Mövzu Həkiməqədər yardımın əsasları Xəstəlik haqqında anlayış



Yüklə 438 Kb.
səhifə7/54
tarix21.12.2022
ölçüsü438 Kb.
#121572
1   2   3   4   5   6   7   8   9   10   ...   54
M vzu H kim q d r yard m n saslar X st lik haqq nda anlay

Profilaktika və müalicə.
Xəstələr xəstəxanada yerləşdirilməlidir. Ağrıları azaltmaq üçün 1-2 ml 1%-li morfi, azan sinirin təsirini azaldan dərman kimi 0,1%-li atropin məhlulundan 0,5 ml morfi ilə birlikdə əzələ daxilinə vurulur. Ağrısızlaşdırmanı gücləndirmək üçün 2% promedol-1,0, pipolfen 2,5%-2,0, analqin 50%-2,0 vena daxilinə yeridilir. Damar kollapsında tac və beyin damarlarını genəldən kofein və kamfora işlədilir. Ürək əzələsinin şiddətli zəifləməsi, tonların karlaşması, taxikardiya, arterial təzyiqin aşağı enməsi zamanı vena daxilinə 0,3-1,0 mq 1%-li mezabon məhlulu və 5%-li qlükoza məhlulunda venaya noradrenalin və kiçik dozalarda 0,05%-0,5 ml strofantin çox ehtiyatla yeridilir.
Profilaktika üç istiqamətdə aparılmalıdır:
I tədbir – sinir sisteminə təsir - psixoterapiya
II tədbir – aterosklerozun proqressivləşməsinə qarşı mübarizə - yağ mübadiləsinin pozulması zamanı pəhriz saxlanmalı, C vitamin ilə zəngin tərəvəzlər göstərişdir.
III tədbir – qanın laxtalanmasını azaldan vasitələrdən istifadə olunmalıdır.


Stenokardiya – ürəyin işemik xəstəliklərindəndir. Stenokardiya – koronar qan təchizatının qısamüddətli pozulması ilə döş sümüyünün arxasında meydana çıxan ağrı tutmaları ilə xarakterizə olunur. Stenokardiyanın başlıca səbəbi koronar damarların aterosklerozudur. Qrip infeksiyaları, malyariya və anqina, hipertoniya xəstəliyi stenokardiyanın əmələ gəlməsində rolu böyükdür.
Stenokardiya 40 yaşa qədər və yaşlı adamlarda əmələ gəlir. Stenokardiyanın sinir mənşəli olması da böyük əhəmiyyət kəsb edir, fiziki və psixi gərginlik zamanı əmələ gələn stenokardiya – gərginlik stenokardiyası, mənfi və müsbət emosiyalardan sonra əmələ gələn stenokardiya – emosional stenokardiya adlanır. Döş anginası zamanı baş verən ağrı mexanizmi belə izah olunur ki, miokarddakı sinir ucları anormal mübadilə produktları ilə qıcıqlanmaqla bərabər ürək əzələsinə oksigen az çatdırılır.
Klinikası – xəstələr sinədə sıxılma hissindən, döş sümüyü nahiyyəsində və arxasında sıxıcı, basıcı və deşici xarakterli sol qola, sol çiyinə, çənəyə, bəzən sağ çiyinə və kürəyə yayılan ağrılardan şikayət edirlər. Xəstə hərəkətsiz vəziyyət alır, çünki hərəkət ağrını gücləndirir. Xəstənin rəngi avazıyır, alnı soyuq tərlə örtülür. Belə halda xəstəyə fiziki və psixi rahatlıq yaratmaqla onu bu xəstəlikdən xilas etmək olar.
Müalicəsi – tutma zamanı dərhal damargenəldici dərman kimi nitroqliserin təyin edilir. O, tac damarları genəldir, 2-3, bəzən 5 dəqiqədən sonra tutma qurtarır. Bəzən validol, valokardin ağrılara kömək edir. Ürək nahiyyəsinə xardal yaxmaları, zəli qoyulması, novokain blokadası yaxşı təsir göstərir.
Sustak-mitte gündə 3 dəfə 1 həb və ya nitronq gündə 3 dəfə təyin olunur. Bu dərmanlarla ağrı azalmasa, 0,1%-li atropine məhlulundan 0,5 ml 1%-li morfi və ya pantaponla 1 ml dəri altına vurulur. Digər preparatlardan kardaron da təyin oluna bilər.
Tutmadan sonra xəstə bir neçə gün ərzində yataq rejimində olmalıdır, sonra da 2-3 həftə sanatoriya şəraitində dincəlməlidir. Tutmadan sonrakı vaxtlarda xəstənin müalicəsi papaverin, dibazol, eufillin qəbul etməklə aparılır. Sonralar fizioterapevtik vasitələrdən də istifadə olunur.
Ürək-damar sistemi xəstəliklərində xəstəyə qulluq ürəyin işini mümkün qədər yüngülləşdirməyə yönəldilməlidir. Xəstəyə mənəvi sakitlik yaradılmalıdır, mümkün qədər mənfi və müsbət emosiyalardan qorumaq lazımdır.

Yüklə 438 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin