Мөһсин Гәраәти



Yüklə 8,5 Mb.
səhifə88/97
tarix21.10.2017
ölçüsü8,5 Mb.
#7915
1   ...   84   85   86   87   88   89   90   91   ...   97

Nöqtələr


◘Bu ayədə də təşbehlər işlədilmişdir. Ayədə riya və özünü göstərmək məqsədi ilə infaq edənlərin batini açıqlanır. Onların əməlinin zahiri torpaq kimi yumşaq, batini isə daş kimi bərkdir və nüfuz qabiliyyəti yoxdur. Bu zümrə qəlb daşlığı səbəbindən öz infaqından bəhrələnməz.

Bildirişlər


1. Fəqirlərə minnət qoymaq və onları incitmək infaq və sədəqənin mükafatını puça çıxarır.

2. Riya Allah və qiyamət gününə gerçək imanın olmadığını göstərir.

3. İnfaq yox, onun səbəbi və infaq edənin ruhiyyəsi mühümdür.

4. Minnət qoyan, riyakar və kafir insanın əməlləri puçdur. “Fəməsəluhu” (Onun misalı) sözü hər üç zümrəyə tətbiq edilə bilər.

5. Riyakar nəhayətdə rüsvay olur. Hadisələr həqiqətləri üzə çıxarır.

6. Riyakar nəinki axirət mükafatından məhrumdur, hətta ruhi inkişafını da əldən vermişdir.

7. Minnət qoyan və riyakar şəxs küfr dairəsindədir və hədələrə məruz qalır.
265. ﴿وَمَثَلُ الَّذِينَ يُنفِقُونَ أَمْوَالَهُمُ ابْتِغَاء مَرْضَاتِ اللّهِ وَتَثْبِيتًا مِّنْ أَنفُسِهِمْ كَمَثَلِ جَنَّةٍ بِرَبْوَةٍ أَصَابَهَا وَابِلٌ فَآتَتْ أُكُلَهَا ضِعْفَيْنِ فَإِن لَّمْ يُصِبْهَا وَابِلٌ فَطَلٌّ وَاللّهُ بِمَا تَعْمَلُونَ بَصِيرٌ

Mallarını Allahın razılığı və öz ruhlarının möhkəmliyi yolunda infaq edənlər uca bir nöqtədə olan (saf havadan qədərincə bəhrələnən), gur yağışların suvardığı, iki qat artıq meyvə verən bağa bənzərlər. Əgər yağış gur yağmasa, sısqa yağar, şəbnəm olar (bağ daim təravətli qalar.) Allah etdiyiniz işləri görəndir.”


Bildirişlər


1. Əgər məqsəd Allahın razılığını qazanmaq ruhən və inkişaf etmək olsa, işlər bəhrəli olar.

2. İxlas (xalislik) asan yolla əldə olunmur. Onun sorağınca getmək lazımdır.

3. Xalisanə işlər uca bir nöqtədə yerləşən, sel təhlükəsindən amanda qalan bağ kimidir.

4. Məqsəd Allah olsa belə, cilvə və camallardan da məhrum qalmırıq. Cəmiyyətdə xalis insanlar riyakar insanlardan daha çox sevilir. Xalisanə infaq münbit torpaqda salınmış əkin kimidir. Bütün xalq onu görür və ləzzət alır.

5. Əsas məsələ imkan deyil, imkanlardan düzgün bəhrələnməkdir. Yağışın sısqa və ya gur yağması mühüm deyil. Mühüm odur ki, torpaq onu uda bilsin.
266. ﴿أَيَوَدُّ أَحَدُكُمْ أَن تَكُونَ لَهُ جَنَّةٌ مِّن نَّخِيلٍ وَأَعْنَابٍ تَجْرِي مِن تَحْتِهَا الأَنْهَارُ لَهُ فِيهَا مِن كُلِّ الثَّمَرَاتِ وَأَصَابَهُ الْكِبَرُ وَلَهُ ذُرِّيَّةٌ ضُعَفَاء فَأَصَابَهَا إِعْصَارٌ فِيهِ نَارٌ فَاحْتَرَقَتْ كَذَلِكَ يُبَيِّنُ اللّهُ لَكُمُ الآيَاتِ لَعَلَّكُمْ تَتَفَكَّرُونَ

Sizlərdən xurma və üzüm ağacları olan, ağacları altından çaylar axan, sahibi üçün hər növ meyvəsi olan bir bağ istəyən varmı? Bir halda ki, pir yaşına çatmış, övladları zəifdir. Həmin vaxt oraya od-alovlu bir tufan üz tutsun və bağı büsbütün yandırsın. Allah Öz ayələrini sizin üçün bu sayaq aydınlaşdırır ki, bəlkə düşünəsiniz.


Nöqtələr


◘İnsan yaşa dolduğu vaxt onun nəsil vermə qabiliyyəti itir. Amma ehtiyacı və xərcləri artır. Bu vaxt onun qazanc yeri məhv olsa, əziyyətə düşər. Qiyamət günü insanın bir tərəfdən saleh əməl gücü yoxdur. Digər tərəfdən ehtiyacları böyükdür. Həmin vaxt onun saleh əməlləri minnət qoymaq və riyakarlıq vasitəsi ilə məhv olsa, hansı zillətə düçar olar?!

◘Xurma və üzüm ən faydalı meyvələrdəndir. Quranda bu meyvələrin adı bir neçə dəfə çəkilmişdir.

◘Hər kəs “la ilahə illəllah” desə, bu əməlinə görə behiştdə onun üçün bir ağac əkilər. “Allahu əkbər” deyənlər üçün də belə olar. Bir şəxs peyğəmbərdən (s) soruşdu ki, demək, bizim behiştdə ağaclarımız çoxdur?” Həzrət buyurdu: “Bəli, bir şərtlə ki, onların ardınca atəş göndərib oda çəkməyəsiniz.”1

Bildirişlər


1. Məsələni yaxşı dərk etmək üçün özünü başqalarının yerində təsəvvür et.

2. Zaman və məkanın, əsl və nəslin təsirinə məruz qalmayan təbii misallardan istifadə edək.

3. İnfaq etdikdən sonra minnət qoyub əziyyət vermək yaşıl bir bağı oda çəkmək kimidir.

4. Təkamül tədricidir. Bir şeyi oda çəkib məhv etmək isə bir anda baş verir.

5. Qurandakı misallar düşünmək üçündür.
267. ﴿يَا أَيُّهَا الَّذِينَ آمَنُواْ أَنفِقُواْ مِن طَيِّبَاتِ مَا كَسَبْتُمْ وَمِمَّا أَخْرَجْنَا لَكُم مِّنَ الأَرْضِ وَلاَ تَيَمَّمُواْ الْخَبِيثَ مِنْهُ تُنفِقُونَ وَلَسْتُم بِآخِذِيهِ إِلاَّ أَن تُغْمِضُواْ فِيهِ وَاعْلَمُواْ أَنَّ اللّهَ غَنِيٌّ حَمِيدٌ

Ey iman gətirənlər! Əldə etdiyiniz pak şeylərdən və Bizim sizin üçün torpaqdan cücərtdiklərimizdən infaq edin. İnfaq üçün pak olmayan şeylərin sorağınca getməyin. Axı siz özünüz də həmin şeyləri qəbul etməyə hazır deyilsiniz - yalnız çarəsizlikdən və ikrahla qəbul edərsiniz. Bilin ki, Allah ehtiyacsız və həmd olunmuşdur.”


Nöqtələr


◘Əvvəlki ayələr infaq edən üçün şərtləri sadaladı. Bu ayədə isə məhrumlara infaq edilən şeylərin şərtləri bəhs olunur.

◘İmam Baqir (ə) bu ayə ilə bağlı buyurmuşdur: “Bəzi müsəlmanlar sələm kimi haram qazanclarını fəqirlərə sərf edirdilər. Bu ayə uyğun işi qadağan etdi.”2


Bildirişlər


1. İnfaq etməkdə məqsəd insanın xoşu gəlməyən və dəyərsiz şeyləri özündən uzaqlaşdırması yox, xəsislikdən qurtuluşdur.

2. İnfaqda nağd pulla əşya arasında fərq yoxdur.

3. Çox şey şey bağışlamaq mühüm deyil. Mühüm odur ki, alın təri ilə qazanılmışlardan bağışlana.

4. İnfaq edərkən məhrumların kəraməti, şəxsiyyəti qorunmalıdır.

5. Nəinki alçaq və çirkin şeylərdən bağışlamaq olmaz, hətta bu barədə düşünmək də pisdir.

6. Yaxşı-pisi tanımaq üçün ən üstün meyar insanın vicdanıdır. Sənə bağışlanılmasını istədiyin şeylərdən bağışla. Sevmədiyin şeyi bağışlamaq da yaxşı deyil.

7. Hər bir varlı insan fəqirliyə düşəcəyini ehtimal etsin. Bu gün sizə verən əl sabah alan əl ola bilər.

8. Xoşa gəlməyən bir şeyin qəbul edilməsi fəqirlərin razılıq yox, çarəsizlik nişanəsidir. Siz də çarəsiz qalıb nəyisə qəbul edə bilərsiniz. Amma bu, sizin razılığınızın göstəricisi deyil.

9. İnfaqın faydası özünüzə qayıdır. Allah isə varlı və ehtiyacsızdır.

10. Allahın varlılığı kamillik və məhbubiyyətlə müşayiət olunur.


268. ﴿الشَّيْطَانُ يَعِدُكُمُ الْفَقْرَ وَيَأْمُرُكُم بِالْفَحْشَاء وَاللّهُ يَعِدُكُم مَّغْفِرَةً مِّنْهُ وَفَضْلاً وَاللّهُ وَاسِعٌ عَلِيمٌ

Şeytan (infaq zamanı) sizi fəqirlik və yoxsulluqla qorxudaraq çirkin işlərə çağırır. Allah isə Öz tərəfindən sizə bağışlanma və rifah vədi verir. Allah vüsətbəxş və biləndir.”



Yüklə 8,5 Mb.

Dostları ilə paylaş:
1   ...   84   85   86   87   88   89   90   91   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin