yerinizə yeni bir xalq gətirər.” Hər şeyin varlığı və yoxluğu əlində olan bir qüdrətə iman insana fövqəladə güc verir, onu ümidsizlikdən uzaqlaşdırır.

Bildirişlər


1. Allah heçdən və misilsiz yaradır.

2. Allah bir anda bütün varlıq aləmini yarada bilir. Amma Onun hikməti tələb edir ki, işlərdə səbəb silsiləsi olsun və yaranış tədricən baş versin.


118. ﴿وَقَالَ الَّذِينَ لاَ يَعْلَمُونَ لَوْلاَ يُكَلِّمُنَا اللّهُ أَوْ تَأْتِينَا آيَةٌ كَذَلِكَ قَالَ الَّذِينَ مِن قَبْلِهِم مِّثْلَ قَوْلِهِمْ تَشَابَهَتْ قُلُوبُهُمْ قَدْ بَيَّنَّا الآيَاتِ لِقَوْمٍ يُوقِنُونَ

Bilməyənlər dedilər: “Nə üçün Allah bizim özümüzlə danışmır? Nə üçün bizim özümüzə bir ayə və nişanə gəlmir?” Onlardan qabaq olanlar da onlar kimi danışırdılar. Onların qəlbləri oxşardır. Amma Biz yəqin əhli (həqiqəti axtaranlar) üçün aydın ayə və nişanələr qərar vermişik.”


Nöqtələr


◘Digər bir kafir dəstəsindən yenə də yersiz bir istək! Cahil insanlar həzrət peyğəmbərin dəvəti qarşısında belə dedilər: “Nə üçün Allah birbaşa bizim özümüzlə danışmır? Nə üçün bizim özümüzə ayə nazil olunmur?!”

Quran bu sayaq sözlərdən yaranacaq pis təsəvvürün qarşısını almaq üçün və peyğəmbərə təsəlli vermək məqsədi ilə kafirlərin istəklərini çox adi təqdim edir. Bildirilir ki, bu suallar təzə bir şey deyil. Qabaqkı kafirlər də öncəki peyğəmbərlərdən belə tələblər etmişlər. Sonra buyurulur: “Hər iki dəstənin təfəkkür tərzi bir-birinə oxşayır. Amma Biz bu sayaq istəkləri etibarlı və dəyərli saymırıq. Çünki Öz ayələrimizi haqqı axtaranlara yetərincə bəyan etmişik.”

◘Yersiz istəkləri doğuran ya təkəbbür ruhiyyəsidir, ya da cəhalət və nadanlıq. Cahil olmayan insan anlayır ki, vəhy mələyi hər qəlbə nazil olmaz. Hikmət sahibi olan insan qiymətli və dadlı şərbəti hər qaba tökmür. Quranda oxuyuruq: “Əgər saf qəlbli və düz əməlli olsaydınız, sizə fürqan və təmiz bir qüvvə verərdik.”1

Bildirişlər


1. Əsas, istək və umacaq yox, təlaş və ləyaqətdir. Bəziləri çalışmaq və layəqət göstərmək əvəzinə daim yersiz istəklərlə müraciət edirlər.

2. Allahın qanunu hər bəndənin nəfs istəyinə cavab vermək yox, höccətin tamamlanması və dəlillərin bəyanıdır.


119. ﴿إِنَّا أَرْسَلْنَاكَ بِالْحَقِّ بَشِيرًا وَنَذِيرًا وَلاَ تُسْأَلُ عَنْ أَصْحَابِ الْجَحِيمِ

(Ey peyğəmbər,) Biz səni haqq olaraq göndərdik ki, müjdə verən və qorxudan olasan. Sən cəhənnəm əhli üçün məsul deyilsən.”


Nöqtələr


◘Ayələrdə buyurulur: “Ey peyğəmbər! Kafirlərin yersiz istəklərinə məhəl qoyma. Onlar istəyirlər ki, onlar üçün çoxsaylı vərəqlərdə ayələr nazil olsun.1 Halbuki Biz səni xalq üçün haqq bir məntiqlə göndərdik ki, müjdə və qorxutma yolu ilə onları öz səadətləri ilə tanış edəsən. Əgər bir dəstə bəhanə axtarıb, haqqı qəbul etməkdən boyun qaçırdısa və onlara vəhy nazil olmasını umdusa, sən onların cəhənnəm əhli olmasına məsul deyilsən. Sənin öhdənə yalnız müjdə vermək və qorxutmaq düşür.

◘Müjdə və qorxutma insanın azad olması nişanəsidir. Quranda dəfələrlə bəyan olunmuşdur ki, Allahın işi müjdə və qorxutma ilə yanaşı, haqq məntiqlə məsum peyğəmbərlər göndərməkdir. Azad şəkildə haqqı qəbul etmək və ya boyun qaçırmaq xalqın öz öhdəsinədir.


Bildirişlər


1. Düşmən tərəfindən yaradılmış hər bir ruhi düşkünlüyün aradan qaldırılması üçün Allah tərəfindən gücləndirməyə, təsəlli və təskinliyə ehtiyac var. (Əvvəlki ayədə kafirlərin bəhanələri nəql olundu. Bu ayədə isə həzrət Peyğəmbər (s) “bil-həqq” kəlməsi ilə gücləndirilir.)

2. Müjdə və hədə tərəzinin iki gözü kimi tarazlaşdırılmalıdır. Əks təqdirdə, qürur və ümidsizliklə üzləşəsiyik.


120. ﴿وَلَن تَرْضَى عَنكَ الْيَهُودُ وَلاَ النَّصَارَى حَتَّى تَتَّبِعَ مِلَّتَهُمْ قُلْ إِنَّ هُدَى اللّهِ هُوَ الْهُدَى وَلَئِنِ اتَّبَعْتَ أَهْوَاءهُم بَعْدَ الَّذِي جَاءكَ مِنَ الْعِلْمِ مَا لَكَ مِنَ اللّهِ مِن وَلِيٍّ وَلاَ نَصِيرٍ

(Ey peyğəmbər!) Yəhudi və məsihilərin ayinlərinə tabe olanadək onlar səndən razı qalmayacaqlar. De ki, hidayət yalnız Allahın hidayətidir. Sənə elm gəldikdən sonra onların nəfs istəklərinə tabe olsan sənin üçün Allah tərəfindən heç bir yardımçı olmayacaq.”


Nöqtələr


◘Qiblə dəyişdikdən sonra yəhudilərin müsəlmanlara münasibətdəki narahatlıqları daha da artdı. Bəzi müsəlmanlar da yəhudilərlə mehriban münasibət qurmaq üçün Beytül-Müqəddəsin qiblə qalmasını istəyirdilər. Onlar anlamırdılar ki, əvvəlki qiblədə qalmaqla yəhudiləri razı sala bilməyəcəklər. Yəhudilər müsəlmanların təkcə qiblə məsələsində yox, bütün ayinlərdə onlara tabe olmasını istəyirdilər.

◘Bu ayədə İslam peyğəmbəri ilə yanaşı bütün müsəlmanlara xitab olunur. Yəhudilər onlara təslim olmayıb, ilahi dəyərlərdən üz döndərməyən müsəlmanlardan tarix boyu razı olmamışlar və bundan sonra da olmayacaqlar. Biz müsəlmanlar onlara qəti şəkildə rədd cavabı verib bilməliyik ki, səadət yolu yəhudilərə itaət yox, ilahi vəhy yoludur.



Yüklə 8,5 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin