1.1. “Beynəlxalq kommersiya işi” fənninin predmeti və məqsədləri.
Beynəlxalq kommersiyaya dair bir sıra mənbələrdə bu anlayışa (latın sözü olan “kommersium”- ticarət) beynəlxalq aləmdə ticarətin bir elementi kimi, ticarətdə alqı-satqı qaydası kimi baxılır. Beynəlxalq kommersiya işi beynəlxalq biznesin bir sahəsi olub, beynəlxalq məkanda kommersiya fəaliyyətini, kommersiya sövdələşmələrini, beynəlxalq alqı-satqı əlaqələrindən doğan ticarət əməliyyatlarını özündə əks etdirir. Məlumdur ki, biznesin mahiyyəti təkcə “iş görmək”, fəaliyyəti təşkil etmək, gəlir əldə etməklə əlaqədar deyil. Həqiqətən də biznes menecment, marketinq, bazar mexanizminin böyük, fövqəladə mürəkkəb bir sisteminin müxtəlif tərəfləridir. Bu tərəflərdən biri kimi beynəlxalq kommersiya işi ayrıayrı ölkələr arasında, xarici müəssisələr və təşkilatlar arasında alqı-satqı münasibətlərini əks etdirməklə öz əhatə dairəsini genişləndirir.
Beynəlxalq ticarət fəaliyyəti konkret məhsul növlərinə istiqamətləndirilir. Bu fəaliyyət onun nə vaxt həyata keçirilməsindən asılı olmayaraq, məhsulun istehsalı başlanğıcına qədər olan andan ( sifarişlər verilən vaxtdan) , yaxud da məhsulun istehsalı tamamlandıqdan sonra başlana bilər.
Beynəlxalq ticarət işi dünya bazarında mübadilə əməliyyatlarının həyata keçirilməsi bağlı vəzifələrin ( problemlərin) həllinin təmin edilməsi deməkdir. Bu eyni zamanda beynəlxalq praktikada yaranmış forma və metodlardan istifadə etməklə müxtəlif ölkələrin kontragentləri arasında fəaliyyətdir. Beləliklə, ticarət işinin məzmunu mallareın , xidmətlərin, elmi-texniki və istehsal əməkdaşlığının beynəlxalq ticarət əməliyyatları aparmaq yolu ilə beynəlxalq mübadilənin başa çatdırılmasıdır.
Göründüyü kimi beynəlxalq ticarət işinin predmeti dünya məkanında iqtisadi münasibətlərin həyata keçirilməsində beynəlxalq ticarətin iqtisadi qanunauyğunluqlarından irəli gələn nəzəri və praktiki cəhətlərin öyrəniləmsindən ibarətdir. Bununla əlaqədar olaraq beynəlxalq ticarət ümumi dünya məhsullarının tədavülü sahəsində beynəlxalq və məmləkətlərdaxili təşkilatların, firmaların ( müəssisələrin) praktiki həyatında ticarət fəaliyyətini və ondan istifadə ediləməsinin konkret formalarını, habelə beynəlxalq tədavül dairəsi ilə bağlı olan və həmin dairədə baş verən iqtisadi- sosial münasibətləri öyrənir.
“ Beynəlxalq ticarət işi” predmeti tədqiqatının öyrəniləməsinin spesifik cəhətləri ilə əlaqədar olaraq , onun mənimsənilməsinin ümumi və xüsusi metodları vardır. Bunun ümumi cəhəti digər elmlərdə və konkret fənlərdə olduğu kimi, dialektik metodun müddəalarının əsas kimi götürülməsidir. Həmin metodun konkret cəhətləri isə ticarət hadisələri və kateqoriyalarına qarşılıqlı tarixi və məntiqi əlaqədə baxılmasından, bu sahədə baş verən kəmiyyət və keyfiyyət dəyişiliklərinin öyrənilməsindən ibarətdir. Beynəlxalq ticarət işini öyrənərkən aparılan sistemli təhlilin nəticələri inandırıcı surətdə göstərir ki, ayırıca götürülmüş hər hansı bir hadisəni ictimai – iqtisadi hadisələrin məcmusundan kənarda nəzərdən keçirmək, öyrənmək çətin işidir.
Beynəlxalq alqı-satqı münasibətləri iki irihəcmli konvensiyanın predmeti olmaqla, onun bir sıra tərəfləri həmin hüquqi aktlar tərəfindən tənzimlənir. Haaqa konvensiyasının əsas müddəaları aşağıdakılardır:
1. Vyana konvensiyasına uyğun gələn və cüzi dəyişikliklər edilməklə malların alqı-satqı müqavilələrinin beynəlxalq xarakterinin müəyyən edilməsi;
2. Ayrı-ayrı növ malların (şəxsi istehlak malları) 11 beynəlxalq alqı-satqı sferasına tətbiq edilməsindən kənarlaşdırılması.
3. Vyana konvensiyasından fərqli olaraq, beynəlxalq alqı-satqı sferasına hərrac və birja mallarının, elektrik enerjisinin və s. daxil edilməsi.
4. Müqavilənin tənzimlənməsində tətbiq edilən hüquq dairəsinin müəyyənləşdirilməsi.
Alqı-satqı müqaviləsindən irəli gələn hüquqi münasibətlər Haaqa konvensiyasına uyğun surətdə aşağıdakıları tənzimləyir: - müqavilələrin şərhini; - tərəflərin hüquq və vəzifələrini, bağlanmış müqavilələrin icrasını; - malların satışından əldə ediləcək gəlirlərin ilkin şərtlərini; - mallara görə alıcı riskinin ilkin şərtlərini; - mülkiyyətçilik hüququnun saxlanılmasına dair təhlilin (düzəlişin) tərəflər üçün həqiqiliyi və nəticələrini; - müqavilənin yerinə yetirilməsinin nəticəsini; - iddia müddətini, həmçinin müqavilələrin qüvvədən düşmə müddətini və i.a.
Dostları ilə paylaş: |