Мөһсин Гәраәти



Yüklə 8,5 Mb.
səhifə60/97
tarix21.10.2017
ölçüsü8,5 Mb.
#7915
1   ...   56   57   58   59   60   61   62   63   ...   97

Bildirişlər


1. Ramazanı dəyərli edən həmin ayda Quranın nazil olmasıdır. İnsan da elə dəyərli ola bilər ki, Quran onlara nüfuz etmiş olsun.

2. Hidayətin mərhələləri vardır: biri ümumi mərhələ, digəri xüsusi mərhələ.

3. Ramazan ayının çatmasına əminlik yarandıqda oruc vacib olur.

4. Xəstə və müsafir üçün orucun qəzasını tutmaq vacibdir.

5. Qəza orucu üçün xüsusi bir vaxt təyin olunmayıb.

6. İlahi hökmlərdə onların yüngüllüyü və insanın taqəti nəzərə alınıb.

7. Çətinlik və sıxıntı vacib vəzifələri insanın çiynindən götürür.

8. Qəza orucu üzürlü günlərin sayı qədər olmalıdır.

9. İbadətin yerinə yetirilməsində hidayət və tovfiq Allah tərəfindəndir. Təkbir Allahın uca tutulmasını və Ondan qeyrilərinə diqqətsizliyin göstəricisidir.

10. Oruc, insanın hidayəti və şükür etməsi üçün zəmin yaradır.


186. ﴿وَإِذَا سَأَلَكَ عِبَادِي عَنِّي فَإِنِّي قَرِيبٌ أُجِيبُ دَعْوَةَ الدَّاعِ إِذَا دَعَانِ فَلْيَسْتَجِيبُواْ لِي وَلْيُؤْمِنُواْ بِي لَعَلَّهُمْ يَرْشُدُونَ

Əgər bəndələrim səndən Mənim haqqımda soruşsalar, (de ki,) həqiqətən, Mən yaxınam. Mənə üz tutanın duasını Məni çağırdığı vaxt cavablandırıram. Belə isi, Mənim dəvətimi qəbul etməli və Mənə iman gətirməlidirlər. Bəlkə yetkinləşələr.”


Nöqtələr


◘Bəziləri Allahın rəsulundan soruşurdular: "Allahı necə çağıraq? Allah bizə yaxındır, yoxsa uzaq? Onu yavaş çağıraq, yoxsa ucadan?" Onların cavabında bu ayə nazil oldu.

◘Dua edən kəs Allahın məhəbbətini elə cəlb edir ki, bu ayədə Allah Öz lütfünün izharı üçün altı dəfə “Özüm” təbirini işlədir: Əgər bəndələrim Özüm haqqımda söruşsalar, onlara de ki, Mən Özüm onlara yaxınam. Əgər Məni çağırsalar, Özüm onların duasını qəbul edərəm. Belə ki, Özümə iman gətirsinlər və Öz dəvətimi qəbul etsinlər...

Bu məhəbbətli əlaqə o zaman yaranır ki, insan Allahla münacat etmək istəsin.

Dua etmək külli varlıqla yoldaş və həmrəngdir. Quran ayələrinə əsasən, bütün varlıq aləmi təsbih və qünutdadır.1 bütün mövcudlar öz ehtiyacını Onun dərgahına izhar edir.2 Biz də Ondan istəyək ki, varlıq aləmində ixtilaf vasitəsi olmayaq.

◘Quranda dua haqqında sifarişlər vardır. O cümlədən:

1. Dua və istək xalisanə olmalıdır.3

2. Dua qorxu və ümidlə müşayiət olunmalıdır.4

3. Dua eşq, rəğbət və qorxu ilə yanaşı gerçəkləşməlidir.5

4. İnsan zəlilliklə və gizli şəkildə dua etməlidir.6

5. Dua gizlincə oxunmalıdır.7

◘“Üsuli-Kafi”də duanın əhəmiyyəti, rolu, qaydaları barədə, dua zamanı diqqət, israr və istəklərin zikri haqqında, cəm halda dua və duanın qəbul olmasına iman barədə yüzlərlə hədis nəql olunmuşdur.2

Sual: Nə üçün bəzən dualarımız qəbul olmur?

Cavab: Dualarımızın qəbul olmamasının səbəbi ya şirk, ya da cəhalətimizdir. “Təfsiri-Əl-Mizanda” oxuyuruq ki, Allah bu ayədə buyurmuşdur: “Özüm qəbul edərəm o dua edənin duasını ki, yalnız Məni çağırsın və tam ixlasla Məndən istəsin.”

Demək, dua qəbul olmadısa, bunun səbəbi ya xeyirsiz şey istəməyimiz, ya xalisliklə istəməməyimizdir. Başqalarından kömək gözləməklə edilən dua da qəbul olmur. Bəzən insan öz məsləhətinə olmayan şeylər istəyir. Rəvayətlərin buyurduğuna əsasən, bu halda həmin duanın əvəzinə bəlalar bizdən uzaqlaşdırılır. Bəzən də duanın nəticəsi gələcəyimizə və ya nəslimizə saxlanılır. Bəzən də duanın əvəzi axirətdə verilir.

“Üsuli-Kafi”də oxuyuruq: Haram yeyənin, əmr be məruf və nəhy əz munkəri tərk edənin, etinasız şəkildə dua edənin duası qəbul olmaz.

◘Dua o demək deyil ki, iş-güc, fəaliyyət tərk olunsun, Allaha təvəkkül təlaşla yanaşı olmalıdır. Hədisdə oxuyuruq: İşsizin duası qəbul olmaz.

◘Dua ayəsinin oruc ayələri arasında yerləşməsinin səbəbi bu ola bilər ki, Allah ayı ilə dua arasında yaxınlıq çoxdur.

Sual: Əgər Allahın işləri qanuna, sabit amil və sünnətlərə əsaslanırsa, duanın nə faydası var?

Cavab: Müsafirin namaz və orucu vətənində olan insanın namaz və orucundan fərqləndiyi kimi, dua edənin də halı Allahdan xəbərsiz insanın halından fərqlənir. Allahın lütfü birinciyə yox, ikinciyə aiddir. Bəli, dua və Allahla söhbət insanın tutumunu artırır. Necə ki, Allah övliyalarına təvəssül və onların ziyarəti insanın şəraitini dəyişir. Uşaq atası ilə olduqda təklikdə olduğu vaxtdan daha çox məhəbbət görür. Beləcə, dua, ziyarət və təvəssül şəraiti dəyişir. Amma bu o demək deyil ki, dua Allahın qəti qanunlarını gücdən salır.

◘Allahın öz bəndəsi ilə yaxınlığı haqqında Feyz Kaşani deyir:


Sordum: niyə pünhan qalmış o nur üz? Dedi: üz açıqdır, əgər baxsa göz.

Dedim: çoxmu çəkər hicran, ayrılıq? Dedi: nə qədər ki, gözdə var sarıq.

Bildirişlər


1. Dua hər yerdə və hər zaman faydalıdır. Çünki Allah buyurmuşdur: “Mən yaxınam”. (Müqəddəs yerlərdə dua ilə bağlı qeydlər duanın yalnız həmin yerdə qəbul olması yox, fəziləti bəyan edir.)

2. Allah bizə yaxındır. Bəs biz necə? Əgər bəzən Allahın qəzəbinə düçar oluruqsa, bunun səbəbi günahlara görə ondan uzaq düşməyimizdir.

3. Allah duaları xüsusi vaxtlarda yox, hər zaman qəbul edir. “Ucibu” davam nişanəsidir.

4. Allah hər şeyi bilsə də, bizim vəzifəmiz dua etməkdir.

5. Dua imanla yanaşı olduqda qəbul edilir.

6. Dua inkişaf və hidayət vasitəsidir.


187. ﴿أُحِلَّ لَكُمْ لَيْلَةَ الصِّيَامِ الرَّفَثُ إِلَى نِسَآئِكُمْ هُنَّ لِبَاسٌ لَّكُمْ وَأَنتُمْ لِبَاسٌ لَّهُنَّ عَلِمَ اللّهُ أَنَّكُمْ كُنتُمْ تَخْتانُونَ أَنفُسَكُمْ فَتَابَ عَلَيْكُمْ وَعَفَا عَنكُمْ فَالآنَ بَاشِرُوهُنَّ وَابْتَغُواْ مَا كَتَبَ اللّهُ لَكُمْ وَكُلُواْ وَاشْرَبُواْ حَتَّى يَتَبَيَّنَ لَكُمُ الْخَيْطُ الأَبْيَضُ مِنَ الْخَيْطِ الأَسْوَدِ مِنَ الْفَجْرِ ثُمَّ أَتِمُّواْ الصِّيَامَ إِلَى الَّليْلِ وَلاَ تُبَاشِرُوهُنَّ وَأَنتُمْ عَاكِفُونَ فِي الْمَسَاجِدِ تِلْكَ حُدُودُ اللّهِ فَلاَ تَقْرَبُوهَا كَذَلِكَ يُبَيِّنُ اللّهُ آيَاتِهِ لِلنَّاسِ لَعَلَّهُمْ يَتَّقُونَ

Oruc gecələri zövcələrinizlə yaxınlıq sizə halal oldu. Onlar sizin, siz isə onların libasısınız. Allah sizin özünüzə xəyanət etdiyinizi bilirdi. (Bəzən qadağan olunmuş yaxınlığa yol verirdiniz). Tövbənizi qəbul etdi, (indi) onlarla yaxınlıq edin. Allahın sizin üçün müəyyənləşdirdiyini tələb edin. Ağ sap qara sapdan seçilənədək yeyin, için. Sonra orucu gecəyədək tamamlayın. Məsciddə mötəkif (oruc ağıza ibadət) olduğunuz vaxt zövcələrinizlə yaxınlıq etməyin. Bu, Allahın hədd və hökmüdür. (Təcavüz və günah məqsədi ilə ona yaxınlaşmayın. Allah öz ayələrini xalqa belə aydınlaşdırır. Bəlkə təqvalı olasınız.”



Yüklə 8,5 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin