MÖVZU 13
Avtomat və yarımavtomat yol bloklaması
Mənzillər, bir qayda olaraq, yol bloklamasi, qatarların hər ikiistiqamətə hərəkəti lokomotiv svetoforunun işarəsilə yerinə yetirilənayrı-ayrı sahələrdə isə sərbəst işarəvermə və əlaqə vasitəsi kimi tətbiqedilən avtomat lokomotiv işarəvericisi ilə təchiz edilməlidir.
Avtomat və yarımavtomat bloklama qurğuları onlarınçəpərlədikləri blok-sahənin
(stansiyalararası və ya məntəqələrarasımənzillərdə) hərəkət tərkibindən boşalmayınca giriş və ya keçidsvetoforlarının açılmasına, eləcə də əsas elektrik təchizatından ehtiyat elektrik mənbəyinə və ya əksinə keçid zamanı svetoforların özbaşına bağlanmasına yol verməməlidir.
Avtomat və ya yarımavtomat bloklama ilə təchiz edilmiş biryollu mənzillərdə stansiyada çıxış svetoforu açıldıqdan sonra qonşu stansiyadan bu mənzilə əks istiqamətdə qatarları göndərmək üçün çıxış və keçid svetoforlarının açılması istisna olunmalıdır.
Avtomat bloklamada bütün svetoforlar hasarladıqları blok sahələrə qatar daxil olduqda, eləcə də bu sahələrin rels dövrələrinin bütövlüyü pozulduğu hallarda avtomatik surətdə qadağanedici göstəriciyə keçməlidir.
Yol bloklaması ilə təchiz edilən sahələrdə yerləşən stansiyalarda həmin qurğuların təsərrüfat qatarları üçün jezl-açarları olmalıdır, yarımavtomat bloklama ilə təchiz edilmiş mənzillərin stansiyalarında isə qatarların itələnməsi üçün tətbiq edilən və itələyici lokomotivlərin geriyə qayıtmaqla hərəkətinə icazə verən jezl-açarları olmalıdır.
Avtomat bloklama ilə təchiz edilən biryollu xətlərdə, eləcə də ikitərəfli avtobloklaması olan ikiyollu mənzillərdə manevr edən tərkibin stansiyanın sərhədi arxasına çıxmaqla manevr işləri aparılan stansiyalarda avtomat bloklama qurğularına, lazım gəldikdə, onunla əlaqəli manevr svetoforları əlavə olunur.
Avtomat və yarımavtomat bloklama ilə təchiz edilən xətlərdə yerləşən stansiyalarda aşağıdakı qurğular olmalıdır:
tutulmuş yola düzəldilmiş marşrutda giriş svetoforunun açılmasına yol verməyən;
idarəetmə aparatında yolların və yoldəyişənlərin tutulmasına nəzarəti tə'min edən.
Yarımavtomat bloklama zamanı stansiyalarda aşağıdakı hallara imkan verən qurğular ola bilər:
göndərmə marşrutunda nasazlıq səbəbindən izole edilmiş yoldəyişən sahəsinin boşluğuna nəzarəti açan;
qatar bağlanmış çıxış svetoforunu faktiki olaraq keçmədikdə, onun təkrar açılmasını təmin edən.
Avtomat bloklama, avtomat lokomotiv işarəvericisi və dispetçer nəzarət qurğusu ilə, yarımavtomat bloklama isə yolun müəyyən sahələrində avtomat lokomotiv işarəvericisi ilə tamamlanmalıdır.
Avtomat bloklama ilə təchiz edilmiş sahələrdə qatarların hərəkəti üzərində dispetçer nəzarəti qurğuları hərəkətin müəyyən edilmiş istiqamətinə (biryollu mənzillərdə), blok-sahələrin aralıq stansiyalarında baş və qəbul-göndərmə yollarının tutulmasına, giriş və çıxış svetoforlarinin göstəricilərinə nəzarəti təmin etməlidir.
Dostları ilə paylaş: |