Mövzu 1 Yoldəyişənlərin istismarı


MÖVZU 23 Hərəkət tərkibi və xüsusi hərəkət tərkibi



Yüklə 50,62 Kb.
səhifə24/40
tarix10.01.2022
ölçüsü50,62 Kb.
#109864
1   ...   20   21   22   23   24   25   26   27   ...   40
MÖVZU 23

Hərəkət tərkibi və xüsusi hərəkət tərkibi

Ümumi tələblər

Hərəkət tərkibi, o cümlədən, özü hərəkət edən xüsusi hərəkət tərkibi vaxtında planli-xəbərdarlıq təmir növündən, texniki xidmətdən keçməli, onun fasiləsiz işini, hərəkətin təhlükəsizliyini və təhlükəsizlik texnikasını təmin edə biləcək istismara saz vəziyyətdə saxlanılmalıdır.

Hərəkət tərkibində nasazlığın yaranmasının qarşısının alınması və müəyyən edilmiş xidmət müddətinin təmini onun texniki xidmətinə və təmirinə cavabdeh olan şəxsin işində ən vacib məsələ olmalıdır.

Yeni istehsal edilən hərəkət tərkibinin növü və əsas xassəsi ADY tərəfindən müəyyən edilmiş qaydada təsdiq olunur.

Vaqonların bütün hissələri möhkəmliyinə, davamlığına və texniki vəziyyətinə görə ADY-nun müəyyən etdiyi qatarların ən yüksək sürətlə təhlükəsiz və rəvan hərəkətini təmin etməlidir.

Keçid meydançaları olmayan vaqonların xüsusi ayaqqoyanları və tutacaqları olmalıdır.

İstismara qəbul edilmiş hərəkət tərkibinin, o cümlədən, özü hərəkət edən xüsusi hərəkət tərkibinin, konstruksiyasının əsas hissələrində dəyişiklik etmək ancaq ADDY-nun razılığı ilə ola bilər.

Hərəkət tərkibi Dövlət Standartı tərəfindən müəyyən edilmiş hərəkət tərkibinin endazəsi tələbini təmin etməlidir.

Təzə istehsal edilmiş, eləcə də əsaslı təmir keçmiş hərəkət tərkibi, o cümlədən, özü hərəkət edən xüsusi hərəkət tərkibi, dəmir yoluna istismara verilənədək zavod-təchizatçı onu sınaqdankeçirdikdən sonra ADDY tərəfindən müəyyən olunmuş qaydada qəbul olunmalıdır.

Hər bir hərəkət tərkibinin, eləcə də özü hərəkət edən xüsusi hərəkət tərkibinin, aşağıda göstərilən fərqləndirici nişanları və qeydləri olmalıdır: Dövlət gerbi (lokomotivlərdə və sərnişin),ADY-nun nişanı, nömrəsi, (sərnişin vaqonlarında ADY-na məxsus olduğu kod), hazırlayan zavodun lövhəsi üzərində istehsal olunma yeri və tarixi göstərilməklə müəyyən olunmuş təmir növlərinin keçirilmə yeri və tarixi, tara çəkisi (lokomotivlərdən və özü hərəkət edən xüsusi hərəkət tərkiblərindən başqa).

Bundan başqa aşağıdakı qeydlər də göstərilməlidir:

-lokomotivlərdə, motorvaqonlu hərəkət tərkiblərində və özü hərəkət edən xüsusi hərəkət tərkibində konstruksiya sürəti, seriyası,nəzdində olduğu deponun və ya müəssisənin adı, çənlərin, nəzarət cihazlarının və qazanların yoxlanması barədə cədvəllər və yazılar; işçilərin iş yerlərinə və geriyə aparılması üçün nəzərdə tutulmuş sərnişin vaqonlarında, motorvaqonlu hərəkət tərkiblərində və özü hərəkət edən xüsusi hərəkət tərkiblərində yerlərin sayı; yük vaqonlarında - yük qaldırma qüvvəsi. Parovozların tenderlərində onun seriyası, nömrəsi və ADY-nun nişanı göstərilməlidir.

Başqa nişanlar və yazılar hərəkət tərkibində və özü hərəkət edən xüsusi hərəkət tərkibinin üzərində ADY-nun müəyyən etdiyi qaydada qeyd edilir.

Hər bir lokomotive, vaqona, motorvaqonlu və xüsusi hərəkət tərkibi vahidinə əsas texniki və istismar xassəsi yazılmış texniki pasport (formulyar) tərtib edilməlidir.

Lokomotivlər, motorvaqonlu hərəkət tərkibləri və özü hərəkət edən hərəkət tərkibləri ADDY-nun müəyyən etdiyi radiostansiya və göstəriciləri qeydə alan sürətölçənlə, avtomat lokomotiv işarəvericisi, eləcə də ADDY-nun müəyyən etdiyi qaydaya və siyahıya uyğun başqa təhlükəsizlik qurğuları ilə təchiz edilməlidir.

Sərnişin lokomotivləri elektropnevmatik tormozlama qurğusu ilə təchiz edilməlidir..

Lokomotivlərə radio qurğuları lokomotiv istehsal edən zavodda və depolarda

Başqa müəssisələrə, təşkilatlara və nazirliklərə məxsus olan lokomotiv və vaqonlar ümumi dəmir yol xəttinə çıxarkən bu qaydaların tələblərinə cavab verməlidir. Belə hərəkət tərkibinin ümumi dəmir yolunda hərəkəti qaydaları ADDY ilə müəyyənləşdirilir, lokomotivlərin birləşmə stansiyasına çıxma qaydası isə Yolun hissə rəisi və ya Yol rəisinin müavini tərəfindən müəyyən edilir.




Yüklə 50,62 Kb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin