Мөһсин Гираәти


Yusifin siması (Müvəffəq bir rəhbərin xüsusiyyətləri)



Yüklə 2,28 Mb.
səhifə9/22
tarix24.05.2018
ölçüsü2,28 Mb.
#51232
1   ...   5   6   7   8   9   10   11   12   ...   22

Yusifin siması

(Müvəffəq bir rəhbərin xüsusiyyətləri)


Həzrət Yusifin əhvalatının sonunda onun simasını nəzərdən keçiririk:

1. Acı və şirin hallarda Allaha kamil diqqət;

2. İstənilən bir qrupun azğın xəttindən üz döndərmək;

3. Öndə gedənlərin doğru yolunu izləmək;

4. Son nəfəsədək Allahın razılığı yolunda möhkəmlik;

5. Rəqiblər qarşısında vüqar;

6. Hadisələr qarşısında səbir;

7. Paklıq və təqvanı rifahdan üstün tutmaq;

8. Biganələr qarşısında məxfilik;

9. Əhatəli elm;

10. Gözəl və fəsahətli bəyan;

11. Ailə möhkəmliyi;

12. Fərqli düşünənlərlə müdara;

13. İxlas;

14. Başqalarının hidayətinə şövq;

15. Planlaşdırma və yaradıcılıq;

16. Təvazö və sadəlik;

17. Əfv və güzəşt;

18. Qəlbi genişlik;

19. Əmanətdarlıq;

20. Qonaqpərvərlik.
● Ayə 102:

﴿ذَلِكَ مِنْ أَنبَاء الْغَيْبِ نُوحِيهِ إِلَيْكَ وَمَا كُنتَ لَدَيْهِمْ إِذْ أَجْمَعُواْ أَمْرَهُمْ وَهُمْ يَمْكُرُونَ﴾

(Ey peyğəmbər,) bu (əhvalat) sənə vəhy etdiyimiz qeybi xəbərlərdəndir. Onlar öz işlərində müttəfiq olanda və hiylə Qur’anda sən onların yanında deyildin.”


Bildirişlər

1. Peyğəmbərlər vəhy vasitəsi ilə qeyblə tanış olurlar.

2. Peyğəmbərlər bütün qeybi xəbərləri bilmirlər.

3. Allah istəməyən halda nə xalqın qərarının, nə onların icmasının, nə də qurğularının tə’siri yoxdur.

4. Ardıcıl və əlaqəli hadisələrdə əsas və başlanğıc nöqtəni nəzərdən qaçırmayın. Yusifin əhvalatının mehvəri onu aradan götürmək qurğusu idi.
● Ayə 103:

﴿وَمَا أَكْثَرُ النَّاسِ وَلَوْ حَرَصْتَ بِمُؤْمِنِينَ﴾

(Ey peyğəmbər,) sən çox istəsən də insanların çoxu iman gətirən deyil.”


Nöqtələr

● “Hirs” dedikdə bir şeyi çox istəmək və onu ələ gətirmək üçün sə’y nəzərdə tutulur.

Bildirişlər

1. Dəfələrlə xalqın əksəriyyəti dini e’tiqad baxımından Qur’an tərəfindən tənqid olunmuşdur.

2. Peyğəmbərlər insanların hidayəti üçün canıyananlıq, iştiyaq göstərmişlər.

3. Hərisliyin müsbət yönümü də var. (Peyğəmbər insanların iman gətirməsinə hərislik göstərirdi.)

4. Xalqın əksəriyyətinin anlaqsızlığı və iman gətirməməsi dinin təbliğinə və haqqın bəyanına mane ola bilməz.

5. Xalqın əksəriyyətinin iman gətirməməsi peyğəmbərlərin yox, iman gətirmək istəməyənlərin təqsirindəndir.


● Ayə 104:

﴿وَمَا تَسْأَلُهُمْ عَلَيْهِ مِنْ أَجْرٍ إِنْ هُوَ إِلاَّ ذِكْرٌ لِّلْعَالَمِينَ﴾

Sən buna görə onlardan heç bir mükafat istəmirsən. O, (risalət və Qur’an) məxluqat üçün yalnız öyüd-nəsihətdir.”


Nöqtələr

● İslam Peyğəmbəri (s) də digər peyğəmbərlər kimi insanların hidayəti müqabilində onlardan mükafat istəmirdi. Çünki hər hansı umacaq də’vətin qəbul olunmasını çətinləşdirir. “Tur” surəsinin 40-cı ayəsində oxuyuruq: “Xalqdan muzd istəyirdinmi ki, bunu ödəmək onlara ağır olsun?!” Başqa bir ayədə Əhli-beyt sevgisi risalət muzdu kimi təqdim olunur.1 Hansı ki, Əhli-beytə (ə) itaət Peyğəmbərə (s) yox, xalqın özü üçün faydalıdır. Çünki Qur’anın bir ayəsində belə buyurulur: “Mənim mükafatım yalnız Allaha aiddir.”2 Bəli, Əhli-beyti sevib, onlara itaət edənlər Allaha və Peyğəmbərə (s) itaət edirlər.

● Qur’an zikrdir (yə’ni xatırlatmadır). Çünki Qur’an ilahi ayələri, ne’mətləri və sifətləri, keçmişi və gələcəyi, süqut və izzət amillərini, qiyamət səhnələrini, varlıq aləminin əzəmətini, tarix yaradan şəxsiyyətlərin həyatını xatırladır.

● Qur’an maarifi və onun hökmləri öyrəniləsi və yadda saxlanılası bir həqiqətdir. Çünki “Zikr” dedikdə zehndə hazır olan və yaddan çıxarılmayan elm və mə’rifət nəzərdə tutulur.

Bildirişlər

1. Təbliğatçılar da peyğəmbərlər kimi xalqdan nəsə ummamalıdırlar.

2. Əvəz və mükafat almaq yox, onu istəmək pisdir.

3. Qur’an maarifi fitridir və bütün xalq ondan bəhrələnə bilir. İnsan bir şeyi bildiyi, amma unutduğu halda zikrin yeri var.

4. Peyğəmbərlərin işi xatırlatmaq və fitrətləri oyatmaqdır.

5. İslam Peyğəmbərinin (s) risaləti ümumbəşəri.

6. Xalqın bir dəstəsinin, hətta əksəriyyətinin eyni bir vaxtda və məkanda iman gətirməməsi dini təbliğatçını mə’yus etməməlidir. Əgər bir məntəqədə insanlar iman gətirmədilərsə, başqa bir məntəqədə təbliğ olunmalıdır.
● Ayə 105:

﴿وَكَأَيِّن مِّن آيَةٍ فِي السَّمَاوَاتِ وَالأَرْضِ يَمُرُّونَ عَلَيْهَا وَهُمْ عَنْهَا مُعْرِضُونَ﴾

Göylərdə və yerdə nə çox nişanələr ki, onların yanından üz çevirmiş halda keçərlər.”


Nöqtələr

● Bu ayə İslam Peyğəmbəri (s) və bütün həqiqi rəhbərlərə təsəlli verir. Əgər xalq əmr və tapşırıqlara e’tinasızlıq göstərirsə, nigaran olmaq lazım deyil. Onlar (əksəriyyət) Allahın təbiət və yaranışdakı qüdrət və hikmət nişanələri ilə daim rastlaşırlar, amma bir an belə düşünmürlər. Zəlzələlər, günəş və ay tutulmaları, şimşək, ulduzlar, kəhkəşanlar, bir sözlə hər şey göz qabağındadır. Amma onlar üz çevirirlər.

● “Yəmurrunə ələyha” cümləsi 3 cür mə’nalandırılır:

1. İnsanların ilahi ayələrinin yanından ötüşüb onları müşahidə etməsi;

2. İnsanların ötüb keçməsi dedikdə yerin hərəkəti nəzərdə tutulur. Çünki yer hərəkət etdikcə insan göy aləmini seyr edir.1

3. Göy nişanələrinin seyri, insanın kosmik gəmilərə süvar olması və bu peyklərin səmada hərəkəti ilə bağlı öngörənlikdir.2

● Üz çevirmək qəflətdən də təhlükəlidir. İnsan bə’zən daimi rabitədə olduğu çoxsaylı nişanələri nəinki yaddan çıxarır, hətta bilərəkdən onlardan üz çevirir.

Bildirişlər

1. Bütün varlıq aləmi allahşünaslıq nişanəsi və rəmzidir.

2 İnsan inadkar olsa heç bir nişanəni qəbul etməz.

3. Dərin düşüncə ilə müşayiət olunmayan səthi baxış hidayət və tərbiyə üçün zəmin deyil.

4. Elm təklikdə bəs etmir, iman əldə etmək üçün haqqın qəbulu da lazımdır.

5. Əhvalatın “əhsənul-qəsəs”, yə’ni gözəl əhvalat olması bəs deyil. Ən mühümü bu böyük dərsləri qəbul edib işə salmaq üçün hazırlıqdır.

● Ayə 106:



﴿وَمَا يُؤْمِنُ أَكْثَرُهُمْ بِاللّهِ إِلاَّ وَهُم مُّشْرِكُونَ﴾

Onların çoxu Allaha şərik qoşmadan iman gətirməz (imanları xalis deyil).”


Nöqtələr

● İmam Riza (ə) buyurur: “Bu ayədə şirk dedikdə küfr və bütpərəstlik yox, Allahdan qeyrisinə diqqət nəzərdə tutulur.3

Nəql olunur ki, imam Sadiq (ə) buyurmuşdur: “Şirk insanda qaranlıq gecədə qara daş üstə yeriyən qara qarışqadan da məxfi hərəkət edir.”4

İmam Baqir (ə) buyurur: “İnsanlar ibadətdə müvəhhid (təkallahçı) olsalar da, itaətdə Allahdan qeyrisini şərik qoşurlar.”1 Digər rəvayətlərdə oxuyuruq ki, bu ayədə şirk dedikdə ne’mətə qarşı şirk nəzərdə tutulur. Məsələn, insan dilinə gətirir ki, işimi filankəs düzəltdi, əgər filankəs olmasaydı məhv olardıq.2

Bildirişlər

1. İmanın mərtəbələri var. Şirk qatqısı olmayan xalis iman azdır.

● Xalis mö’minlik nişanələri:

1. İnfaq edərkən kimsədən mükafat və təşəkkür gözləməmək.3

2. İbadətdə Allahdan qeyrisinə bəndəlik etməmək.4

3. Təbliğdə Allahdan qeyrisindən əvəz gözləməmək.5

4. Evlənmək məsələsində yoxsulluqdan qorxmamaq və Allaha təvəkkül etməklə evlənmək.6

5. Xalqla rəftarında Allahın razılığından savay hər şeyi kənara qoymaq.7

6. Düşmənlə qarşılaşdıqda yalnız və yalnız Allahdan qorxmaq.8

7. Allah qədər kimsəni sevməmək.9

8. Ticarətdə, həyat fəaliyyətində Allahı unutmamaq.10


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin