Mövzu 1: Giriş. Süni soyutmanın termodinamiki əsasları Fənn müəllimi: dos. Q. M. Allahverdiyeva



Yüklə 2,61 Mb.
səhifə8/9
tarix20.05.2018
ölçüsü2,61 Mb.
#50995
1   2   3   4   5   6   7   8   9

3.3. Duzlu su dövr edən soyuducular. Kameranın soyudulması ayrıca qondarılan çəndə buz-duz qarışığının əriməsində yaranan soyuq duzlu su ilə yerinə yetirilir. Soyuducunun kamerasından kənarda buz-duz qarışığı üçün çıxarılmış tutum imkan verir ki, onların həcmlərindən daha səmərəli istifadə edilsin.

Bu buz-duz soyuqluq sistemində duzlu suyun (rassolun) dövr etməsi məcburi və təbii olur. Məcburi dövretmə ilə buz-duz soyutma sistemi – Friqator sistemi adlanır. Bu sistemdə soyuq duzlu su buz və duzlarla doldurulmuş çəndə yaranır və hansı ki, bu soyuq generator və ya friqator adlanır. Generatorun çəni izolə edilmişdir. Onun üstündə qəfəs qoyulmuşdur ki, bu qəfəsə buz doldurulur. Çənin aşağı hissəsində soyuq duzlu su yığılır. Generatordan soyuq duzlu su nasosla sorulur və soyutma kamerasında yerləşən adi duzlu su batareyasına verilir. Qızdırılmış duzlu su yenidən suvarma kanalından keçərək generatora qayıdaraq buzu suvarır, soyudur və çənin aşağı hissəsinə tökülür. Qatılığın bərpası üçün duzlu suyun qızdırılmış hissəsi üçgedişli krandan keçərək duz konsentratora qaytarılır. Duzlu suyun artıq hissəsi boşaldıcı borudan keçərək kanalizasiyaya axıdılır.

Təbii (öz-özünə) dövr etməli duzlu su buz-duz soyutma sistemində (Kleymonov sistemi) elektrik enerji sərfi tələb olunur (şək. 4).

1

Şək.4. Təbii dövr etməli buz-duz soyutma sistemi (İ.A.Kleymenov sistemi):

1-duzlu su konsentratoru; 2-soyuducu batareya; 3-soyuqluq generatoru

Təbii dövr etməli buz-duz soyutma sistemində nasos olmur, qarışdırılmış və qatılaşdırılmış duzlu su arasındakı fərqlərdən yaranan basqının təsiri altında duzlu suyun öz-özünə dövr etməsi baş verir.

4. Quru buz

Quru buz özü ilə karbon 4 – oksidin və ya karbon qazının bərk fazasını təmsil edir. Onu karbon qazı adlandırmaq qəbul olunmuşdur. Karbon qazının fərqləndirici xüsusiyyəti onun üçqat nöqtələridir: bu o deməkdir ki, 0,536 MPa təzyiqində və uyğun olaraq temperatur -56,6 C olduqda karbon qazı həmin an üç vəziyyətdə ola bilir: bərk, maye və qaz halında. Daha aşağı təzyiqdə, yəni atmosfer təzyiqində ancaq iki vəziyyətdə ola bilər: bərk və qaz halında.

Beləliklə, atmosfer şəraitində bərk karbon qazı maye fazasını örtərək, birbaşa qaz halına keçir. Buradan bərk karbon quru buz adlandırılmağa başlandı. 0,1 MPa təzyiqdə quru buz -78,9C-də sublimasiya edir. Təzyiqin azalmasında sublimasiya temperaturu aşağı düşür. Normal şəraitdə karbon qazının sıxlığı 1,877 kq/m3-dir. Bu qaz havadan 1,529 dəfə ağırdır. Bərk karbon qazı 1560 kq/m3 sıxlığa malikdir və özünü şüşəyəbənzər cisim kimi təmsil edir.

Atmosfer təzyiqində və -78,9C sublimasiya temperaturunda quru buzun soyutma məhsuldarlığı 574 kCoul/kq-dır. 0C-yə qədər buxarın sublimasiyasında yaranmış istilik hesabına quru buzun soyutma məhsuldarlığı 633 kCoul/kq olacaqdır.

Beləliklə, quru buzun kütləvi soyutma məhsuldarlığı maye buzdan 1,7 dəfə (574:335) çoxdur. Orta həcmi kütləli quru buzun həcmi soyuqluq məhsuldarlığı 1400 kq/m3 olaraq maye buzdan təxminən 3 dəfə (574 . 1400/335 . 900) çoxdur.

Karbon qazı metallara qarşı neytraldır və nisbətən zərərsiz qazdır.

İstifadə etmək üçün quru buz əlverişlidir və -60…- 70C-yə qədər temperaturu almağa daha yaxşı imkan yaradır. Yüksək qiymətə malik olmasına baxmayaraq (maye buzdan 10 dəfə bahadır) quru buz sənayenin çox sahələrində istifadə edilir. Adətən dondurmaların satışında və daşınmasında onun saxlanması üçün quru buzlardan daha geniş istifadə edilir (istehsal olunan quru buzun ümumi miqdarının 90 %). 1 kq dondurmanın realizə edilməsinə 100 q quru buz buraxılır.

Quru buzun istehsal prosesi təmiz karbon qazından, maye karbonatın və quru buzun alınmasından ibarətdir. Təmiz karbon qazı tərkibində istənilən qədər böyük miqdarda CO2 olan qazlar qarışığından alınır. Bunun üçün təbii və süni mənbələrdən istifadə etmək olar.

Təbii mənbələr təbii karbonat Qavqazda və Kuril adalarında yerləşir. Tərkibində yüksək CO2 (98 %-ə qədər) olmasına baxmayaraq praktiki olaraq onlar quru buzun istifadə mərkəzlərindən uzaqlarda olmasına və yerli enerji bazasının çatışmamazlığına görə istifadə olunmur.

Süni mənbələrə müxtəlif təsərrüfatların müxtəlif qazşəkilli tullantıları daxildir: spirtli qıcqırmalar, kimyəvi tullantılar, sənaye qazanxanalarının dəm qazları.

Buzun saxlanmasında sublimasiya nəticəsində onun itkiləri imkan daxilində az olmalıdır. Havada quru buz aktiv sublimasiya edir. Ona görə də quru buzu yaxşı izolə edilmiş buz anbarlarında saxlayırlar. Quru buzun saxlanması və daşınması üçün konteynerlər qapaqlı iri anbar şəklində hazırlanır. Konteynerin divarları və qapaqları 250 mm-ə qədər olan istilik izolyasiyasına malikdir. Göstərilən tədbirlərə baxmayaraq quru buzun saxlanması zamanı sutka ərzində 3…4 %-i itir. Buz anbarları 2-3 gün ərzində quru buzun saxlanması üçün hesablanır.

Yoxlama sualları

1. Maye və quru buzdan harada və hansı müəssisələrdə istifadə olunur? 2. Maye buz atmosfer şəraitində hansı xassələrlə xarakterizə olunur? 3. Keyfiyyətinə görə buzlar hansı qruplara bölünür? 4. Hovuzlarda buzun hazırlanması necə yerinə yetirilir? 5. Laylara görə dondurulan buzun hazırlanması necə yerinə yetirilir? 6. Buz-duz qarışığının fiziki xassələri hansılardır? 7. Buz və buz-duz ilə soyutma qurğuları hansılardır? 8. Quru buz nədir?



AZƏRBAYCAN KƏND TƏSƏRRÜFATI NAZİRLİYİ

AZƏRBAYCAN DÖVLƏT AQRAR UNİVERSİTETİ

Fakültə: Mühəndislik

Kafedra: Kənd təsərrüfatı texnikası

Fənn: Qida məhsullarının soyudulması texnologiyası



Mövzu 8: Soyuducular soyuducu qurğular

Fənn müəllimi: dos. Q.M.Allahverdiyeva

GƏNCƏ 2017

MÜHAZİRƏ -8

Mövzu: Soyuducular soyuducu qurğular

Plan:

1. Soyuducuların tipləri

2. Soyuducuların quruluşu

3. Yükləmə işlərinin mexanikləşdirilməsi

4. Soyuducunun tutumu və soyuducu kameraların sahələrinin hesabatı

Ədəbiyyatlar:

1. Q. B. M ə m m ə d o v, Q. M. A l l a h v e r d i y e v a İstilik və soyutma texnikası. – Bakı: Elm, 2011, 492 s.

2. Q. B. M ə m m ə d o v. Soyuduculuq texnikası. - Bakı: Elm, 2007. 282s.

3. Q.B.Məmmədov, Q.M.Allahverdiyeva, M.C.Cəfərov. İstilik və soyutma texnikası. – Bakı: Elm, 2011, 148s.

4. К о ч е т к о в Н. Д. Холодильная техника. -М.: Машиностроение, 1966, 408 с.

5. Б а б а к и н Б. С., В ы г о д и н В. А. Бытовые холодильники и морозилники / 2-е изд., испр. и доп. -М.: Колос, 2000, 656с.: ил. (Справочник).

6. Г а л ь п е р и н Д. М. Монтаж и эксплуатация холодильных установок в сельском хозяйстве. -М.: Колос, 1984, 301 с.

1. Soyuducuların tipləri

Soyuducular – məhsulların soyudulması, dondurulması və aşağı temperaturda saxlanması üçün nəzərdə tutulan sənaye müəssisələridir. Yeyinti sənayesi müəssisələrinin texnoloji prosesləri üçün, sənaye mərkəzlərində məhsulların uzun müddət saxlanması, nəqletdirilməsi və başqa məqsədlər üçün – sənaye, paylayıcı, nəqlliyyat və s. soyuducular yaranmışdır. Bundan başqa hazırlayıcı, bazis, yük boşaldıcı soyuducular da vardır.



1.1. Sənaye (istehsal) soyuducuları. Bu soyuducular yeyinti senayesinin texnoloji prosesləri üçün nəzərdə tutulur. Onların vəzifəsi – xammal və hazır məhsulun soyudulması, dondurulması və qısa müddətli (10…20 gün) saxlanmasından ibarətdir. Ət, balıq və quş kombinatları, yağ istehsalı zavodlarında bir çox sənaye soyuducuları güclü soyuducu və dondurucu qurğularla təchiz olunur, ancaq onların saxlama kameralarının həcmi kiçikdir. Belə kombinatların məhsulları əsasən istehlak rayonlarına nəql etdirilir. Sənaye soyuducularından 500…5000 ton və məhsuldarlığı sutkada 20…100 ton olan istehsal soyuducuları geniş yayılmışdır. Sənaye soyuducularının soyuducu qurğuları böyük gücə malikdir, onlar tək soyutma, dondurma və saxlama kameralarını deyil, həmçinin başqa sənaye proseslərini də soyuqluqla təmin edirlər.

1.2. Hazırlayıcı soyuducular. Rayonlarda yerləşdirilən hazırlayıcı soyuducularda yeyinti ərzaq məhsulunun hazırlanmasını, sortlaşdırılmasını, ilkin soyuqluq emalını, eləcə də istifadə məntəqələrinə göndərilənə qədər ərzağın qısa müddətli (10…20 gün) saxlanmasını təmin edir. Bu soyuducular da sənaye soyuducuları kimi güclü soyuducu qurğularla təchiz edilmişdir.

1.3. Paylayıcı soyuducular. Sənaye və hazırlayıcı soyuduculardan gələn ərzaq məhsullarının mövsümi və cari ehtiyatlarının saxlanması üçün nəzərdə tutulur. Belə soyuducular sənaye mərkəzlərində əhalinin bütün il boyu müxtəlif çeşidli ərzaqla təchiz edilməsi üçün qurulur. Paylayıcı soyuducuların tutumu 500…35000 tondur. Bu soyuducuların tərkibinə buz zavodları, dondurma fabrikləri, meyvə və tərəvəzin dondurulması və qablaşdırılması, eləcə də yağ, ət və başqa ərzaqların qablaşdırılması üçün sexləri daxil edirlər. Belə soyuducular soyutma kombinatı adlanır.

Ərzaqlar uzunmüddətli vaxtda (3…6 ay və çox) saxlanılır. Yolda daşınma zamanı isinmiş yüklər üçün tam soyudulma və dondurulma üçün kiçik kameralar nəzərdə tutulur.

Paylayıcı (bölüşdürücü) soyuducular universal və xüsusiləşmiş (ət, balıq, meyvə və s.) olurlar.

1.4. Ticarət soyuducuları. Ticarət bazasına daxil olmuş ərzağın qısamüddətli saxlanması üçün ticarət soyuducularından istifadə olunur. Belə soyuduculara ərzaqlar bölüşdürücü soyuduculardan daxil olur. Soyuducular ərzaq məhsulları bazasının tutumu 10…500 ton və ticarət və ictimai iaişə (mağazalar, yeməkxanalar, restoranlar, kafe) müəssisələrinin tutumu 10 tona qədər olmaqla fərqlənirlər.

Ərzaq məhsulları bazasının soyuducularında ərzağın saxlanma müddəti 10…20 günə qədərdir. Ticarət və ictimai iaişə müəssisələrinin soyuducularında 1…5 gün ərzaq ehtiyatı yaradılır. Bu soyuducularda müəyyən miqdarda geniş çeşiddə ərzaqlar saxlayırlar.





1.5. Nəqliyyat soyuducuları. Bu soyuducular su, dəmiryol və avtomobil nəqliyyatının bir-biri ilə əlaqələndirilməsi üçün nəzərdə tutulmuşdur. Belə tip soyuducular (məsələn, liman soyuducuları) paylayıcı və sənaye soyuducularının vəzifəsini də yerinə yetirir.

Məhsulun yüksək keyfiyyətinin saxlanmasının əsas şərti onun emalından başlayaraq istehlakçıya çatdırılmasına kimi aşağı temperaturun fasiləsiz təsiridir. İnkişaf etmiş soyuduculuq təsərrüfatı ilin mövsümündən asılı olamyaraq ölkənin hər bir yerinə yüksək keyfiyyətli məhsulların çatdırılmasını təmin edir.

Soyuducunu xarakterizə edən əsas göstərici onun tutumudur. Soyuducunun tutumu yükün kütləsi (tonla) ilə xarakterizə olunur və eyni vaxtda soyuducunun kameralarında saxlanan yük nəzərdə tutulur.

Yükün həcmi kütləsindən asılı olaraq, onun qablaşdırılması və düzülməsi müxtəlif həcm və sahəni tutur. Belə ki, bu və digər ərzağın yerləşməsi üçün kameranın ölçüləri müxtəlif olur, məsələn, donmuş ət üçün olan tutumun yağ üçün olan tutuma nisbətən 1,5…1,8 dəfə çox olması tələb olunur. Ona görə də tutuma görə soyuducunun ölçüləri haqqında fikir söyləmək olar, tutum şərti tutum ifadəsi kimi qəbul olunmuşdur.

Şərti tutum yükün kütləsini nəzərdə tutur. Şərti tonlarda tutum üzrə soyuducular aşağıdakı qruplara bölünür: çox kiçik (10 tona qədər), kiçik (500 tona qədər), orta (5000 tona qədər), böyük (5000 tondan yuxarı). Ev soyuducularının ölçüləri şkafın (litrlə) daxili həcmi ilə xarakterizə olunur. Buraxılan ev soyuducularının tutumu 80…240 litrdir.

Orta və böyük soyuducuların kameralarında aşağıdakı temperaturun saxlanması məsləhət görülür: dondurma kameralarında -30…-35C, donmuş məhsulların saxlanması kamerasında -20C və soyudulmuş məhsulların saxlanması və soyutma kamerasında 0C. Məhsulların müddətli saxlanılması temperaturu kiçik soyuducularda uyğun olaraq az, dondurulmuş məhsulların saxlanma temperaturu bir qədər yüksək ola bilər (-12…15C). Ərzaq məhsullarının qısamüddətli saxlanması üçün seçilmiş ticarət müəssisələrinin soyuducularında realizasiyadan qabaq kameralarda temperatur 0C ətrafında saxlanılır. Soyuducuların örtüyü elə konstruksiyaya malikdir ki, istilik və nəmlik çalışır ki, daxilə keçsin, ona görə ki, oradakı temperatur ətrafdakı temperaturdan aşağıdır. Bütün örtüklərin tərkibinə istilik və nəmlik izolyasiyalı materialların effektiv təbəqələri daxildir. Bütün soyudulacaq otaqlar və kameralar pəncərəsiz qurulur.



2. Soyuducuların quruluşu

Soyuducular bir və ya çox mərtəbəli binalar olub dəmir-beton karkasdan ibarətdir.

Çoxmərtəbəli soyuducularda ərzağın və dəmir-beton örtüklərinin yaratdığı yük sütunlara düşür və bünövrədən keçərək torpağa ötürülür. Birmərtəbəli soyuducularda əsas yük bilavasitə torpağa düşür, sütunlara yalnız üst örtüyünün ağırlığı və asma yollarında soyudulan və dondurulan ət məhsullarının yükü düşür. Soyuducunun divarları öz ağırlığından başqa heç bir yük götürmür. Daxildən gələn istilik və nəmliyin azalması üçün soyuducunun bütün arakəsmələri istilik və buxar izolyasiyalıdır. Dəmir-beton karkasın və arakəsmələrin qurulmasında dəmir beton konstruksiyalar (sökülüb-yığıla bilən) və yerli tikinti materialları geniş istifadə edilir.

Soyuduculuq sərfini azaltmaq üçün kameralar elə yerləşdirilir ki, onların arasındakı temperatur fərqi az olur. Əsas soyuducu kameralardan başqa (soyutma, dondurma və saxlama) köməkçi kameralar da (sortlaşdırıcı, yüklərin az müddətli saxlanması və s.) nəzərdə tutulur. Soyuducular sütun setkasına uyğun olaraq planlaşdırılır (çox mərtəbəlilər üçün 6x6 m, birmərtəbəlilər üçün 6x12 m). Vestibül, dəhliz, pilləkənlər, yük liftləri, soyuducunun ümumi planlaşdırılmasından asılı olaraq bir-birinə birləşdirilir.

Yükləmə əməliyyatlarını yerinə yetirmək üçün soyuducunun uzunu boyunca dəmir yolu və avtomobil platformaları qurulur.

Böyük paylayıcı çoxmərtəbəli soyuducular (tutumu 10000 tondan çox olan) zirzəmili və zirzəmisiz 5…7 mərtəbəli tikilir. Mərtəbələrin hündürlüyü 3,1-dən 4,5 m-ə kimi olur. Çoxmərtəbəli soyuducuların üstünlükləri: binanın sahəsi az olduğundan xarici istilik axınları azalır (30-40 %); məhsulun quruması nəticəsində itkilər azalır; torpağın donma təhlükəliliyi aradan qaldırılır. Burada alt mərtəbədə mənfi temperaturu tələb etməyən məhsullar yerləşdirilir.

Çoxmərtəbəli soyuducularda mərtəbələrarası arakəsmələrin quraşdırılmasına əlavə beton sərf olunur və bunlar tikintinin davamlılığını artırır. Çoxmərtəbəli soyuducuların ümumi tikinti işlərinin qiyməti birmərtəbəliyə nisbətən çoxdur. Ona görə də əksər hallarda birmərtəbəli soyuducuların tikilməsinə daha çox fikir verilir,hansı ki, tutumu 10000 şərti tona qədər olan soyuducular layihələndirilir. 10000 şərti tondan çox olan soyuducular çoxmərtəbəli layihələndirilir.

Birmərtəbəli soyuducuların öz üstünlükləri var: hündürlüyü 7…7,5 m-ə qədər olan soyuducularda döşəməni 4000 kq/m2-ə kimi yükləmək mümkündür. Birmərtəbəli soyuducuların tikinti konstruksiyaları yüngüldür, sadə və ucuzdur, onlar 2-3 dəfə tez tikilir, vaqonların yüklənmə və boşalması rahatdır, liftlər və pilləkənlər yoxdur, sahənin istifadə əmsalı yüksəkdir. Birmərtəbəli soyuducularda istilik axınını və məhsulun qurumasını azaltmaq üçün qüvvətli istilik izolyasiyasından istifadə edilir.

10000 ton tutumu olan paylayıcı soyuducular əsasən birmərtəbəli tikilir. Şəkil 1-də 3000 ton tutumu olan paylayıcı soyuducunun planı verilmişdir.

495e19b7

Şək.1. 3000 ton tutumu olan birmərtəbəli paylayıcı soyuducu:

1-dəhliz; 2-dəmir yol platforması; 3- avtomobil platforması; 4-ət saxlanma yeri; 5-soyudulmuş ət saxlama kamerası; 6-dondurulmuş ət kamerası; 7-boşaltma şöbəsi; 8-balıq qəbulu kamerası; 9-qablaşdırma; 10-məhsulların qısa müddətli saxlanma kamerası; 11-donmuş məhsulların saxlanma kamerası; 12-soyudulmuş yüklərin saxlanma kamerası; 13-universal kamera; 14-qablaşdırma sexləri; 15-ət və yağın qablaşdırılması üçün soyudulan sexlər; 16-tambur; 17-soyuducunun maşınlı şöbəsi; 18-elektrotexniki otaq; 19-avadanlığın təmiri və inventar üçün otaq; 20-avadanlığın və inventarların yuyulma otağı

Sənaye soyuducularının planlaşdırılması müəssisənin tipindən və texnoloji prosesdə soyuducu ilə bağlı başqa sexlərin yerləşməsindən asılıdır. Ət kombinatlarının soyuducuları 5…7 mərtəbəyə kimi olur. Soyuducunun planlaşdırılması və mərtəbələri sexlərə uyğunlaşmalıdır. Soyuducuda soyutma, dondurma və soyuq saxlama kameraları məhsulun əsas axınına uyğun yerləşdirilir (şək.2).

Soyuducunun kameralarında aşağı temperatur saxlanılır: soyutma üçün 0-dan -23C-yə kimi, dondurucularda isə -40C-yə kimi.



1

Şək. 2. Birmərtəbəli ət kombinatının planı:

1-ət soyutma kamerası; 2-əlavə məhsulları soyutma kamerası; 3-soyudulmuş ət saxlama kamerası; 4-ət dondurma kamerası; 5-dondurulmuş ət saxlama kamerası; 6-soyuducunun maşın şöbəsi

Arkalı soyuducularda aparıcı konstruksiya rolunu arka formalı soyuducu batareyalar oynayır. Belə soyuducuların qiyməti dəmir-beton karkaslı soyuducuların qiymətindən aşağıdır (şək. 3).

297cd1a

Şək. 3. Aparıcı kameralı birmərtəbəli arkalı soyuducunun sxemi:

1-aparıcı arkalar (yükgötürən, batareyalar); 2-örtük və ya döşəmə (asbosement); 3- izolyasiya; 4-armaturlaşdırılmış örtük; 5-astar; 6-rulon örtük; 7-asfalt layı; 8-şlak; 9- hidroizolyasiya; 10-beton layı; 11-kollektor- arkanın qıfılı

Ticarət müəssisələrində tez xarab olan məhsulların cari ehtiyatlarının saxlanması üçün çox böyük olmayan üç-dörd kameralı tutumu 5-8 ton olan soyuducular quraşdırılır. Bu soyuducularda kiçik avtomatlaşdırılmış aqreqatlı freonlu soyuducu qurğular istifadə olunur. Ammonyaklı qurğular yalnız duzlu məhlul sistemli soyudulmada istifadə olunur.

3. Yükləmə işlərinin mexanikləşdirilməsi

Soyuducularda böyük həcmdə yükləmə işləri yerinə yetirilir: vaqon və avtomobillərin yüklənməsi; soyuducunun içərisində yüklərin daşınması.

Soyuducularda kiçik ölçülü akkumulyatorlu elektrik yükləyiciləri, ştabelyığıcılar (sıraya yığanlar), elektrik arabaları və başqa mexanizmlərdən istifadə olunur. Bunlar yükləmə işlərini 80 %-ə kimi mexanikləşdirməyə imkan verir.

Paketləşdirilmiş yüklərin yüklənmə – boşaltma işlərinin kompleks mexanikləşdirilməsi sxemi əlverişli olduğundan, daha çox soyuducularda tətbiq edilir. Paket altlığa (poddon) bərkidilmiş üst-üstə ştabelə yığılmış yüklərdən ibarətdir.

Yüklərin paketləşdirilməsi kompleks mexanikləşdirilmədən istifadənin əsas şərtidir. Paylanası yüklər əvvəlcədən paketləşdirilir. İzotermiki vaqonlarda gələn paketləşdirilməmiş yüklər altlıqlarda paketləşdirilir. Üst mərtəbələrə yüklərin qaldırılması üçün liftlərdən istifadə edilir. Birmərtəbəli soyuducularda yükləmə əməliyyatları daha asandır, çünki burada yüklər yalnız üfiqi istiqamətdə hərəkət etdirilir.

4. Soyuducunun tutumu soyuducu kameraların sahələrinin hesabatı

Soyuducunun tutumu və dondurucuların məhsuldarlığı soyuducunun gücünün əsas göstəriciləridir.

Məhsulların soyudulması və dondurulması üçün kameraların tələb olunan məhsuldarlığı məhsulların maksimum daxil olmasına görə təyin edilir.

Soyutma emal kameralarının tutumu və sayı soyutma və dondurma prosesləri nəzərə alınmaqla təyin edilir. Bu kameraların tutumu



,

burada A – soyutma və dondurma kamerasının sutkalıq məhsuldarlığıdır, ton/sutka;



z – sutkada yükləmə və boşaltma vaxtını nəzərə almaqla prosesin davamı.

İstehsal soyuducularında soyudulmuş və dondurulmuş məhsullar üçün saxlama kamerasının tutumu kameranın məhsuldarlığına və saxlanma müddətinə görə təyin edilir:



, (1)

burada m- ən çox saxlama müddəti, sutka (soyudulmuş məhsullar üçün 3…5 sutka, dondurulmuş məhsullar üçün 20…60 sutka).

Kameraları müxtəlif məhsullarla yükləmək olar.

Hesablanan ttutuma və 1 m2 yükləmə normasına görə soyutma, dondurma və saxlama kameralarının təxmini sahəsini təyin etmək olar. Kameraların tikinti sahəsi (daxili ölçülərə görə)



, m2, (2)

burada - sahənin artma əmsalı (kiçik kameralar üçün sahəsi 80 m2-ə kimi =1,4; orta kameralar üçün sahəsi 300 m2–ə kimi =1,3; böyük kameralar üçün sahəsi 300 m2-dən yuxarı =1,2);



E- kameraların hesabat tutumu, ton;

N- buraxılabilən yükləmə hündürlüyünü nəzərə alaraq 1 m2 sahəyə düşən məhsulların yüklənməsi, kq/m2;

Fy- kameranın verilən tutumuna görə yüklü sahəsi, m2;

c- yüklə divarlar (0,3 m) və divar batareyaları (0,4 m) arasındakı məsafə;

l- divarların və divar batareyalarının uzunluğu, m;

a- sütunun tərəfi (kvadrat en kəsikli) və ya onun diametri, m;

n- kamerada sütunların sayı;

f- ştabellər arasındakı keçidlərin sahəsi (eni 1,2 m qəbul edilir), m2.

Soyutma, dondurma və saxlama kameralarında 1 m2 sahəyə düşən yük 250 kq/m2 təşkil edir. Donmuş məhsullar üçün yükü məhsulun növündən və kameraların yüklənmə hündürlüyündən asılı olaraq qəbul edirlər.

Maşın şöbəsi kompressor zalından, aparat şöbəsindən, transformator yarımstansiyasından, köməkçi və məişət otaqlarından ibarətdir. Maşın şöbəsi soyuducu avadanlıqların əsas elementləri seçildikdən sonra layihələndirilir –elektrik mühərrikli kompressorlar, kondensatorlar, buxarlandırıcılar, nasoslar və köməkçi aparatlar. Soyuducuların maşın şöbəsinin təxmini sahələri sorğu ədəbiyyatlarında verilir.

Yoxlama sualları


  1. Soyuducuların tipləri hansılardır? 2. Sənaye (istehsal) soyuducuları nə üçündür və onların vəzifəsi nədən ibarətdir? 3. Hazırlayıcı, paylayıcı və ticarət soyuducuları hansı şəraitlər üçün nəzərdə tutulmuşdur? 4. Bu soyuducuların saxlama müddəti nə qədərdir? 5. Soyuducunu xarakterizə edən əsas göstərici nədir? 6. Şərti tutuma görə soyuducular hansı qruplara bölünür? 7. Bir və çoxmərtəbəli soyuducuların quruluşu və vəzifəsi. 8. Soyuducularda yükləmə işləri necə yerinə yetirilir? 9. Soyuducu kameraların tutumu və sahəsi necə təyin edilir?


Yüklə 2,61 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin