Britaniyada Barbar krallıqlarının yaranması
Qədim alman tayfaları Britaniyanı da işğal etdilər. Şimali Almaniyada və Yutlandiya yarımadasında yaşayan alman tayfaları anqllar, sakslar, yutlar və frizlər 5-ci əsrin ortalarından (449-cu ildən) kütləvi surətdə Britaniyaya hücum etməyə başaldılar. Bu zaman Britaniyanın istilası üçün əlverişli şərait yaranmışdı. Çünki İtaliyanı barbarların hücumlarından qorumaq məqsədi ilə hələ 5-ci əsrin əvvəllərində Britaniyadakı Roma qoşunları geri çağrılmışdı. Bununla belə, anqllar, sakslar və b. qədim alman tayfaları Britaniyanı asanlıla işğal edə bilmədilər. Ölkənin yerli əhalisi olan brittlər uzun müddət (7-ci əsrə qədər) yadellilərə müqavimət göstərdilər. Bu mübarizənin gedişində yerli əhalinin bir qismi qırıldı, digəri gəlmə qədim alman tayfalarına qarışdı. Brittlərin bir qismi isə Armork yarımadasına (Qalliyada) keçdilər. Sonralar buralara brittlərin adı ilə Bretan adlandı. Britaniyanın qərbində (Uels, Kornuell), şimalında (Şotlandiya) və İrlandiyada yerli əhali müstəqilliyini saxladı. Britaniyanı işğal edən qədim alman tayfaları içərisində anqllar və sakslar üstünlük təşkil edirdilər. Qədim alman tayfaları Avropanın başqa yerlərində olduğu kimi, Britaniyada da bir neçə krallıq yaratdılar.
Britaniyanı işğal etmiş qədim alman tayfaları burada tayfa-tayfa məskən saldılar. Başqa sözlə, ölkəinin ərazisi ayrı-ayrı qədim alman tayfaları arasında bölüşdürüldü.
Cənubi Britaniyanı sakslar tutdular. Bu ərazidə həmin tayfaya məxsus Esseks, Sesseks və Uesseks karllıqları yarandı.
Mərkəzi Briyaniyanı və ölkənin şimal-şərqini anqllar işğal etdilər. Sonralar İngiltərə (anql-terra və ya enkl-terra) həmin tayfanın adı ilə tanındı. Anqlların məskən saldığı ərazi daha geniş idi. Bu ərazidə həmin qədim alman tayfasına məxsus Mersiya, Nortumbriya və Şərqi İngiltərə krallıqları yarandı.
Britaniyanın cənub-şərq ucqarında yutlar məskən saldılar. Yutların yaşadığı ərazidə onlara məxsus Kent krallığı yarandı.
Britaniyanı işğal etmiş anqllar, sakslar, həmçinin başqa qədim alman tayfaları bu ölkənin ictimai-iqtisadi və siyasi tarixində mühüm rol oynadılar.
Dostları ilə paylaş: |