IX əsrdə kəndli üsyanı
Kəndlilər artan zülmə qiyamlarla cavab verirdilər. 860-cı ildə indiki Çjetszyan əyalətinin yerləşdiyi ərazidə böyük üsyan qalxdı. Üsyana Von Syançju rəhbərlik edirdi. 874-cü ildə isə onun dəstələri böyük bir kəndli ordusuna çevrilmiş oldu. Xenan, Xeboy və Şakdun əyalətində üsyan başladı. Xyan Çao üsyanın rəhbəri idi. 875-ci ildə isə Xuan Çao öz dəstəsi ilə üsyançılara qoşuldu. Von Syan Çjenin tərcümeyi halı haqqında mənbələrdə məlumat yoxdur. Xyan Çao isə duz ticarəti ilə məşğul olan ailədən çıxmış və bir qədər də təhsil almışdı. Üsyançıların sayı 100 minə çatırdı. Hökumət üsyan rəhbərləri ilə danışığa girib onları imperator ordusunda xidmətə dəvət etməsi baş tutmadı. 878-ci ildə Von Syançju qərbə yürüş etmək istədi, lakin dəhşətli məğlubiyyətə uğradı, özü isə əsir alınıb edam edildi.
Üsyan rəhbərləri Xyan Çaonun rəhbərliyi altında birləşdilər. O, özü isə səmaya hücum edən böyük sərkərdə titulunu qəbul etdi. Xyan Çao yazırdı: “Hərəm ağaçı və hərəm xidmətçiləri imperator sülaləsini özlərinə tabe ediblər. Onların alçaqlığı dövləti içindən pozur. Yüksək rütbəli əyanları və hərəm ağalarını rüşvətxorluq bürüyüb”.
879-cu ildə onlar Cənubi Çinə yürüş edərək Qyançjoy limanını tutdular. Böyük üsyançı ordu (məmurların hesabatına görə yarım min, bəzi mənbələrdə 250-300 min) Yantszı çayını keçdi, lakin Xenanda ağır məğlubiyyətə düçar oldu. Bu onunla izah olunur ki, bir çox təcrübəli döyüşçülər Quandunda epidemiya nəticəsində tələf olmuşdular, üsyançıların sıralarına isə hələ döyüşə adət etməmiş çoxlu kəndli gənclər daxil olmuşdu.
Onlar şimala doğru müvəffəqiyyətli yürüş edərək imperiyanın ikinci paytaxtı Loyanı tutdular. Nəhayət 881-ci ilin 10-yanvarında üsyançılar Çanana daxil oldular. İmperator öz adamları ilə -------- qaça bildi. Onlar saray və varlı adamların evlərindəki qiymətli əşyaları, parçaları və ərzağı yoxsullar arasında bölüşdürdülər. Məmurlar, knyazlar və iri feodallar isə öldürüldülər. 880-ci ildə Xyan Çao özünü imperator elan etdi. Öz sülaləsini o Da-Tsi adlandırdı. (Böyük Tsi adında heç bir mistik məna yoxdur. Tsi Xyanın vətənində qədim knyazlık adı idi). Üsyançılar şəhərdə qayda-qanun yartdılar, qanunsuz ölüm və qarət qadağan edilmişdi. Lakin üsyançılar kəndli hakimiyyəti yarada bilmədilər. Uzun müddət Çananda qalaraq kəndli kütlələrindən uzaq düşdülər. Çaonu imperator elan edərək öz əsas məqsədlərinə çatdıqlarını güman etdilər. Xyan Çao da əsas vəzifəni Tan hakimiyyətini devirməkdə, məmurları cəzalandırmaqda, ölkənu rüşvətxorluq və ədalətsizlikdən təmizləməkdə görürdü. Çin feodalları üsyançılarla mübarizə üçün böyük ordu yaratdılar ki, bunun da əsasını Li Keyunun rəhbərliyi ilə şato qəbilsəinin atlıq dəstələri təşkil edirdi. Ordu şəhəri mühasirəyə aldı və aclıq başlandı. Çanonun varlı əhalisi də üsyançılara qarşı çıxdılar. Uzun mübarizədən sonra 883-cü ilin 20 mayında onlar təşkil olunmuş halda şəhərdən çıxıb cənub-şərqə tərəf yönəldilər. Onlar Xenonda daha bir il mübarizə aparsalar da güclü qüvvə toplaya bilmədilər. Kəndli kütlələri onlara daha əhəmiyyətli kömək göstərmirdilər, əvvəllər üsyançılar tərəfinə keçmiş məmurlar da uzaqlaşmağa başladılar. 884-cü ildə kiçik bir dəstə ilə Xyan Çao Şandunun bataqlıq rayonlarında gizləndi. Lakin Lİ Keyunun atlıq dəstələri onları yaxaladı. Yaxınlaşan fəlakəti görən Xyan Çao özünü öldürdü.
Lakin üsyançıların ayrı-ayrı dəstələri 901-ci ilə qədər mübarizəni davam etdirdilər. Üsyan qeyri-mütəşəkkil və təşkil olunmamış halda idi. Onlar aydın proqrama və məqsədə malik deyildilər. Üsyan məğlub olsa da feodalların gücünə, mərkəzləşmiş hakimiyyətə böyük zərbə vurdu.
X əsrin əvvəllərində Mancuriyanı, Monqolustan və Şimali Çinin bir hissəsini əhatə edən Kidani və ya Kitai qəbilələrinin böyük barbar dövləti, Lyao imperiyası yaratmış oldu. (Paytaxt Yantszin, sonradan Pekin oldu). Belə parçalanma 960-cı ilə qədər davam etdi. Ölkənin birləşdirilməsi zəruriyyəti artırdı. Odur ki, 960-cı ildə özünü imperator elan edən Çjao Kuaninin ordusu kidanilərin üzərinə gedərkən xalqdan böyük yardım almış oldu. O, Sun sülaləsinin əsasını qoymuş oldu. (960-1279) Paytaxt Byan oldu (indiki Kayfin). Sonralar isə paytaxt cənuba Xançjouya köçürülmüşdü.
Sun imperiyası Tan imperiyasından çox zəif idi. Çinin sun sülaləsi ətrafında birləşməsi də tam deyildi. Tan imperiyasına daxil olan bir sıra ərazilər Sun imperatorunu tanımaqdan imtina etdilər və müstəqil dövlət yaratdılar. Buna baxmayaraq Sun imperiyası uyğurları, tanqutları, kidaniləri, Vyetnamı özünə tabe edə bildi və Çinin beynəlxalq əlaqələri yenidən möhkəmlənmiş oldu. Orta Asiya, Hindistan, Koreya, Yaponiya və İndoneziya ilə geniş ticarət aparırdılar. Daxili ticarət də genişlənmişdi. Mis puldan başqa dəmir pul da kəsməyə başladılar. Sun sülaləsi dövründə kağız pullar da meydan çıxdı.
Lakin XI əsrdə sinfi ziddiyyətlər yenidən meydana çıxdı. Üsyandan sonra artmış olan müstəqil kəndlilərin sayı azalırdı. Məmurlar onların torpaqlarını ələ keçirirdilər. Borc almağa məcbur olan kəndlilər böyük miqdarda faiz verməli olurdular. Aclıq, epidemiya çox vaxt bütöv kənd və qəzaların qırılmasına səbəb olurdu. Dövlət yeni kəndli müharibəsinin qarşısını almaq və maliyyə işlərini səndələməkdən xilas etmək üçün yeni islahat keçirməyə məcbur oldu.
Dostları ilə paylaş: |