Turbo Paskal dilinin əlifbası:
İndi isə Turbo Paskal 7.0 dilinin əlifbası ilə tanış olaq. Turbo Paskal dilinin əlifbasına hərflər, onluq say sisteminin rəqəmləri, onaltılıq say sisteminin rəqəmləri, xüsusi simvollar, açar sözlər və s. daxildir.
Əlifbanın tərkib hissəsi aşağıdakı kimidir:
0-dan 9-a qədər ərəb rəqəmləri;
0...9, A, B, C, D, E, F –onaltılıq say sisteminin rəqəmləri və onlardan düzəldilmiş ədədlər;
Xüsusi işarələr: +, -, *, /, =, ., ,, ;, :, <, >, [ ], ( ), { }, ^, @, $, #, &, (* *), (. .).
Münasibət işarələri:
< - kiçikdir;
> - böyükdür;
<= - kiçikdir bərabərdir;
>= - böyükdür bərabərdir;
= - bərabərdir
: = - mənimsətmə operatoru.
Hesabi əməllər:
+ - toplama;
- - çıxma;
*- vurma;
/ - bölmə;
div – tam bölmə
mod- bölmə əməlindən alınan qalıq
Məntiqi əməllər:
and- iki tam ədədin bitləri üzrə məntiqi və əməliyyatı;
or – iki tam ədədin bitləri üzrə məntiqi və ya əməliyyatı;
not – tam ədəin bütün bitləri üzrə unar inversiya əməliyyatı;
xor –iki tam ədədin bitləri üzrə istisnalı məntiqi və ya əməliyyatı.
Turbo Paskal dilində bir sıra açar sözlərdən istifadə edilir. Turbo Paskal dilində xidməti sözlər öz vəzifəsinə görə dəqiq təyin edilərək, dəyişdirilə bilməz. Buna görə də identifikatorların yazılışında açar sözlərdən istifadə edilə bilməz. Yəni, bu sözlərdən dəyişən və ya sabitlərin adlandırılmasında istifadə edilməməlidir. Bu sözlərdən bəzilərini qeyd edək: case, absolute, begin, const, div, do, downto, else, end, external, file, for, forward, function, goto, if, in, implemation, inline, interface, interrupt, label, mod, nil, not, of, packed, procedure, set, shl, shr, string, program, record, repeat, then, to, type, unit, until, uses, var, while, with, və s.
Turbo Paskal dilində sabit, dəyişən, nişan, tip, prosedur, funksiya, modul, proqram və yazı sahələrinin adlandırılması məqsədilə identfikatorlardan istifadə edilir. İdentifikator ixtiyari uzunluğa malik, ilk simvolu hərf olan simvollar ardıcıllığıdır. Proqram daxilində identifikatorun yalnız ilk 63 simvolu nəzərə alınır.
Dostları ilə paylaş: |