Lokomotivlərin, motorvaqonlu
və özü hərəkət edən xüsusi hərəkət tərkiblərinin
texniki xidməti və tə'miri
Lokomotivlərin, motorvaqonlu və özü hərəkət edən xüsusi hərəkət tərkiblərinin texniki vəziyyətinə lokomotiv briqadaları və ya özü hərəkət edən xüsusi hərəkət tərkibinin briqadaları, kompleks və Texniki xidmat zamanı aşağıdakılar yoxlanılır:
avadanlıqların, qovşaqların hissələrinin vəziyyəti və yeyilmələri,onların müəyyən edilmiş ölçülərə uyğunluğu;
təhlükəsizlik qurğularının, tormoz avadanlıqlarının və avtoqoşqu qurğularının, nəzarət-ölçü və işarəvermə cihazlarının, elektrik dövrələrinin işinin düzgünlüyü.
Aşağıda göstərilən nasazlıqlardan hər hansı biri olan lokomotivlərin, motorvaqonlu hərəkət tərkiblərinin və özü hərəkət edən xüsusi hərəkət tərkiblərinin istismara buraxılması qadağandır:
- səs işarəsi vermə cihazı nasaz olduqda;
- pnevmatik, elektropnevmatik, əl tormozları və ya kompressor nasaz olduqda;
- dartı elektrik mühərrikinin biri nasaz və ya dövrədən ayrılmış olduqda;
- dizelin və ya darti elektrik mühərriklərinin soyuducu ventilyatorları nasaz olduqda;
- avtostop, avtomat lokomotiv işarəvericisi və ya maşinistin sayıqlığını yoxlayan qurğu nasaz olduqda;
- sür’ətölçən və ya qeydetmə qurğusu nasaz olduqda;
- qatar və manevr radiorabitə qurğusu nasaz olduqda;
- avtoqoşqu qurğusu nasaz olduqda;
- qumvermə qurğu sistemi nasaz olduqda;
projektor, bufer fənəri, nəzarət və ya ölçü cihazlarının işıqlandıricisi nasaz olduqda;
- Xamitda, ressor asqılarında və ya ressorun kök qatında çat olduqda, ressor qatı sındıqda;
- buksun gövdəsində çat olduqda;
- buks və ya mator-ox yastığı nasaz olduqda;
- cərəyan qəbuledicisi nasaz olduqda;
- yanğınsöndürmə vasitəsi nasaz olduqda;
-dizeldə taqqıltı və yad səs əmələ gəldikdə;
- elektrik avadanlıqlarında qoruyucu örtük olmadıqda və s.
Lokomotivlər və motorvaqonlu hərəkət tərkibləri, o cümlədən, özü hərəkət edən xüsusi hərəkət tərkibi il boyu istismar edildikde ildə iki dəfə (yaz və payız) ADDY-nun müəyyən etdiyi qaydada komisyon baxışdan keçirilməlidir.
ADDY-nun təsdiq etdiyi xidmət sisteminə əsasən, Lokomotiv istehsalat birliyinin rəisi tərəfindən müəyyən edilir. Özü hərəkət edən xüsusi hərəkət tərkibi briqadasının heyəti özü hərəkət edən xüsusi hərəkət tərkibinin növündən və tə'yinatından asılı olaraq onun idarə edilməsi və nəqliyyat rejimində ona xidmət, işçilərin ayrılması şərti ilə müəyyən edilir.
Motorvaqonlu qatarların, qatar elektrovozlarının və teplovozların,eləcə də manevr lokomotivlərinin bir maşinistlə idarə edilməsinə ADDY-nun razılığı ilə “Lokomotiv” istehsalat birliyinin rəisi icazə verir.
Ancaq maşinistin qatarı idarəetmə qabiliyyətini qəflətən itirdiyi halda motorvaqonlu qatara, eləcə də qatar lokomotivinə bir maşinistlə xidmət edilməsinə avtomat dayanma qurğusu olduqda yol verilir.
Lokomotivlərin hərəkətinin təhlükəsizliyini tə'min etməklə bir maşinistlə xidmət qaydasını yerli şəraitdən asılı olaraq ADDY rəisi müəyyənləşdirir.
Lokomotivlərin, motorvaqonlu və özü hərəkət edən xüsusi hərəkət tərkiblərinin depo və müəssisə yollarında onlara xidmət qaydalarını və onların dayandırılmasını bacaran işçilər, başqa stansiya yollarında isə maşinist və ya onun köməkçisi olmadan bunların işlək vəziyyətdə nəzarətsiz qoyulması qadağandır.
Dostları ilə paylaş: |