Мөһсин Гәраәти



Yüklə 8,5 Mb.
səhifə49/97
tarix21.10.2017
ölçüsü8,5 Mb.
#7915
1   ...   45   46   47   48   49   50   51   52   ...   97

Bildirişlər


1. İman əməl, təvəkkül, səbir və ibadətlə müşayiət olunarsa, faydası daha artıq olar. 4

2. Namaz lingdir, yük deyildir.

3. Səbir və namaz ilahi himayələrin cazibə vasitəsidir.

4. Allah hər yerdə, hər kəslə olsa da,5 Onun səbirlilərlə yaxınlığının xüsusi mənası var. Bu yaxınlıq Allahın səbirlilərə məhəbbət və yardım lütfüdür.


154. ﴿وَلاَ تَقُولُواْ لِمَنْ يُقْتَلُ فِي سَبيلِ اللّهِ أَمْوَاتٌ بَلْ أَحْيَاء وَلَكِن لاَّ تَشْعُرُونَ

Allah yolunda öldürülənlərə ölü deməyin. Əksinə onlar diridirlər, amma siz anlamırsınız.”


Nöqtələr


◘Bədr döyüşündə müsəlmanlardan on dörd nəfəri şəhadətə çatdı. Onlardan altısı mühacirlərdən, səkkizi ənsardan idi. Adamların bəzisi “filankəs öldü” deyirdi. Bu ayə nazil oldu və onlara bu cür danışmağı qadağan etdi.6 Şəhidlərin nəinki adları və əməlləri diridir, onlar hətta bərzəxdə gerçək bir həyat yaşayırlar. Elə bir həyat ki, həmin həyatda ruzi, şadlıq və müjdə var. Allahın mərhəməti civarındakı bu həyatda qəm-qüssə və qorxu yoxdur. Bu həyatın xüsusiyyətləri haqqında “Ali-İmran” surəsində danışılacaqdır, inşallah!

◘Düşmənlə döyüş meydanındakı ölüm, onun terror vasitəsi ilə ölümü, istənilən bir məkan və zamanda can, namus və malın müdafiəsi zamanı möminlərin ölümü Allah yolunda şəhadətdir.


Bildirişlər


1.Məhdud dünya baxışlarını Allaha iman və Onun buyuruqları vasitəsi ilə kamilləşdirib islah etməliyik.

2. Çətin vəzifə etiqadi köməyə və zərərlərin aradan qaldırılmasına ehtiyaclıdır. Bəli, diriliyini bilən insan şəhadətə üz tutur.

3. Şəhadət yalnız Allah yolunda olduqda dəyərlidir.

4. Din yolunda savaş Allah hüzurunda ən üstün dəyərlərdəndir.

5. Ölümdən sonra ruh diridir. Cisim çürüyüb getsə də, ruh yerindədir.

6. Bir çox təhlillərin səbəbi həqiqətdən xəbərsizlikdir.


155. ﴿وَلَنَبْلُوَنَّكُمْ بِشَيْءٍ مِّنَ الْخَوفْ وَالْجُوعِ وَنَقْصٍ مِّنَ الأَمَوَالِ وَالأنفُسِ وَالثَّمَرَاتِ وَبَشِّرِ الصَّابِرِينَ

Sizi qorxu, aclıq, mala və cana zərər, məhsul qıtlığından bir şey ilə imtahan edərik. Səbirlilərə müjdə ver.”


Nöqtələr


◘Allah təala bütün insanları imtahana çəkir. Amma bütün sınaqlar eyni olmur. Bütün yer üzü sınaq meydanıdır və bütün insanlar - hətta peyğəmbərlər - imtahandadır. Bilməliyik ki, ilahi imtahanlar şübhələri aradan qaldırmaq üçün yox, istedadların çiçəklənməsi və insanların tərbiyəsi üçündür. Bütün acı və şirin hadisələr, o cümlədən, qorxu, aclıq, cana və mala zərər, məhsul qıtlığı ilahi sınaq vasitələrindəndir. Düşməndən qorxu, iqtisadi mühasirə, savaş və cihad, övladların və əzizlərin cəbhəyə göndərilməsi imtahan nümunələrindəndir.

◘Düşməndən qorxu sınağından qalib çıxmaq üçün Allaha təvəkkül və Onun zikrinə ehtiyac var. Çətinliklərlə mübarizə səbrə ehtiyaclıdır. Əvvəlki iki ayədə bu yol göstərilmişdir.

◘Bütün insanların təkbətək sınaqlardan keçirilməsi zəruri deyil. Mümkündür ki:

a) Hərə bir şeylə sınağa çəkilsin;

b) Bir sınaqdan üzüağ çıxan insan o biri sınaqda rüsvay olsun;

v) Bir şəxsin sınağı bir cəmiyyət üçün sınaq ola bilər.

◘Bəzən məhsul qıtlığı, mala zərər dəyməsi, qorxu yaranması və digər çətinliklər ilahi sınaqlar səbəbindən baş verir. Bəzən isə bu işlər insanların əməllərinə cəza olaraq müəyyənləşdirilir. Bəzən insanlara çətinlik yaradan onların günahları olur. Həzrət Əli (ə) buyurur: “Həqiqətən, Allah Öz bəndələrini onların günahlarına görə məhsul qıtlığı, xeyir qapılarının bağlanması kimi çətinliklərə salır ki, bəlkə insanlar düşünüb tövbə edələr.”1

Əlbəttə ki, bu tənbehlər də sınaqdır. Necə ki, imana görə nemət verilməsi də sınaq vasitəsi olur. Quranda oxuyuruq: “Onları sınağa çəkmək üçün şirin (dadlı) su içirdik.”2

Allah səbirlilərə bir sıra lütflər etmişdir:

Məhəbbət3; qələbə4; behişt5; saysız-hesabsız mükafat6; müjdə7.

◘İlahi sınaqdan çıxmağın bir neçə yolu var:

a) Səbir və müqavimət;

b) Hadisələrin və çətinliklərin ötəri olmasına diqqət;

v) Keçmişdəki insanların müşkülləri necə adlamasına diqqət.

İmam Hüseyn (ə), qucağındakı körpə övladı oxa tuş gəlib şəhid olduqda, buyurdu: “Bu çətin hadisəni Allah gördüyü üçün mənə asandır.”8

Bildirişlər


1. Sınaq və imtahan qəti ilahi proqram və qaydadır.

2. Çətinliklər müqavimət və inkişaf səbəbidir. Səbir, riza, təslim, qənaət, zöhd, təqva, helm, fədakarlıq kimi sifətlər çətinliklərlə üzləşmə sayəsindədir.

3. Ayədə nəyin müjdə verildiyi bəyan olunmamışdır. Ona görə də bu müjdə bütün ilahi müjdələri əks etdirir.
156. ﴿الَّذِينَ إِذَا أَصَابَتْهُم مُّصِيبَةٌ قَالُواْ إِنَّا لِلّهِ وَإِنَّـا إِلَيْهِ رَاجِعونَ

(Səbirlilər) o kəslərdir ki, onlara bir müsibət üz verdikdə deyirlər: “Biz hamımız Allahınıq və Ona doğru qayıdarıq.”


Nöqtələr


◘Səbirlilər özlərini satmaq və başqalarına sığınmaq əvəzində yalnız Allaha pənah aparırlar. Onların nəzərincə, bütün dünya dərs sinifi, sınaq meydanıdır və burada inkişaf etməliyik. Dünya dayanacaq, yuxu, işrət yeri deyil. Çətinlikləri Allahın qəzəbi kimi qəbul etmək olmaz. Çətinliklərin səbəbi odur ki, daha sürətli hərəkət etmək üçün ayağımızın altı yansın. Bu baxımdan acılıqlarda da bir şirinlik var. Çünki bu çətinliklərin ardınca istedadların çiçəklənməsi və ilahi mükafatlardan bəhrələnmə gəlir.

◘Onun tərəfindən olan müsibətlər həqiqi malikin öz mülkü üzərindəki işdir. Allahın həkim və rəhim olduğunu, öz bəndəliyini, əvvəllər bir şey olmadığını, hətta müəyyən mərhələlərdən sonra da zikrə ləyaqətsizliyini anlayan insan1 qəbul edər ki, Allahın ixtiyarında olsun. Bu həqiqətləri bilən insan xatırlayır ki, Allah onu cansız cisimdən bitkiyə, bitkidən heyvana, heyvaniyyətdən insaniyyətə sövq etdirmiş, uyğun çətinlikləri onun inkişafı üçün qərarlaşdırmışdır. Biz buğda dənəsini əzməklə una çevirdiyimiz, yandırmaqla çörəyə döndərdiyimiz kimi, çətinliklər də insanı kamal mərtəbəsinə ucaldır.

◘Səbirlilərin şüarı “inna lillahi və inna iləyhi raciun” şüarıdır. Hədislərdə də tövsiyə olunur ki, çətinlik zamanı bu cümləni oxuyaq.2 Çətinliklər zamanı bu cümləni demək və Allahı xatırlamaq bir sıra təsirlərə malikdir; insanı küframiz və şikayətli sözlərdən uzaqlaşdırır; insan üçün təsəlli və həmdərdlikdir; şeytani vəsvəsələrə mane olur; haqq əqidənin izharıdır; başqaları üçün dərs və nümunədir.

Qarşıya çıxan müsibətə münasibətdə insanlar bir neçə qismə bölünür:

a) Kimi haray-həşir qoparır3;

b) Kimi səbirli, dözümlüdür4;

a) Kimi də səbirli olmaqdan əlavə şükür edəndir.5

Bu sayaq rəftarlar insanın müsibətlərdən agahlıq dərəcəsinin nişanələridir. Necə ki, istiotu körpə uşaq yeyə bilmir, gənc adam onun acısına dözür, yaşlılar isə pul verib onu alır.




Yüklə 8,5 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   97




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin