Mövzu Həkiməqədər yardımın əsasları Xəstəlik haqqında anlayış



Yüklə 438 Kb.
səhifə10/54
tarix21.12.2022
ölçüsü438 Kb.
#121572
1   ...   6   7   8   9   10   11   12   13   ...   54
M vzu H kim q d r yard m n saslar X st lik haqq nda anlay

Profilaktika və müalicə.
Gigiyenik əmək şəraitinin yaradılması, mənzil şəraitinin yaxşılaşdırılması, kurortlardan və istirahət evlərindən istifadə etməyin hipertoniya xəstəliyi ilə mübarizə üçün lazımi şərait yaradır. Pəhrizi və istirahət rejimini qaydaya salmaq, xəstəni müşahidə altına almaq əsas profilaktik tədbirlərdən biridir. Baş ağrıları zamanı sakitləşdirici vasitələr, baldıra və peysərə xardal yaxması qoymaq, 6-8 ədəd zəli qoymaq, isti ayaq vannaları tətbiq olunur. 200-300 ml miqdarında qan-buraxma yaxşı təsir göstərir. Xəstənin pəhrizində xolesterinlə zəngin qida məhsulları azaldılmalıdır. Papiros və spirtli içkilər qadağan olunmalıdır.
Hipertonik kriz – hipertoniya xəstəliyinin ən çox qeyd olunan ağırlaşmasıdır. Bu krizlər şiddətli baş ağrısı, qusma ilə müşahidə olunur. Hipertoniya xəstəliyi arteriollarının tonik daralması nəticəsində ateroskleroza səbəb olur, bu da ürək qan dövranının pozulmasına , stenokardiyaya, insulta, böyrək çatmamazlığına səbəb olur.
Hipertonik insult – beyin damarlarının aterosklerozundan baş verən insultdan əsaslı surətdə fərqlənir. Hipertonik insult çox vaxt beynin kiçik sahəsinin qısamüddətli işemiyasından əmələ gəlir.
Hipertonik krizlərin müalicəsi – bu zaman 6-10 ml 0,5%-li dibazol məhlulu venadaxilinə yeridilir. Krizi aradan götürmək üçün obzidan 5-10 ml fizioloji məhlulda 5 mq venaya yeridilir.
Ürək-damar sistemi xəstəlikləri zamanı təxirəsalınmaz yardım.
Ürəyin işemik xəstəliyinin müalicəsi kompleks şəkildə aparılır. Dərman müalicəsinin əsasını antianginal preparatlar təşkil edir, müalicənin gedişi isə ürəyin işemik xəstəliyinin meydana çıxmış formasından asılıdır.
İlk növbədə, stenokardiya tutmasının qarşısını mümkün qədər tez aradan qaldırmaq üçün təcili tədbirləri yerinə yetirmək lazımdır. Müasir dövrdə ən tez təsir göstərən preparat nitroqliserindir, bu preparat damar genəldici təsirə malikdir, ekspress şəkildə venaları genəldərək qanın depolaşmasını gücləndirir, ürəyə qayıdan qanın miqdarını azaldır. Onun 1%-li spirtli məhlulundan 3-4 damcı və ya 0,5 mq-lıq tabletindən 1,5-2 tablet dilin altına qoyurlar. Bundan başqa əzələyə və ya venaya analgin, baralgin, dimedrol yeridilir.
Son illər ürəyin effektli işi və miokardın oksigenə qarşı tələbatını azaltmaq üçün anapirilin, obzidan, kardaron və s. işlədilir.
Miokard infarktı zamanı təcili ağrı sindromunu aradan qaldırmaq lazımdır. Bunun üçün analgin, baralgin, promedol, morfi kimi ağrıkəsicilərlə yanaşı papaverin dimedrol birlikdə işlədilir. Ağrı sindromu ilə mübarizədə droperidol da işlədilir.
Tromboembolik fəsadların qarşısını almaq üçün heparindən, fibrinolizindən də istifadə olunur. Kardiogen şokun qarşısını almaq üçün əsas vəzifə qan təzyiqini qaldırmaq, qanəvəzedici məhlullar köçürmək, ürək qlikozidləri, ağrıkəsicilər yeritmək məsləhətdir.
Ən geniş yayılmış və sınaqdan çıxmış ürək qlikozidlərinə diqoksin, selanid, strofantin və korqlükon aiddir.
Ürək çatmamazlığının müalicəsində diuretiklərdən də istifadə olunur.
Diuretiklərin işlədilməsi venoz qan təzyiqinin azalmasına, durğunluğun aradan qaldırılmasına, ağciyər ventilyasiyasının yaxşılaşmasına, təngənəfəsliyin ləğv edilməsinə şərait yaradır.
Ən effektli sidikqovuculara – furosemid, laziks, uregit, tiazid və s. aiddir.

Yüklə 438 Kb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   54




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©muhaz.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin