Mövzu 1 Yoldəyişənlərin istismarı


MÖVZU 24 Qatarların hərəkəti qaydaları



Yüklə 50,62 Kb.
səhifə25/40
tarix10.01.2022
ölçüsü50,62 Kb.
#109864
1   ...   21   22   23   24   25   26   27   28   ...   40
MÖVZU 24

Qatarların hərəkəti qaydaları

ADDY-nun yollarında sərnişin və yük qatarlarının maksimal icazəverici hərəkət sür'etləri yolun konstruksiyasından və hərəkət tərkibinin növündən aslı olaraq ADDY tərəfindən müəyyənləşdirilir.

Qatarların mənzillərdə və stansiyalarda sür’ətləri ADDY rəisininəmri ilə müəyyən olunur və qatarların hərəkət qrafikində nəzərəalınır.

Svetoforun bir sarı (sayrışmayan) işığını, keçmə sür’əti sərnişin və yük qatarları üçün 60 km/saat-dan çox olmamalıdır.

Vaqonlarla irəli qatarın hərəkət sür’əti 25 km/saatdan çox olmamalıdır; lokomotivində radio-rabitəsi olan təsərrüfat qatarları üçün və konstruksiyasından asılı olaraq özü hərəkət edən xüsusi hərəkət tərkibində, bərpa və yanğınsöndürən qatarlarında - 40 km/saatdan çox olmamalıdır. Qartəmizləyənlərin hərəkət sür’əti ADDY tərəfindən müəyyən edilir.

Sür’ətin azaldılması tələb olunan yerdə hərəkət sür’əti xəbərdarlıqda və ya ADDY rəisinin əmrində göstərilən sür’ətə uyğun olmalıdır, bu göstərişlərin olmadığı hallarda isə 25 km/saat-dan çox olmamalıdır.

Qatarların hərəkəti zamanı lokomotiv briqadalarının xüsusi sayıqlığını tə'min etmək və işlərin aparılması barədə onları xəbərdar etmək üçün qatarlara yazılı xəbərdarlıq verilir.

İkiyollu mənzillərdə, bir qayda olaraq, hər bir baş yol qatarların müəyyən istiqamətdə hərəkətinə xidmət edir.

Çoxyollu xətlərdə qatarların baş yolda hərəkətinin təşkilini vəqaydalarını ADDY rəisi müəyyən edir.

Qatarların hərəkətinin tənzimlənməsi üçün qatarlar qatardispetçerinin əmri ilə düzgün olmayan yolla göndərilə bilər.

Sərnişin qatarlarının düzgün olmayan yolla göndərilməsi, müstəsna hallarda, yolun hissə növbətçisi və ya “Daşıma proseslərini idarəetmə" birliyinin böyük yol dispetçerinin əmri ilə mümkündür.

Düzgün olmayan yolla qatarın hərəkəti zamanı hərəkətin təhlükəsizliyinin tə'mini tədbirləri “Qatarların hərəkəti və manevr işinə dair Təlimat”la müəyyənləşdirilir.

Zəruri hallarda qatarların birləşməsi və hər qatarın başında öz lokomotivi ilə onların birləşmiş vəziyyətdə hərəkəti mümkündür.

Belə qatarların hərəkətinin təşkili ADDY rəisi tərəfindən müəyyən edilir.

Qatarların vaqonlarla irəli hərəkətinə aşağıdakı hallarda icazə verilir:

dalan yollarına və geriyə hərəkəti zamanı;

təsərrüfat, bərpa və yanğınsöndürən qatarların hərəkəti zamanı.

Belə qatarın başına hərəkətin istiqaməti tərəfə baxan keçid meydançası olan vaqon qoşulur, onun içində yolun boş olmasına və hərəkətin təhlükəsizliyinə və ya insanların həyatına təhlükə yaranan zaman qatarın dayandırılması üçün tədbir görməli olan işçi olmalıdır.




Yüklə 50,62 Kb.

Dostları ilə paylaş:
1   ...   21   22   23   24   25   26   27   28   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin