Мөһсин Гираәти


● Müşrik (şərik qoşan, xalis olmayan) mö’minin nişanələri



Yüklə 2,28 Mb.
səhifə10/22
tarix24.05.2018
ölçüsü2,28 Mb.
#51232
1   ...   6   7   8   9   10   11   12   13   ...   22

● Müşrik

(şərik qoşan, xalis olmayan) mö’minin nişanələri:


1. İzzəti başqalarından gözləmək.11

2. Yaxşı işi pis işə qatmaq.12

3. Başqaları ilə rəftarda partiya və dəstə təəssübü çəkmək.13

4. İbadətdə diqqətsizlik və riyakarlıq.14

5. Döyüşdə xalqdan qorxmaq.15

6. Ticarət və dünya işlərində daha çox əldə etmək meyli.16

7. Din və dünya seçimində dünyanı götürüb Peyğəmbəri (s) tənha qoymaq.17
● Ayə 107:

﴿أَفَأَمِنُواْ أَن تَأْتِيَهُمْ غَاشِيَةٌ مِّنْ عَذَابِ اللّهِ أَوْ تَأْتِيَهُمُ السَّاعَةُ بَغْتَةً وَهُمْ لاَ يَشْعُرُونَ﴾

Görən (iman gətirməyənlər) ilahi əzabın onları bürüyəcəyindən və ya Qiyamətin qəfildən bərpa olacağından amandadırlarmı?”


Nöqtələr

● “Ğaşiyə” dedikdə cəmiyyət və ya fərdi əhatə edən əzab nəzərdə tutulur.

Bildirişlər

1. Kimsə özünü sığortalanmış saymasın.

2. İnsanın doğru yolu tutması üçün onun ilahi əzabı mümkün sayması kifayətdir. Məsələ bundadır ki, bə’ziləri belə bir ehtimal da vermir.

3. Allahın qəzəbi əhatəlidir və bu əzabdan qaçmaq mümkünsüzdür.

4. İnsanın bədbəxt olması üçün cüzi əzab bəsdir.

5. Qiyamətin yada salınması tərbiyə amilidir.


● Ayə 108:

﴿قُلْ هَـذِهِ سَبِيلِي أَدْعُو إِلَى اللّهِ عَلَى بَصِيرَةٍ أَنَاْ وَمَنِ اتَّبَعَنِي وَسُبْحَانَ اللّهِ وَمَا أَنَاْ مِنَ الْمُشْرِكِينَ﴾

(Ey peyğəmbər! Sən də) de: «Bu mənim yolumdur.» Mən və mənə tabe olan hər kəs bəsirətli halda Allaha doğru də’vət edirik. Allah pakdır və mən müşriklərdən deyiləm.”


Nöqtələr

● Tövhidə də’vət edən insan xof kütləsindən fərqlənir. Ötən iki ayədə dedik ki, xalqın əksəri xalis iman gətirmir. Din təbliğatçısı isə “mən müşriklərdən deyiləm” deyə bilməlidir.

Bildirişlər

1. Peyğəmbərlərin yolu aydındır və hamının tanıyacağı şəkildə göz qabağındadır.

2. Haqq yolun yolçuları öz mövqelərini açıq şəkildə, qorxu-hürküsüz bəyan etməlidirlər.

3. Rəhbər xalqı özünə doğru yox, Allaha doğru çağırmalıdır.

4. Rəhbərin kamil bəsirəti olmalıdır.

5. Xalqı gözü bağlı, mə’lumatlandırmadan bir işə də’vət etmək olmaz.

6. Peyğəmbərin hər bir ardıcılı xalqı bəsirət və agahlıqla Allaha doğru də’vət edən təbliğatçı olmalıdır.

7. Allahı hər növ şirk və şərikdən pak tanıtdırmaq təbliğ mehvəridir.

8. Din təbliğatçısı şirkdən uzaq, xalis şəxs olmalıdır.

9. İslam dininin əsası tövhid və şirkdən uzaqlıqdır.

● Ayə 109:

﴿وَمَا أَرْسَلْنَا مِن قَبْلِكَ إِلاَّ رِجَالاً نُّوحِي إِلَيْهِم مِّنْ أَهْلِ الْقُرَى أَفَلَمْ يَسِيرُواْ فِي الأَرْضِ فَيَنظُرُواْ كَيْفَ كَانَ عَاقِبَةُ الَّذِينَ مِن قَبْلِهِمْ وَلَدَارُ الآخِرَةِ خَيْرٌ لِّلَّذِينَ اتَّقَواْ أَفَلاَ تَعْقِلُونَ﴾

Səndən öncə abadlıq əhlindən olan, özlərinə də vəhy etdiyimiz kişilər göndərdik. Özlərindən əvvəlkilərin aqibətini görmək üçün yer üzünü gəzmədilərmi? Şübhəsiz, təqva yolunu seçənlər üçün axirət evi daha üstündür. Yoxsa düşünmürsünüz?”


Nöqtələr

● Peyğəmbərlərin müxalifləri dəfələrlə irad tuturdular ki, nə üçün peyğəmbərlər onlar kimi adi insandırlar? Görünür, İslam Peyğəmbərinin (s) dövründə də xalq bu sayaq suallar ünvanladığından bu ayədə həm cavab verilir, həm də xəbərdarlıq olunur.

Bildirişlər

1. Bütün peyğəmbərlər kişi cinsindən olmuşlar. Çünki kişinin təbliğ, hicrət və sə’y göstərmə imkanı daha çoxdur.

2. Peyğəmbərlərin elmi vəhy yolu ilə əldə olunur, bir növ “lədunni”, zatidir.

3. Peyğəmbərlər insan nəslindən olmuş və insanlar arasında yaşamışlar. (Onlar nə mələk, nə guşənişin, nə də rifah əhli olmuşlar).

4. Hərəkət və səfər məqsədli olmalıdır.

5. Birbaşa müşahidə həqiqəti əldə etməyin ən münasib üsullarındandır.

6. Yer üzündə hərəkət və səyahət, tarixdən xəbərdarlıq və ibrət dərsi götürülməsi hidayət və tərbiyə üçün faydalıdır.

7. Qədim əsərlər gələcək nəsillərin baxıb ibrət götürməsi üçün hifz olunmalıdır.

8. Peyğəmbərlərin göndərilməsi, vəhyin nazil olması, inadkar müxaliflərin məhvi tarixi reallığa çevrilmiş ilahi sünnələrdəndir.

9. Kafirlər peyğəmbərlərlə müxalifətçilikdən heç nə qazanmırlar və dünyada qəhr-qəzəbə düçar olurlar. Təqva əhli isə dünyadan üstün olan axirətə yol tapır.

10. Bəşərin ağıl və düşüncəsinin işə salınması Qur’an və peyğəmbərlik məqsədlərindəndir.

11. Ağıl və düşüncə insanı peyğəmbər məktəbinə doğru irəli aparır.

● Ayə 110:

﴿حَتَّى إِذَا اسْتَيْأَسَ الرُّسُلُ وَظَنُّواْ أَنَّهُمْ قَدْ كُذِبُواْ جَاءهُمْ نَصْرُنَا فَنُجِّيَ مَن نَّشَاء وَلاَ يُرَدُّ بَأْسُنَا عَنِ الْقَوْمِ الْمُجْرِمِينَ﴾

(Peyğəmbərlərin də’vəti və düşmənlərin müxalifəti davam edirdi) o vaxta qədər ki, peyğəmbərlər (xalqın hidayətindən) ümidlərini üzəcək hala gəldilər və kafirlər güman etdilər ki, (əzab haqqında) onlara yalan deyilmişdir. Həmin vaxt yardımımız onlara yetişdi. İstədiyimiz kəslər nicat tapdı. Amma əzabımız günahkar qövm üzərindən götürülməz.”


Nöqtələr

● Tarix boyu peyğəmbərlər xalqın hidayətindən ümidlərini üzənədək ardıcıl və israrlı şəkildə haqqa də’vət etmişlər. İnadkar müxaliflər də öz müqavimətlərindən əl çəkməmişlər. Deyilənlərin bə’zi nümunələrini nəzərdən keçirək:

a) Peyğəmbərlərin mə’yus olması: Həzrət Nuh xalqı ardıcıl şəkildə uzun illər də’vət etdikdən sonra yalnız az bir qisim iman gətirdi. Allah ona buyurdu: “İman gətirənlərdən savay qövmündən bir başqası iman gətirməyəcək.”1 Nuh ümidsizliyini göstərən nifrinində deyir: “Bunlardan yalnız günahkar və kafirlər doğulacaq.”2 Hud, Saleh, Şüeyb, Musa, İsanın həyat və fəaliyyətində də xalqın iman gətirməməsindən doğan ümidsizlik nəzərə çarpır.

b) Xalqın peyğəmbərlərə bədgümanlığı: kafirlər peyğəmbərlərin hədələrini uydurma hesab edirdilər. “Hud” surəsinin 27-ci ayəsində oxuyuruq: “Elə düşünürük ki, siz yalançısınız.” Başqa bir ayədə Firon Musaya dedi: “Həqiqətən, sənin ovsunlandığını güman edirəm.”3

v) Allahın yardımı: Qur’an ilahi yardımı Allahın Özü üçün vacib etdiyi haqq sayır.4 Bəli, Allah mö’minlərə yardımı Özü üçün zəruri etmişdir. Digər bir yerdə oxuyuruq: “Biz Huda və mö’minlərə nicat verdik.”5

Günahkarların ilahi qəhr-qəzəbdən qurtulmaması ilə bağlı buyurulur: “Allah bir qövmə qəhr etsə, dönüş yoxdur.”6

Bildirişlər

1. Daşqəlblilik və inadkarlıq insanda elə bir həddə çata bilər ki, peyğəmbər də ondan ümidini üzər.

2. Xoşgümanlığın, hövsələnin də həddi vardır.

3. Gücünüzü çıxarsız işlərə sərf etməyin, bə’zi insanlardan gözünüzü çəkin.

4. Günahkarlara möhlət verib onların əzabını tə’xirə salmaq ilahi sünnələrdəndir. Peyğəmbərlər məyus olanadək günahkarlara möhlət verildi.

5. İlahi əzabın təxirə düşməsi günahkarların cür’ət və təkzibinə səbəb olur.

6. İlahi qəhr-qəzəbin nazil olma şərti peyğəmbərin xalqdan ümidini üzməsidir.

7. Peyğəmbərlərə ilahi yardımın da öz vaxtı var.

8. Peyğəmbərlər və həqiqi mö’minlər ilahi qəzəbə gəlmirlər.

9. Həm qəhr və əzab, həm də lütf və yardım Allahın əlindədir.

10. İnsanın qəzəbə gəlməsi və ya nicat tapması onun öz əlindədir.

11. Allahın istək və iradəsi qanuna əsaslanır.

12. Allah yolunda çıxılmaz vəziyyət yoxdur.

13. Heç bir güc Allahın qəhr-qəzəbinə maneə ola bilməz.

14. Peyğəmbərlərin himayəsi, günahkarların məhvi ilahi sünnədir.
● Ayə 111:

﴿لَقَدْ كَانَ فِي قَصَصِهِمْ عِبْرَةٌ لِّأُوْلِي الأَلْبَابِ مَا كَانَ حَدِيثًا يُفْتَرَى وَلَـكِن تَصْدِيقَ الَّذِي بَيْنَ يَدَيْهِ وَتَفْصِيلَ كُلِّ شَيْءٍ وَهُدًى وَرَحْمَةً لِّقَوْمٍ يُؤْمِنُونَ﴾

Həqiqətən, onların əhvalatında düşüncə sahibləri üçün ibrət var. Bu, uydurulmuş bir söz deyil, əksinə ondan əvvəl gələni, hər şeyi aydınladanı, iman gətirənlər üçün hidayət və rəhmət olanı (səmavi kitabı) təsdiq edəndir.”


Nöqtələr

● “İbrət” və “tə’bir” sözləri ötüb-keçmək mə’nasını bildirir.”Yuxu tə’biri” dedikdə, rö’yadan gerçəkliyə keçid nəzərdə tutulur. “İbrət” isə görünən və eşidilənlərdən görünməyən və eşidilməyənlərə keçid mə’nası daşıyır.

● “Qəsəsihim” sözü bütün peyğəmbərlərin dastanlarına işarə ola bilər. Burada Yusifin, Yə’qubun, Yusifin qardaşlarının, Əzizi-Misrin əhvalatı nəzərdə tutula bilər. Məqsəd surədəki acı və şirin hadisələr də ola bilər.

Bildirişlər

1. Əhvalatı imtiyazlı edən onun ibrətamiz olmasıdır.

2. Həzrət Yusif ona qarşı yönəlmiş hiylələrə, çətinliklərə baxmayaraq izzət və qüdrətə çatdığı kimi, İslam Peyğəmbəri (s) də bütün maneələri adlayaraq izzət və qüdrətə çatdı.

3. Yalnız düşüncə sahibləri nəql olunan əhvalatlardan öyüd-nəsihət götürürlər.

4. Qur’an əhvalatlarından ibrət götürülməsi bir dövrə aid zərurət deyil.

5. Qur’an əhvalatları göz qabağında olan ibrətamiz gerçəkliklərin bəyanıdır.

6. Düzgün və gerçək danışığın dərin tə’siri var.

7. Qur’an digər səmavi kitablarla tərəfdardır.

8. Qur’an insanın bütün ehtiyaclarını bəyan edir.

9. Qur’anda heç bir azğınlıq qatqısı yoxdur və sırf hidayətdir.

10. Yalnız iman əhli Qur’anın hidayət və rəhmətindən bəhrələnir.

11. Bir məsələni dəyərləndirib ibrət götürmək üçün ağıla ehtiyac var. İlahi nur və rəhmətə çatmaq üçün isə həm də iman lazımdır.

12. Yusifin əhvalatı həqiqət axtaranlar üçün dəlil, düşüncə sahibləri üçün ibrət, iman əhli üçün hidayət və rəhmət səbəbidir.




Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin