Мөһсин Гәраәти



Yüklə 8,5 Mb.
səhifə58/97
tarix21.10.2017
ölçüsü8,5 Mb.
#7915
1   ...   54   55   56   57   58   59   60   61   ...   97

Bildirişlər


1. Ölüm insanın dünya həyatına son qoysa da, vəsiyyət kimi işlər onun əməl naməsini açıq saxlayır.

2. Mal və sərvət düzgün yolda sərf edilərsə, xeyirdir.

3. Vəsiyyətdə irsdən əlavə, valideyn və yaxınlar üçün pay ayrılmalıdır.

4. Vəsiyyət cəmiyyətdə bəyənilmiş adət əsasında olmalıdır.

5. Vəsiyyətin tərk olunması başqalarının haqlarına münasibətdə təqvasızlıq növüdür.
181. ﴿فَمَن بَدَّلَهُ بَعْدَمَا سَمِعَهُ فَإِنَّمَا إِثْمُهُ عَلَى الَّذِينَ يُبَدِّلُونَهُ إِنَّ اللّهَ سَمِيعٌ عَلِيمٌ

Hər kəs onu (vəsiyyəti) eşitdikdən sonra dəyişsə, bunun günahı yalnız onu dəyişənlərin öhdəsinədir. Həqiqətən, Allah eşidən və biləndir.”


Nöqtələr


◘Bu ayə vəsiyyəti dəyişmək istəyənlərə bir xəbərdarlıqdır. Əgər bir şəxs vəsiyyətin mətnindən xəbərdar olduqdan sonra onun icrasında dəyişikliklərə yol verərsə, bu dəyişiklik həmin ləyaqətsiz işi görənin boynunadır. Vəsiyyət edən isə etdiyi vəsiyyət əsasında əvəz alır. Məsələn, bir şəxs vəsiyyət edir ki, yüz fəqirə yardım edilsin. Vəsiyyəti icra edənlər buna əməl etməsələr, bu halda vəsiyyət edən şəxs yüz fəqirə yardımın savabını alır. Vəsiyyətdən xəbər tutmadan fəqirlər üçün vəsiyyət olunmuş payı alanlar üçün də günah yoxdur. Bu işdə yeganə günahkar vəsiyyəti dəyişib, fəqirin payını başqalarına verənlərdir. Elələri bilməlidirlər ki, Allah eşidən və biləndir, xəyanətlərinin cavabını dünya və axirətdə alacaqlar.

◘Hədisdə oxuyuruq: “Vəsiyyət yəhudi və məsihilərin xeyrinə də olsa, onu dəyişməyin.”1


Bildirişlər


1. Başqalarının hər hansı vəsiyyəti dəyişməsi haramdır.

2. Mülkiyyət haqqı hətta insanın ölümündən sonra da möhtərəmdir. Vəsiyyəti dəyişməyə kimsənin haqqı yoxdur.

3. Bilərəkdən, qərəzlə edilən günah təhlükəlidir.

4. Vəsiyyət edərkən şahid tutmaq lazımdır.

5. Başqaları vəsiyyəti yerinə yetirməsələr də, vəsiyyət edənlər əvəz alırlar.

6. İnsanın Allah hüzurunda olduğuna inanması təqvanın və vəsiyyəti dəyişməməyin ən üstün amilidir.


182. ﴿فَمَنْ خَافَ مِن مُّوصٍ جَنَفًا أَوْ إِثْمًا فَأَصْلَحَ بَيْنَهُمْ فَلاَ إِثْمَ عَلَيْهِ إِنَّ اللّهَ غَفُورٌ رَّحِيمٌ

Hər kəs vəsiyyət edənin səhvindən və günahından qorxsa və onların arasında islah aparsa, günahkar olmaz. Həqiqətən, Allah bağışlayan və mehribandır.”


Nöqtələr


◘“Məcməül-bəyan” təfsirinin müəllifi “cənəf” sözünü büdrəməyə xəbərsiz meyl mənasında, “ism” sözünü isə bilərəkdən günah mənasında açıqlamışdır.

◘Bu barədə qadağan olan məsələ düzgün vəsiyyətlərin dəyişdirilməsidir. Amma bir vəsiyyət fitnə səbəbidirsə və ya dini ölçülərə ziddirsə, onu dəyişməyin eybi yoxdur. Əgər bir şəxs öz var-dövlətinin üçdə birindən çoxunu vəsiyyət edərsə, bu miqdarı azaltmaq olar. Əgər vəsiyyət edilən işlər günahdırsa, vəsiyyəti dəyişməyin eybi yoxdur. Vəsiyyət fitnə-fəsad yaradırsa, İslam hakiminin razılığı ilə bu vəsiyyəti dəyişmək mümkündür. Bütün hallarda İslam üçün çıxılmaz vəziyyət yoxdur. Bütün əməllərin nəticəsi təqva olduğundan, təqvaya zidd bütün işləri islah etmək olar.


Bildirişlər


1. “Əhəmm” və “mühümm” (əhəmiyyətli və ən əhəmiyyətli) məsələlərinə diqqətli olmaq lazımdır. Vəsiyyətə hörmət mühümdür. Amma fitnəni aradan qaldırmaq və müsəlmanların işlərini islah etmək daha mühümdür.

2. Vəsiyyətin dəyişməsi fitnəni aradan qaldırmağa və islaha əsaslanmalıdır.


183. ﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ كُتِبَ عَلَيْكُمُ الصِّيَامُ كَمَا كُتِبَ عَلَى الَّذِينَ مِن قَبْلِكُمْ لَعَلَّكُمْ تَتَّقُونَ

Ey iman gətirənlər! Oruc sizdən əvvəlkilərə vacib edildiyi kimi, sizin üçün də vacib edildi. Bəlkə təqvalı olasınız.”


Nöqtələr


◘Təqva günahdan çəkinmək mənasını bildirir. Əksər günahlar qəzəb və şəhvət kimi iki kökdən qaynaqlanır. Oruc bu iki meylin (qərizə) qarşısını alır. Ona görə də oruc vasitəsi ilə fəsad azalır, təqva isə yüksəlir.i

◘Quran təfsirçilərinin və alimlərinin nəzərincə, “ey iman gətirənlər” xitabı ilə başlayan ayələr Mədinədə nazil olmuşdur və Mədinə ayələrindən sayılır. Oruc hökmü də cihad, zəkat hökmləri kimi (hicri) ikinci ildə verilmişdir.


Orucun təsir və bərəkətləri:

Təqva və allahpərəstlik orucun zahirdə və batindəki mühüm əsərləridir. Oruc yeganə gizli ibadətdir. Namazı, həcci, cihadı, zəkatı, xümsü xalq görür. Orucu izləmək isə mümkünsüzdür. Oruc insan iradəsini möhkəmləndirir. Bir ay müddətində yemək-içməkdən, bir çox nəfs istəklərindən kənarlaşan insan xalqın malına və namusuna münasibətdə özünə nəzarət edə bilir. Oruc mərhəmət hisslərinin güclənməsinə səbəb olur. Bir ay müddətində aclığı dadan insan yoxsulluq içində yaşayanların dərdinə şərik olur. Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Oruc səbrin yarısıdır.”1 Adi insanların orucu yemək-içməkdən və cinsi yaxınlıqdan çəkinməkdir. Orucu bəyənilmiş şəkildə tutanlar isə orucu batil edən şeylərdən çəkinməklə yanaşı, böyüklü-kiçikli digər günahlardan da uzaqlaşırlar. Allahın xas bəndələri isə nəinki orucu pozan işləri görmür və günahdan çəkinir, hətta qəlblərini Allah zikrindən xali etmirlər.2 Oruc insanı mələklərə oxşadır. O, eynən mələklər tək yeyib-içmir, şəhvətdən uzaq olur.3

◘Həzrət Peyğəmbər (s) buyurmuşdur: “Hər kəs Ramazan ayında Allaha görə oruc tutsa, bütün günahları bağışlanar.”4 Qüdsi bir hədisdə nəql olunur ki, Allah-təala buyurmuşdur: "Oruc Mənim üçündür və Mən onun əvəzini verərəm."1

Oruc o qədər əhəmiyyətlidir ki, rəvayətlərdə bir çox ibadətlərin savabı orucun savabı ilə müqayisə olunur.2 Oruc əvvəlki ümmətlər üçün də vacib olmuşdur. Amma ramazan ayının orucu peyğəmbərlərə məxsusdur. Belə bir oruc bütün İslam ümməti üçün də vacib edilmişdir.3 Nəql olunur ki, həzrət Peyğəmbər (s) belə buyurmuşdur: “Hər bir şeyin zəkatı var və bədənlərin də zəkatı orucdur.”4



Yüklə 8,5 Mb.

Dostları ilə paylaş:
1   ...   54   55   56   57   58   59   60   61   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin