Tikili və qurğuların təmiri
Tikili və qurğuların təmiri hərəkətin təhlükəsizliyini və təhlükəsizlik texnikasını tə'min etməklə, bir qayda olaraq, hərəkət qrafikini pozmamaq şərtilə yerinə yetirilməlidir.
Böyük həcmli təmir və tikinti işlərinin icrası üçün qatarların hərəkət qrafikində görülən işlə əlaqədar "pəncərə"lerin ayrılması ve sürətin məhdudlaşdırılması nəzərə alınmalıdır.
Yolların, süni tikililərin, kontakt şəbəkələrinin və IMB qurğularının cari saxlanışı işlərini yerinə yetirmək üçün ADDY rəisinin müəyyən etdiyi qaydaya uyğun olaraq qatarların hərəkət qrafikində 1-2 saat müddətinə, bu işlərin maşın kompleksləri, xüsusiləşdirilmiş briqadalarla və mexanikləşdirilmiş dəstələrlə aparılması zamanı isə 3-4 saat müddətinə nəzərdə tutulmuş texnoloji "pəncərə"lər verilməlidir. Qatarların hərəkət qrafikində nəzərdə tutulmayan vaxt müddətində yolların, kontakt şəbəkələrinin, IMB və rabitə qurğularının təmiri üzrə işlər, bir qayda olaraq, mənzili bağlamadan aparılmalıdır.
Əgər bu işlerin yerinə yetirilməsi hərəkətdə fasilə yaradırsa, onlarin dəqiq başlanma və qurtarma vaxtını iş rəhbəri Yolun hissə rəisi və ya Yolun Baş mühəndisi ilə birlikdə müəyyən edir və Daşıma proseslərini idarəetmə birliyinin rəisi ilə razılaşdırır.
Hərəkətdə fasilə yarada bilən işlərin icrası müddətində, eləcə də hərəkət qrafikində nəzərdə tutulmuş "pəncərə" zamanı iş rəhbəri işlərin icrası vaxtı qatar dispetçeri ilə daimi əlaqə (telefonla və yaxud radio ilə) yaratmalıdır.
Qatarların hərəkət qrafikində icrası günün qaranlıq vaxtı üçün nəzərdə tutulmuş "pəncərə" sahələrində iş rəhbəri işin aparıldığı yeri işıqla təmin etməyə borcludur.
Çeşidləmə təpələrinin mexanikləşdirmə və avtomatlaşdırma qurğularına, yollarına və təpələrdəki başqa tikili və qurğulara texniki xidmət gösterilmesi və onların təmiri üçün ADY rəisinin müəyyən etdiyi qaydaya uyğun olaraq 0,7-1,5 saat müddətinə texnoloji "pəncərə" verilməlidir.
Mənzillərdə və stansiyalarda, həmçinin işin aparıldığı yerlərdə hərəkət üçün hər hansı maneələr (dayanacaq tələb olunan yer), eləcə də dayanma və yaxud sürəti azaltma tələb edilən sahələr qatarın (manevr tərkibinin) gəlişinin gözlənilib-gözlənilməməsindən asılı olmayaraq hər iki tərəfdən işarələrlə çəpərlənməlidir.
Aşağıdakılar qadağandır:
- hərəkət üçün qorxulu olan maneələri və ya işin aparılma yerlərini işarələrlə çəpərləməzdən əvvəl işə başlamaq;
-maneələri aradan götürmədən, işi tamamilə qurtarmadan yolun, kontakt şəbəkəsinin vəziyyətini və əndazəyə riayət olunmasını yoxlamadan maneənin və ya işin aparılma yerinin çəpərləmə işarələrinin götürülməsi.
Maneələrin və işlərin aparılma yerlərinin çəpərləmə qaydaları "ADY-nun İşarəvermə Təlimatı" ilə müəyyən edilmişdir.
Mənzilin və ya yolların açılması, yol işlərinin və ya süni tikililərdəki işlərin qurtarması və qatarların müntəzəm və təhlükəsiz hərəkətinə maneələrin olmaması haqda, bu işləri hansı təşkilatın aparmasından asılı olmayaraq, yol distansiyasının rəisi və ya onun həmin işi həvalə etdiyi, vəzifəsi yol ustasından aşağı olmayan, səlahiyyətli işçi tərəfindən verilən yazılı xəbərdarlıqdan, telefonoqramdan və yaxud teleqramdan sonra icra olunur.
Mövcud İMB və rabitə və ya elektrik təchizatı qurğularının işinin bərpası, müvafiq olaraq İMB və rabitənin böyük elektrik mexanikinin və ya enerji dispetçerinin xəbərdarlığını aldıqdan sonra icra olunur.
Dostları ilə paylaş: |