Mövzu “Beynəlxalq kommersiya işi” fənninin predmeti, mahiyyəti, növləri, obyekt və subyektləri


Əsas kommersiya əməliyyatları aşağıdakılardır



Yüklə 30,2 Kb.
səhifə5/21
tarix22.01.2022
ölçüsü30,2 Kb.
#113874
1   2   3   4   5   6   7   8   9   ...   21
Mövzu-1

Əsas kommersiya əməliyyatları aşağıdakılardır:

- malların mübadiləsi (alqı-satqı) üzrə kommersiya 14 əməliyyatları (idxalat və ixracat);

- patent, lisenziya və “Nou-hau” formasında elmitexniki biliklərin mübadiləsi; - icarə üzrə kommersiya əməliyyatları;

- beynəlxalq informasiyalar və idarəetmənin təkmilləşdirilməsi sahəsində məsləhət xidmətləri üzrə kommersiya əməliyyatları;

- kino filmlərin, teleproqramların mübadiləsi üzrə əməliyyatlar.

Əlavə ticarət əməliyyatları aşağıdakılardır: (Bu əməliyyatlar beynəlxalq mal dövriyyəsini təmin edir və “mal yeridilməsi əməliyyatları” kimi qəbul edilir.)

- beynəlxalq yüklərin daşınması əməliyyatları;

- nəqliyyat-ekspeditor əməliyyatları;

- beynəlxalq yükdaşıma prosesində malların qorunması üzrə əməliyyatlar;

- yüklərin sığortası əməliyyatları;

- beynəlxalq hesablaşmaların aparılması üzrə əməliyyatlar.

Beynəlxalq kommersiya işinin spesifik sferası olan istehsal və elmi-texniki əməkdaşlıq sahəsi xüsusi diqqət kəsb edir. Çünki bu əməkdaşlıq müəyyən təşkilati-idarəetmə fəaliyyətinin nəticələri kimi çıxış edir. Təşkilatiidarəetmə əməliyyatının əsas məqsədi aşağıdakı sövdələşmələrin (sazişlərin) bağlanması ilə nəticələnir:

a) istehsalın ixtisaslaşdırılması və kooperasiyalaşdırılması barədə;

b) obyektlərin və onların istismarının birgə tikintisinin təşkilinə dair;

c) mal və mal-material dəyərinin ödənilməsi şərtilə iri sənaye obyektlərinə göndərilməsinə dair;

d) elmi- tədqiqatlar sahəsində kooperasiya barədə və s.

Bu sövdələşmələr beynəlxalq kommersiya sazişləri (müqavilələri) əsasında həyata keçirilir. Beləliklə, “beynəlxalq kommersiya” anlayışına təkcə maddi və xidmətlərin dəyərləri üzrə əməliyyatlar deyil, eyni zamanda beynəlxalq kommersiya yolları (üsulları) vasitəsilə həyata keçirilən olunan ticarət iqtisadi fəaliyyətin digər növləri də aid edilir.



1.3 Beynəlxalq kommersiya əməliyyatlarının növləri.
Beynəlxalq ticarət əməliyyatları mahiyyətinə görə 2 qrupa ayrılır: əsas və əlavə əməliyyatlar.

Əsas əməliyyatlara bilavasitə həmin əməliyyatların iştirakçıları ( müxtəlif ölkələrin kontragentləri) arasında qarşılıqlı ödəniş şərti ilə ticarət əməliyyatlarının keçirilməsi, əlavə əməliyyatlara isə malların ( yükün) satıcıdan alıcıyadək yeridilişilə bağlı olan ticarət əməliyyatları aiddir.

Əsas ticarət əməliyyatları aşağıdakılardır:

- malların mübadiləsi ( alqı- satqı) üzrə ticarət əməliyyatları( idxalat və ixracat).

- patent, lisenziya və “ Nou- hau” formasında elmi- texniki biliklərin mübadiləsi.

- icarə üzrə ticarət əməliyyatları.

- Beynəlxalq informasiyalar və idarəetmənin təkmilləşdirilməsi sahəsində məsləhət xidmətləri üzrə ticarət əməliyyatları;

- kino filmlərin, teleproqramların mübadiləsi üzrə əməliyyatlar.

əlavə ticarət əməliyyatları aşağıdakılardır ( bu əməliyyatlar beynəlxalq mal dövriyyəsini təmin edir və “ mal yeridilişi əməliyyatları” adını alıbdır.)

- beynəlxalq yüklərin daşınması əməliyyatları;

- nəqliyyat- ekspeditor əməliyyatları;

- beynəlxalq yükdaşıma prosesində malların qorunması üzrə əməliyyatlar;

- yüklərin sığortası əməliyyatları.

- beynəlxalq hesablaşmaların aparılması üzrə əməliyyatlar.

Beynəlxalq ticarət işinin spesifik sferası olan istehsal və elmi- texnikiəməkdaşlıq sahəsi xüsusi diqqət kəsb edir. Çünki bu əməkdaşlıq müəyyən təşkilati- idarəetmə fəaliyyətinin nəticələri kimi çıxış edir. Təşkilati- idarəetmə əməliyyatının əsas məqsədi isə aşağıdakı sövdələşmələrin ( sazişlərin ) bağlanması ilə nəticələnir:


  1. istehsalın ixtisaslaşdırılması və kooperasiyalaşdırılması barədə;

  2. obyektlərin və onların istismarının birgə tikintisinin təşkilinə dair;

  3. mal və mal- material dəyərinin ödənilməsi şərtilə iri sənaye obyektlərinə göndərilməsinə dair;

  4. elmi- tədqiqatlar sahəsində kooperasiya barədə və s.

Bu sövdələşmələr beynəlxalq ticarət sazişləri ( müqavilələri) əsasında realizə olunur. Beləliklə, “ beynəlxalq ticarət anlayışına təkcə maddi və xidmətlərin dəyərləri üzrə əməliyyatlar deyil, eyni zamanda beynəlxalq ticarət yolları( üsuuları) vasitəsilə realizə olunan ticarət iqtisadi fəaliyyətin digər növləri də aid edilir. Benəlxalq ticarət – iqtisadi münasibətlər mexanizmindən isə effektli istifadə edilməlidir. Bu məqsədlə, əvvəla , yüksək bilik səviyyəsinə malik olmalı və vətən müəssisələrindən, biliklərindən, xarici ticarət təşkilatlarından bacarıqla istifadə etməli, xarici kontragentlərlə ticarət əməliyyatları sahəsində böyük səriştə və təcrübə olmalıdır; ikincisi, əsas və təminedici əməliyyatlara xüsusi diqqət yetirilməli və bu, ticarət işinin bütün incəlikləri ilə əlaqələndirilməlidir; üçüncüsü, xarici firmalarla istehsal , ticarət – iqtisadi, elmi- texniki əlaqələrin inkişafından irəli gələn başlıca üstünlüklərdən səmərəli istifadə olunmalı; dördüncüsü, müxtəlif mallar və xidmətlər üzrə beynəlxalq ticarət metodları və formaları hərtərəfli və bacarıqla tətbiq edilməlidir.

Bazarda ən iri beynəlxalq firmaların idarə olunmasını, təşkilati strukturunu və xarakterini, onların ticarət fəaliyyətinin aparılması praktikasını lazımıca bilmək daha böyük əhəmiyyət kəsb edir. Bütün bunlar xarici frimalarla düzgün və faydalı ticarət əməliyyatlarının aparılmasına hazırlıq üçün ciddi təhlil edilməsini və onları dəqiq öyrənməyi qarşıya qoyur.

Ümumiyyətlə, beynəlxalq ticarət işini öyrənmək üçün aşağıdakı məsələlərin ardıcıl nəzərdən keçirilməsi zəruridir:



  1. Beynəlxalq ticarətin yeni formaları və metodları.

  2. Ticarət əməliyyatlarının aparılması texnikası, o cümlədən alqı- satqı kontraktlarının ( müqavilələrinin ) bağlanmasına hazırlıq, onların məzmunu və icra edilməsi.

  3. Ticarət- vasitəçi həlqəsinin funksiyaları, dünya bazarında ticarət əməliyyatlarının həyata keçirilməsində onun rolu, ticarət vasitəçilərilə bağlanılacaq müqavilələrin məzmunu.

  4. Beynəlxalq birja ticarəti, beynəlxalq hərraclar, torqlar, yarmarkalar və sərgilər üzrə ticarət əməliyyatlarının təşkili və texnikası.

  5. Elmi- texniki biliklər və digər xidmətlər üzrə beynəlxalq ticarətin təşkili ; patentlər, lisenziyalar, texniki xidmətlər( injinirinq tipində), beynəlxaql icarə və turizm üzrə əməliyyatların aparılması texnikası.

  6. Xarici firmaların beynəlxalq istehsal- texniki əlaqələrinin təşkili; beynəlxalq istehsal kooperasiyasının və son məhsulun birgə istehsalının xüsusiyyətləri.

  7. Dövlət- inhisarçı tənzimləmənin əsas formalrı və vasitələri, firmaların xarici iqtisadi fəaliyyətinə kömək.

  8. Beynəlxalq əlaqələrin inkişafına kömək yolları və vasitələri.



1.4 Beynəlxalq kommersiya əmliyyatlarının obyekt və subyektləri.
Beynəlxalq ticarətdə kontragent malların alqı- satqısı və müxtəlif xidmətlər üzrə müqavilə münasibətlərində iştirak edən tərəflərə deyilir. Dünya bazarında çıxış edən kontragentlərin fəaliyyətlərinin məqsəd və xarakterindən asılı olaraq dört kateqoriyaya ayırmaq olar:

I kateqoriya – firmalar;

II kateqoriya – sahibkarlıq ittifaqı;

III kateqoriya – dövlət orqanları( nazirliklər və idarələr);

IV kateqoriya – BMT sisteminin beynəlxalq iqtisadi təşkilatları.

Hər bir kateqoriyaya aid kontragentlərin özünə xas olan xarakterik cəhətləri vardır.




Yüklə 30,2 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin