Мөһсин Гәраәти



Yüklə 8,5 Mb.
səhifə54/97
tarix21.10.2017
ölçüsü8,5 Mb.
#7915
1   ...   50   51   52   53   54   55   56   57   ...   97

Nöqtələr


◘Dua” yaxından çağırma, “nida” uzaqdan çağırma mənasını bildirir.

◘Bu ayədə iki təşbeh var: Haqqa çağıran kəs çobana, kafirlər isə çobanın dediklərindən yalnız onun fəryadını anlayan heyvanlara bənzədilir. Yəni Peyğəmbərə bildirilir ki, o, imansız qövmü haqqa çağırmaqda və yüzlərlə kor-koranə təqlidi aradan qaldırmaqda qoyunları təhlükədən qurtarmaq üçün səsləyən şəxsə bənzəyir. Amma bu fəryadı dərk etmirlər. Çünki onların gözləri və qəlbləri bağlanmışdır və əslində lal, kar, kordurlar.


Bildirişlər


1. Göz, qulaq və dil o zaman faydalı olur ki, düşüncəyə müqəddimə olsun. Yoxsa elə heyvanların da gözü və qulağı var.

2. Yalnız düşüncə ilə yanaşı sorğu, dinləmə və görmə tanıma yoludur.

3. Haqqın dəvəti qarşısında biganəlik göstərənlərdə beş çirkin sifət var. Heyvanlıq, korluq, karlıq, lallıq, ağılsızlıq.
172. ﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ كُلُواْ مِن طَيِّبَاتِ مَا رَزَقْنَاكُمْ وَاشْكُرُواْ لِلّهِ إِن كُنتُمْ إِيَّاهُ تَعْبُدُونَ

Ey iman gətirənlər! Sizə ruzi edilmiş pak nemətlərdən yeyin, Allaha şükür edin. Əgər yalnız Ona pərəstiş edirsinizsə!”


Nöqtələr


◘Həzrət peyğəmbərdən nəql olunmuşdur ki, Allah belə buyurmuşdur: “İnsanları Mən yaradıram, amma onlar başqasına pərəstiş edir. Mən onlara ruzi verirəm, amma onlar başqasına təşəkkür edirlər.”1

◘Quran insana bir işi qadağan etmək istədikdə, əvvəlcə bu işin mübah (halal) yolunu göstərir, sonra qadağan edir. Növbəti ayədə hansısa qida qadağan olunmazdan qabaq hazırkı ayədə halal yollar açıqlanılır.

◘Şükrün mərhələləri var. Şükür bəzən dil, bəzən isə əməllə gerçəkləşir. Həqiqi şükür odur ki, nemətlər Allahın müəyyənləşdirdiyi yolda sərf olunsun.

◘Təbii nemətlərin yaradılmasında əsas məqsəd möminlərdir. Əvvəlki üç ayədə buyuruldu: “Ey xalq! Yer üzündə olanlardan yeyin.” Bu ayədə isə belə buyurulur: “Ey möminlər! Sizə ruzi etdiyimiz könüləyatan nemətlərdən yeyin.” Bu ayələr arasındakı fərq rəmzi ola bilər. Əsas məqsəd ruzinin möminlərə çatdırılmasının önə çəkilməsidir. Amma başqaları da möminlərlə yanaşı bu nemətlərdən faydalanırlar. Necə ki, bağban bağı suvararkən onun məqsədi qanqal və tikanların yox, gül və ağacların faydalanmasıdır.

◘Hər bir insandan xüsusi tələblər var. Adi insanlardan intizar budur ki, yedikdən sonra günah, şeytani vəsvəsələr və fəsad ardınca getməsinlər.1 Amma iman əhlindən tələb olunur ki, yedikdən sonra saleh əməl ardınca gedib şükür etsinlər.2

Bildirişlər


1.Özünütərbiyə, zöhd, təqva nemətlərdən bəhrələnmə ilə zidd deyil.

2. İslam məktəbində maddiyyat mənəviyyatın müqəddiməsidir.

3. İslam qidalanmada sağlamlıq məsələlərinə diqqətlidir.

4. Xalqın dolanışığını təmin etməmiş və onlara məhəbbət göstərməmiş onlardan umacağınız olmasın.

5. Şükür allahpərəstlik və xalis tövhid nişanəsidir. Əgər insan ruzini öz çalışmaqlarının, sərmayəsinin, bacarığının nəticəsi bilsə, bu işdə Allahın rolunu nəzərdən qaçırar və Ona şükürdən məhrum qalar.

6. Şükür ibadətin aşkar nümunəsidir.

7. Allaha şükür vacibdir.

8. Allahpərəst insan Allahın halal etdiyini özbaşına haram saymır.


173. ﴿إِنَّمَا حَرَّمَ عَلَيْكُمُ الْمَيْتَةَ وَالدَّمَ وَلَحْمَ الْخِنزِيرِ وَمَا أُهِلَّ بِهِ لِغَيْرِ اللّهِ فَمَنِ اضْطُرَّ غَيْرَ بَاغٍ وَلاَ عَادٍ فَلا إِثْمَ عَلَيْهِ إِنَّ اللّهَ غَفُورٌ رَّحِيمٌ

Həqiqətən, Allah (qeyri-şəri yolla) ölmüş heyvanı, qanı, donuz ətini, Allahdan qeyrisinin adı ilə kəsilənləri haram etmişdir. Amma çarəsiz qalan şəxs həddi aşmadan, ehtiyacı qədərində yesə, onun üçün günah yoxdur. Həqiqətən, Allah bağışlayan və mehribandır.”


Nöqtələr


◘Əvvəlki ayənin ardınca buyuruldu ki, Allahın halal buyurduqlarını özbaşına haram saymayın. Allah yalnız ölmüş hevanı, qanı, donuz ətini və - cahiliyyət dövründəki kimi - Allahdan qeyrilərinin adı ilə kəsilənləri haram etmişdir.

◘İmam Sadiq (ə) buyurmuşdur: “Ölmüş heyvan əti bədəni zəiflədir, nəsil artımını qət edir, qəfil ölümə səbəb olur. Qanı içmək qəlbin daşlaşması və qəsavət səbəbidir.3

◘Tibbi araşdırmalara əsasən, donuz əti iki təhlükəli parazitin törədicisidir. Bəzi ölkələrdə hətta sağlamlıq baxımından donuz əti qadağan olunmuşdur. Həzrət İsanın İncilində də günahkarlar donuza oxşadılmışdır.

◘Əlbəttə ki, yaşamaq üçün heç bir qida tapmayan insan çarəsiz qaldıqda haram qidalardan istifadə edə bilər. Amma bu işdə ifrata varmaq, həddi aşmaq olmaz. Yəni yalnız ölümdən yaxa qurtarmaq üçün zəruri həddə qədər istifadə etmək mümkündür. Haram qidalardan ləzzət məqsədi ilə istifadə olunması qadağandır. İstisna şəkildə verilmiş bu icazə Allahın lütf və mehribançılığına əsaslanır. İmam Sadiq (ə) buyurmuşdur: “Əgər bir insan zəruri bir vəziyyətdə bilərəkdən haram qidalardan istifadə etməyib ölsə, kafir kimi ölmüşdür.”2

◘Haram qidaların dörddən çox olduğunu nəzərə alsaq, hazırkı ayədə “innəma” kəlməsini cahiliyyət dövrünün qadağalarına aid olduğu qənaətinə gələrik.

◘İstisna hallara aid qaydalar təkcə qidalarla bağlı deyil. Qarşıya çıxan istənilən bir məsələdə belə yüngülləşdirmələr var. İmam Sadiqdən (ə) soruşurlar ki, əgər həkim xəstəyə istirahət və yatmaq göstərişi vermişdirsə, namaz necə olsun? İmam bu ayəni oxuyur və buyurur: “Namazı yatdığı yerdə qılsın.”3

◘İslam hökmləri məsləhətə əsaslanır. Əgər əvvəlki ayədə qidalanma paklığa əsaslanaraq mübah sayılırdısa, bu ayədə pak olmayanların haramlığı bildirilir.

◘İlahi qadağalar yalnız tibbi məsələlərə əsaslanmır. Məsələn, ölmüş heyvan ətinin və qanın haram buyrulmasında məqsəd bəzən etiqadi məsələlərə hörmətdir. Allahdan qeyrisinin adı ilə kəsilmiş heyvan ətinin qadağası kimi qadağalar şirki aradan qaldırmaq üçündür. Bəzən bir şəxsin süfrəsindən çəkinməyimizin səbəbi onun gigiyenik qaydalara riayət etməməsi olur. Bəzən isə bir şəxsdən uzaqlaşmaq məqsədi ilə onun süfrəsində əyləşmirik.



Yüklə 8,5 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin